Əbülfət Atamoğlanov

Əbülfət Sabir oğlu Atamoğlanov (4 iyun 1967; Kürsəngi, Salyan — 31 avqust 1993; Füzuli, Qarabağ) — Birinci Qarabağ müharibəsi şəhidi.[1][2][3]

Əbülfət Atamoğlanov
Əbülfət Sabir oğlu Atamoğlanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Salyan rayonu, Kürsəngi kəndi Azərbaycan SSR
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Dəfn yeri Kürsəngi
Dəfn tarixi 28 sentyabr 2023
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Kürsəngi kəndində Şəhidlərin xatirəsinə ucaldılmış abidə

Həyatı[redaktə | mənbəni redaktə et]

Atamoğlanov Əbülfət Sabir oğlu 4.07.1967-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

1993-cü il avqustun 31-də Füzulinin Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Atamoğlanov Əbülfətə məxsus olduğu təsdiqlənib.

Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə Edilli kəndində aşkarlanan Atamoğlanov Əbülfət Sabir oğlunun nəşi Salyan rayonunun Kürsəngi kəndinə gətirilib.

Orada şəhidlə vida mərasimi keçirilib. Mərhum doğulduğu Kürsəngi kəndində torpağa tapşırılıb.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhidlərimiz". seferberlik.gov.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  2. "itkin düşən hərbi qulluqçular". seferberlik.gov.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  3. "Salyan rayonu üzrə I Qarabağ müharibəsi döyüşlərində həlak olan və itkin düşən şəhidlərin siyahısı". salyan-ih.gov.az. Archived from the original on 2023-03-21. İstifadə tarixi: 2023-03-21.
  4. Anspress.com. "İtkin düşən daha bir hərbçinin nəşi Salyanda dəfn edildi" (az.). Anspress.com. 28.09.2023. İstifadə tarixi: 29 sentyabr 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]