ATRİBUT
[alm.=fr. Attribut; ing. Attribute; osm. tr. sıfat, sıfat-i zatiye; lat. attribuo; ər. صآر خٍ صٌّفخ ; tr. öznitelik] – qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada verirəm, bəxş edirəm deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.