Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atamoğlan Məmmədli
Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti. == Həyatı == Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında dosent kimi fəaliyyət göstərir. == Əmək fəaliyyəti == 1986 — BDU tədris hissəsinin əməkdaşı, 1989 — Asiya və Afrika ölkələri kafedrasının müəllim, baş müəllim, dosenti, 1998-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir. Apardığı dərslər – Asiya və Afrika olkələri tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, İran tarixi, Pakistan tarixi, İsrail tarixi, Koreya tarixi 40 məqalənin, 3 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Atamoğlan Rzayev
Atamoğlan Rzayev (1912 – 2 dekabr 1966) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Ağalar Atamoğlanov
Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Ağalar Atamoğlanov 15 aprel 1971-ci ildə anadan olub. === Təhsili === 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən 1994-cü ildə İran İslam Respublikası Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir. === Fəaliyyəti === 1993–1994-cü illər-Referent, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1994–2000-ci illər-Attaşe, birinci katib Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2000–2005-ci illər-Birinci katib, Azərbaycan Respubikasının Türkiyə Respublikasındakı Səfirliyi 2005–2007-ci illər-Şöbə müdiri, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2007–2011-ci illər-Müşavir, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi 2011–2013-cü illər-Rəis müavini, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2013–2017-ci illər-Müşavir-elçi, Azərbaycan Respubikasının Rusiya Federasiyasındakı Səfirliyi 2018–2021-ci illər- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ilə ikitərəfli və çoxtərəfli formatlarda keçirilən bir çox danışıqlarda və qonşu dövlətlərlə delimitasiya üzrə keçirilmiş komissiyalarda ekspert qismində iştirak etmişdir. 16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır. == Təltifləri == 24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir. 9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmişdir. 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
Əbülfət Atamoğlanov
Ağamoğlan Kərimov
Ağaoğlan Xəlilov
Ağaoğlan Xəlilov (Xəlilov Ağaoğlan Ağanəbi oğlu; d. 1915 – ö. 2005) — Azərbaycan alimi. "Xəlilov açarı" 1956-cı ildə Ağaoğlan Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.