Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atatürkçülük
Atatürkçülük, kamalizm və ya kamalçılıq — dar mənada Mustafa Kamal Atatürkün düşüncələrini və fikirlərini dəstəkləmək və riayət etmək, geniş mənada isə imperialist dövlətlərin zəif və geri qalmış milləti bölmə və torpaqlarını bölüşdürmə istəyinə qarşı meydana çıxan, Atatürk milliyyətçiliyinə əsaslanan və hər hansı bir ictimai sinifdən dəstək almayan, müasir dövrlə ayaqlaşmayan və xurafatı yayan qurumların əvəzinə, elmi və müasir mədəniyyəti yayan qurumların təşkil olunmasını məqsəd qoyan, anti-imperialist ideologiya. == Kamalizmin tarixi == və 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasının tənəzzül və süqut dövründə kamalizm bir ümid çırağı kimi doğuldu. Atatürk Türkiyə İstiqlaliyyət müharibəsində qalib gəldikdən sonra bu ideologiyanı həyata keçirərək Türkiyə Cümhuriyyətini qurdu. Cümhuriyyətin ilk illərində aparılan islahatlar təhsildən iqtisadiyyata, hüquqdan mədəniyyətə qədər hər sahədə köklü dəyişikliklərə səbəb olmuş, müasir dövlət quruculuğu yolunda mühüm addımların atılmasına imkan yaratmışdır. == Kamalizmin Altı Əsas Prinsipi == 1. Millətçilik: Kamalizmin millətçilik anlayışı etnik və ya dinə əsaslanan dar bir perspektivdən kənara çıxır və bütün türk vətəndaşlarının birlik və həmrəyliyini müdafiə edir. Bu prinsip milli istiqlal və suverenlik anlayışlarına əsaslanan ortaq tarix və mədəni şüurla birləşmiş xalq qurmaq məqsədi daşıyır. 2. Cümhuriyyətçilik: Xalqın iradəsinin suverenliyi və onun hakimiyyətdə iştirakı respublikaçılıq prinsipinin əsasını təşkil edir. Bu prinsip sultanlıq kimi monarxik hökumətlərin kölgəsindən qurtularaq millətə öz müqəddəratını təyin etməyə və demokratik siyasi sistem qurmağa imkan verir.
Liberal Atatürkçülük
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. == İqtisadi baxış == Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. == Sosial və mədəni baxış == Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
İslamçı atatürkçülük
İslamçı atatürkçülük, həmçinin islamokamalçılıq, islamokamalizm, atatürkçü islamçılıq (türk. İslamokemalizm, İslamcı Atatürkçülük, Atatürkçü İslamcılık), Yaşıl kamalizm (Yeşil Kemalizm) kimi də tanınır — ya dövləti və siyasətini sekulyar saxlayaraq cəmiyyətin dindar olması lazım olduğuna inanan, ya da siyasətdə də sekulyarizminin tamamilə islamçılıqla əvəzlənəcəyinə inanan kamalizmə əsaslanan türk-islam sintezi ideologiyasıdır. Camaatlar ilə münaqişədə olan türkiyəli islamçılar öz ittifaqlarını yeniləmək məcburiyyətində qalmış, Türkiyə dövlətinin qatı kamalçı olduğu və Türkiyə ordusunun ülkçülərlə dolduğu bir vaxtda Türkiyə dövlətinin dəstəyi ilə camaatlarla vuruşmağa qərar vermişdilər. Vətən Partiyası və MHP bu islamçıların yeni müttəfiqləri olmuşdur. Kamalçılığı islamçılara və əksinə, islamçılığı kamalçılara uyğunlaşdıran ortaq əsaslar var idi. İslamokemalizm Tunçer Kılınç dövründə böyüdü. Osmanlının yanında Cümhuriyyəti də sevən bir çox türk ideologiyaya çəkilir. İslamçı atatürkçülük xilafətin ləğvindəki roluna görə tənqid edir, lakin islamçı kamalçılar onu millətinin azadlığını təmin etmək üçün lazım olanı edən bir lider olaraq görür və hesab edirlər ki, həm Osmanlı imperiyası, həm də Türkiyə Respublikası eyni zamanda dəstəklənilə bilər. Türkiyədə çox məşhur bir ideologiyadır. Bu, adətən Türkiyə siyasətinin mərkəz sağ, sağ, və ifrat sağçıları ilə əlaqələndirilir.
Antitürkçülük
Türkofobiya (alm. Türkenphobie‎, ing. Turkophobia, rus. Tюркофобия, türk. Türkofobi; "türk" və q.yun. φόβος – "qorxu" sözlərindən) və ya Anti-türkçülük (alm. Türkenfeindlichkeit‎, ing. Anti-Turkism, rus. Антитюркизм, türk. Türk düşmanlığı; q.yun.