Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atamoğlan Məmmədli
Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti. == Həyatı == Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında dosent kimi fəaliyyət göstərir. == Əmək fəaliyyəti == 1986 — BDU tədris hissəsinin əməkdaşı, 1989 — Asiya və Afrika ölkələri kafedrasının müəllim, baş müəllim, dosenti, 1998-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir. Apardığı dərslər – Asiya və Afrika olkələri tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, İran tarixi, Pakistan tarixi, İsrail tarixi, Koreya tarixi 40 məqalənin, 3 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Atamoğlan Rzayev
Atamoğlan Rzayev (1912 – 2 dekabr 1966) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Atamoğlan Balababa oğlu Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb. Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman), Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır. Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Ağalar Atamoğlanov
Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri. == Həyatı == Ağalar Atamoğlanov 15 aprel 1971-ci ildə doğulub. === Təhsili === 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən İİR Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir. === Fəaliyyəti === 2018-2021-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir. 16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır. == Təltifləri == 24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir. 9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmiş və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilmişdir.
Əbülfət Atamoğlanov
Əbülfət Sabir oğlu Atamoğlanov (4 iyun 1967; Kürsəngi, Salyan — 31 avqust 1993; Füzuli, Qarabağ) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olub. == Hərbi xidməti == 1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib. Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib. Orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngi kəndində torpağa tapşırılıb.
Ağamoğlan Kərimov
Ağamoğlan Yusif oğlu Kərimov (18 aprel 2002, Xocalı, Salyan rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamoğlan Kərimov 18 aprel 2002-ci ildə Salyan rayonunun Xocalı kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Ağamoğlan Kərimov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ağamoğlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Laçının və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamoğlan Kərimov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin diversiya qrupu ilə döyüş zamanı döyüş tapşırığının yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamoğlan Kərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ağamoğlan Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ağaoğlan Xəlilov
Ağaoğlan Xəlilov (Xəlilov Ağaoğlan Ağanəbi oğlu; d. 1915 – ö. 2005) — Azərbaycan alimi. "Xəlilov açarı" 1956-cı ildə Ağaoğlan Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.