Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atribut
Atribut (lat. attribuo — vermək, kəsb etdirmək) — qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada "verirəm", "bəxş edirəm" deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz. Orta əsrlərdə sxolastika və metafizikada şeyin təbiətini təşkil edən, onun ayrılmaz subsitansional əlaməti. Qrammatikada və məntiqdə — şeyin ona mülahizədə verilən istənilən, o cümlədən aksidental əlaməti. Əgər sonuncu mənasında Atribut predikatın sinonimidirsə, birinci mənasında o, şeyi yalnız özlüyündə, başqa predmetlərə dəxli olmadan səciyyələndirən predikasiya növüdür.