Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avantid
Avantid (q.yun. Ἀβαντίδας) — Sikion tiranı. O, Aratın atası Klininin e.ə. 264-cü ildə öldürülməsindən sonra taxta çıxmışdır. Avantid sui-qəsddən sonra Klininin qalan dost və qohumlarının sürgün edilməsini və ya edam edilməsini əmr etmişdir. Özü e.ə. 251-ci ildə öldürülmüşdür. Ölümündən sonra atası Pasey tiran olaraq onun yerinə keçmiş, lakin sonradan Nikokl Paseyi öldürmüşdür.
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Avanti!
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avatar
Avatar aşağıdakı mənalarda işlənə bilər: Avatara — induizmdə müəyyən missiya ilə maddi dünyaya enmiş tanrının adı. == Filmlər == Avatar — 1916-cı il istehsalı olan italyan səssiz filmi. Avatar: Aanq haqqında əfsanə — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Korra əfsanəsi — Nickelodeon telekanalında nümayiş olunan cizgi serialı. Avatar — 2009-cu il istehsalı olan ABŞ fantastika filmi.
Avansər (Vərziqan)
Avansər (fars. اوانسر‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Avanti! (qəzet)
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Avanti çarlığı
Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir.Avanti b.e. IV əsrdə Çandraqupta Maurya tərəfindən fəth edilmişdir.
Avant Browser
Avant Browser — Internet Explorer əsaslı bir web brauzer.
Avatar (film, 2009)
Avatar və ya Ceyms Kemeronun Avatarı (ing. Avatar, ing. James Cameron's Avatar) — 2009-cu il ABŞ elmi-fantastik filmi. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələrini, xüsusilə insanların Na’vi aləminə xətərli müdaxiləsini təmsil edir. Filmin adı Pandora planetində tədqiqat aparan və baş qəhrəmanı ilə uzaqdan idarə olunan bir süni bədənlə (avatarla) bağlıdır (hinduizmdə avatarlar allahların təcəssümləridir). Pandoranın gözəl bitki və heyvan aləmində yaşayan Na’vilərin isə öz doğma dili var. Filmin və xüsusən Na’vi aləminin gerçək dünyayla bir neçə paralelləri var. "Avatar"ın premyerası 2009-cu il dekabrın 10-da Londonda baş vermişdir. Üç Oskar və bir Qızıl Qlobus mükafatını almış, kompüter qrafikasıyla zəngin "Avatar" dünyanın ən gəlirli (2 milyard dollardan çox) filmi olub. Filmin distribütori 20th Century Fox kinokompaniyasıdır.
Avatar: Suyun yolu
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı Avatar filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Avatar: Aanq haqqında əfsanə
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır. Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır. Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb.
Avatar: Korra haqqında əfsanə
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Avanturin
Avanturin — yaşıl, narıncı və mavi çalarlarda olan kvarsa deyilir. Yaşıl rəngli olanı daha geniş yayıldığından "aventurin" dedikdə, ilk ağla gələn məhz yaşıl rəngli daş olur. Aventurin, əsasən, Hindistan, Braziliya və Rusiyadan çıxarılır. Braziliyadakı yataqlardan əldə edilən daha dəyərli sayılır. Ümumilikdə, yarıqiymətli daş olsa da, qiymətli daşlara güclü rəqib sayılır. Zinət əşyalarının hazırlanmasında ondan geniş istifadə edilir. Hətta bəzən Hollivud ulduzları belə zümrüd, almaz kimi bahalı daşlar əvəzinə məhz aventurindən istifadə edirlər. Bəlkə də bunda, aventurinin qədim zamanlardan bəri şəfa qaynağı hesab edilməsinin rolu var. Belə ki, digər daşlarla müqayisədə aventurinin şəfalı xüsusiyyətləri daha çox olduğu düşünülür. Xüsusilə, mistik qüvvələrə inananlar bu daşı çox sevirlər.
Aventura
Aventura Dominik qrupu, 1994-cü ildə Nyu-Yorkda quruldu. Qrup hip-hop və Ritm və Blues notaları ilə bachata kimi tanınan musiqiləri ifa edir. Mahnıları daha çox İspan dilində yazılıb.
Santur
Səntur — toxmaqla çalınan alətdir. Toxmaqla çalındığına görə, həm simli, həm də zərb musiqi aləti sayılır. İranda bu alətin bir qədər kiçik - diatanik növü indi də istifadə olunur. Azərbaycanda isə XIX əsrə qədər istifadə olunub. Sənturun ən qədim növü Şumer mədəniyyətinə qədər gedib çatır.Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. == Etimologiya == Səntur haqqında R. Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin", "zəbur" adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir" .
Akantu
Tatlısu (türk. Tatlısu), Akantu (yun. Ακανθού) — qismən tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin ərazisindəki Kipr adasında bir kənd (beynəlxalq birliyin rəyinə görə - Kipr Respublikası ərazisində yerləşir). İnzibati baxımdan Gazimagus rayonu daxilində bələdiyyə statusuna malikdir. 1383-cü ildən bəri adı çəkilir. == Coğrafiyası == Kənd adanın şimal-şərq hissəsində, bölgənin şimal hissəsində, Girne silsiləsinin şimal ətəklərində, dəniz səviyyəsindən 352 metr yüksəklikdə yerləşir. Akantu mahalın inzibati mərkəzi olan Famagustadan təxminən 28 kilometr şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına görə, Akantu əhalisi 1379 nəfər olmuşdur. Bunlardan kişilər 62,2 %, qadınlar 37,8 % olmuşdur. == Nəqliyyat == Ən yaxın mülki hava limanı Ercan Beynəlxalq Hava Limanıdır.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Kristian Amanpur
Kristian Amanpur (fars. کریستین امان‌پور‎; 12 yanvar 1958, İlinq[d], Midlseks[d]) — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır. == Həyatı == Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. Bacısı Londonda yerləşən jurnalistika məktəbində qeydiyyatdan keçir və təhsil haqqını ödəyir, lakin Kristianın bacısı jurnalistika məktəbinə getməkdən imtina edir, onun yerinə Christiane jurnalistika məktəbinə özü gedir == Kariyerası == Rhode Island universitetində təhsil almaq üçün ABŞ-yə getmiş və 1983-cü ildə həmin universitetdən məzun olmuşdur.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Vanatur göytikanı
Vanatur zımbırtikanı
Vanatur zımbırtikanı (lat. Eryngium wanaturi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zımbırtikan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1b (i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür. == Arealı == Türkiyənin şərqindən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Eryngium woronowii Bordz. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir.
Kantur kilsəsi
== Haqqında == Nasirəddin Şahın Fransa səyahətlərindən sonra; İranda yol tikintisinə baxılmaqla, paytaxtı Avropaya bağlamaq üçün İran şəhərləri arasında magistral yollar çəkildi. Tehrandan Qəzvinə gedən avtomobil yolu Ağa Bağır İsfahani (Qəzvinin növbəti hakimi) tərəfindən tikilmişdir ; Ancaq Çar Rusiyası tərəfindən Qacar ​​hökumətinə bir müqavilə qoyulması ilə Qəzvinə gedən Ənzəli yolu, Anatoliy Nikolayeviç Bestelma adlı bir adamın idarə etdiyi Sığorta və Nəqliyyat Şirkəti adlı bir Rusiya yol inşaat şirkətinə; verilmişdir. İrandakı rəsmi fəaliyyətinin başlanğıcında, Rusiya Sığorta və Nəqliyyat Şirkəti, Qəzvinin indiki Talığani, Buəli, Müdərris və Xəyyam küçələrinin kəsişdiyi yerdə bir təsis kompleksi inşa etdi. Rus dilində "Kantur" adlanan tikili, ofis və idarəetmə deməkdir. Bu tikililərdən biri, rus işçilərinin dini inancları sayəsində kompleksin güneyində dini ibadət üçün tikilmiş, indi turistlərin yaxından görə biləcəyi bir sərgiyə çevrilmiş kiçik bir kilsədir. İndilikdə Qəzvində rusların yaşamamasından asılı olaraq, kilsə ibadət yeri deyil; qolbaq, üzük, boyun bağı, əl işi olan qab-qacaq və heykəlciklər və başqa bəzək əşyaları sərgilənərək satılır. == Memarlığı == Ölçülər baxımından dördbucaqlı planı olan və biri namaz salonunun mərkəzində, başqası qurbangahın üstündə daha kiçik iki böyük günbəzə sahib olan kiçik bir kilsədir. İstifadə olunan materiallar kərpic və harçdır, kərpiclər böyük sənətkarlıqla döşənmişdir və nəticədə çox gözəl bir tikili əldə edilmişdir. Kantur Kilsəsinin iki yanının divarlarında rus xaçları oyulmuş giriş qapısı var. Girişin yuxarı hissəsində balaca günbəzə aparan üç mərtəbəli zəng qülləsi var.
Avrotur (film, 2004)
Avrotur (ing. Eurotrip) — 2004-cü il Amerika macəra filmi. == Məzmun == Scott Thomas yerli məktəbin məzunudur və ona alman dilini öyrənmək üçün kömək lazımdır. Bunun üçün o internetdə Almaniyada yaşayan Maykla tanış olur və onunla yazışmağa başlayır. Həm də o təmamilə əmindir ki, Mayk oğlandır və buna görə o onunla özünün qızlarla yaranan problem və təcrübələri ilə bölüşür. Yalnız sonda o biləcək ki, Mayk (əslində Mikki) — çox gözəl sarışın bir qızdır və Scott'un ondan çox xoşu gəlir. İndi o Mikki ilə görüşmək üçün hər şeyə qadirdir — hətta bütün Avropanı qəzib onu tapmağa...
Vanatur göytikanı (Zımbırtikan)
Avatar: Aanq haqqında əfsanə (komikslər)
Avatar: Aanq haqqında əfsanə komiksləri eyni adlı cizgi serialı və Sonuncu hava maqı filmi ilə əlaqəli olan komiksdilər.
Avatar: Aanq haqqında əfsanə — Axtarış
Axtarış (ing. The Search); tam adı Avatar: Aanq haqqında əfsanə — Axtarış (ing. Avatar: The Last Airbender – The Search) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2013 ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Vəd komiksindən sonra baş verir. == Baxış == Axtarışda Zuko və Azulanın çoxdan bəri itirdiyi anası Ursa ilə bağlı sirr üzərində dayanılır. Keçmiş şahzadə Azulanın bir Fire Nation zehin müəssisəsində həbs olunmasının təfərrüatlarını və Fire Lord Ozai ilə Ursa münasibətlərinin çətinliyini ortaya qoyur. Əsas qəhrəmanlar, başda Zuko və Azula olan Fire Nation ailəsinin üzvləridir. Avatar Aang, Sokka və Katara, Fire Nation qardaşlarına çoxdan itən analarını tapmaqda kömək edirlər. Gene Yang, serialın Avatar dünyasının fövqəltəbii tərəflərinə daha çox diqqət ayıracağını qeyd etdi. == İstehsalı == DiMartino ilə Konietzko əvvəl Axtarışı 90 dəqiqəlik animasiya filmi ideyası kimi Nickelodeon-a təqdim ediblər.
Avatar: Aanq haqqında əfsanə — Vəd
Vəd (ing. The Promise); tam adı Avatar: Aanq haqqında əfsanə — Vəd (ing. Avatar: The Last Airbender – The Promise) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.
Avatar: Korra haqqında əfsanə (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Avatar: Suyun yolu (film, 2022)
Avatar: Suyun yolu (ing. Avatar: The Way of Water) — rejissoru Ceyms Kemeron olan ABŞ istehsalı elmi fantastika filmi. Film 2009-cu il istehsalı Avatar filminin davam filmidir. == Mövzu == Ceyk Salli və Neytiri ailə həyatı qurublar. Amma keçmiş mübarizə yenidən başlayır. Onlar bu səbəbdən evlərindən uzaqlaşıb, Pandoranın müxtəlif yerlərini kəşf edirlər.
Avatar: Aanq haqqında əfsanə (Kitab 1)
Kitab 1: Su (ing. Book 1: Water) Avatar: Aanq haqqında əfsanə cizgi serialının birinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka barədə və onların Şimalı Gütbə Aanq və Kataraya su maqiyanın müəllimi tapmaq məqsədi ilə başlayan səfəri haqqında bəhs edilir. Hər bir seriyanın ilk efiri milyondan çox izləyici baxıb. Birinci mövsum "Ən yaxşı televiziya serialı" və "Ən yaxşı cizgi televiziya serialı" kimi Pulcinella mükafatı almış.2010-cu ildə onun əsasında M. Nayt Şyamalan çəkdiyi Sonuncu hava maqı adlı film çıxıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icreaedici prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. Səkkiz seriyanın rejissoru Deyv Filioni idi, Loren MakMillan və Giankarlo Volpe hərəsi beş seriyanın, Entoni Layoli isə iki seriyanın rejissyoru idilər. Seriyaların əsas yazıçı yığımı Nik Malis, Con O'Brayan, Metyu Habbard, Ceyms İqan, Yan Uilkoks, Tim Hedrik və Elizabet Uelç Ehaszdan ibarət idi. == Səsləndirmə == Əsas personajların böyük hissəsin debütu birinci seriyalarda olmuş.
Avatar: Aanq haqqında əfsanə (Kitab 2)
Kitab 2: Torpaq (ing. Book 2: Earth) Avatar: Aanq haqqında əfsanə cizgi serialının ikinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka, Aanqa torpaq maqiyanın müəllimi tapmaq üçün Yer Krallığın ərazidə səyahət edib, orada Tof Bei Fonqnan rast gəlirlər. Bundan sonra dostlar müharibə üçün vacib məlumatı əldə edib, Appayı itirirlər. Əldə aldığları məlumatı Yer Krala vermək və Appayı qaytarmaq üçün, onlar Yer Krallığın paytaxtına — Ba Sinq Se şəhərinə üz tuturlar. İkinci kitab "Televiziya Layihələrin arasında Ən Yaxşı Cizgi Personajı" nominasiyada Enni mükafatı və "Cizgidə Görkəmli Şəxsi Nailiyyət" nominasiyada Emmi mükafatı alıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər. Seriyalar Aaron Ehasz, Elizabet Uelç Ehazs, Tim Hedrikç, Con O'Brayan və serialın yaradıcıları Maykl Dante DiMartino və Brayan Konietzkodan ibarət olan komanda tərəfindən yazılıblar.Mövsümün musiqisi Ceremi Zukerman və Benjamin Vinndən ibarət olan The Track Team tərəfindin bəstələmiş.
Avatar: Aanq haqqında əfsanə (Kitab 3)
Kitab 3: Od (ing. Book 3: Fire) Avatar: Aanq haqqında əfsanə cizgi serialının üçüncü mövsümüdür. Bu mövsum Aanqın tiran olduğu Od Lordu məbluğ etməyin yolu tapmağda yönəlmişdir. Başlanğıcda protaqonist Aanq və dostları, Katara, Sokka və Tof Od Millətin ərazidə səfər edirlər və eyni zamanda Od Millətinə qəsd etməyi planlaşdırırlar və Aanq üçün Od maqiyasının müəllimi axtarırlar. Mövsumun ortasında Aanq keçmiş seriyalarda qarşılaşdığı dostlarını birlikdə yığır və onlarınnan birlikdə planlaşdırmış qəsdi uğursuz keçirir. Sabiq antaqonist Zuko tərəfini dəyişir və Aanqa onun od maqiyasının müəllimi şəkildə qoşulur. Axırda Aanq təəcüblü bir şəkildə Od Lordun üzərində qalib gəlir: Hava Köçərlərin təlimlərini pozmamaq üçün Ozain magiyanı ondan alır. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüsserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüsser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər.
Avatar: Korra haqqında əfsanə: Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Avatar: Korra haqqında əfsanə (Kitab 1)
Kitab 1: Hava (ing. Book One: Air) Korra əfsanəsi cizgi serialının birinci mövsümün birinci kitabıdır. Bu mövsumda Aanq haqqında əfsanə serialdan Avatar Aanqın xələfi Korra hava magiyasına öyrənmək üçün Respublika şəhərinə köçür və orada maskalı Amon adlı bir adamın tərəfindən başçılıq edilən Bərabərçilər (ing. Equalists) anti maq üsyançı qrupnan üzləşir. == Yayımlama == Televiziyada ilk efirdən öncə elan edilmişdir ki, əgər Korra Nation (ing. Korra Milləti) adlı sosial şəbəkə platforması 100 000 like yığsa, birinci iki seriya televiziya premyerasından əvvəl onlayn şəkildə çıxacaq. Bu məqsədə çatandan sonra, martın 24-də Viacom-a aid olan bir saytda birinci iki seriya üzə çıxmışdı. Onlar onlaynda həftəsonu ərzində mövcud qalmışlar.Kitab 1: Hava Nickelodeon və Nickelodeon HD kanallarında 2012-ci ilin aprelın 14-dən iyunun 23-ə dək yayımlamışdı. ABŞ-də yaşayanlar üçün bu seriyaları kanalın rəsmi saytda pulsuz onlayn izləmək və yükləmə haqqını almaq olardı. Sonra, 2012-ci ilin iyulun 9-dan 20-sinə dək birinci kitab Korra: Making of a Legend (ing.
Avatar: Korra haqqında əfsanə (Kitab 2)
Kitab 2: Ruhlar (ing. Book Two: Spirits) Korra əfsanəsi cizgi serialının birinci mövsümün ikinci kitabıdır. Yayımı ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-də başladı. == İstehsalı == 2011-ci ildə, əvvəldən tək mövsum olmalı 12 seriyalı Kitab 1: Hava istehsalı zamanı, Nickelodeon 14 seriya əlavə sifariş edib. 2012-ci ilin iyunda ikinci kitabın ssenarisi hazır idi və seriyalar kadrlama lövhəsi və cizgiləmə prosesində idilər.Kitab 2: Ruhlar əvvəldən birinci kitabı cizgiləndirən Studio Mir tərəfindən yox, Yaponiyanın Studio Pierrot tərəfindən cizgiləndirməli idi. Lakin, Mir studiyanın direktoru, Yu Cei Myanq dedi ki, bu razılaşma ilə problemə görə serialın prodüserləri onlardan ikinci kitabını da cizgiləndirmək xahiş elədilər. Onun dediyinə görə, əvvəldən Studio Mir Korra haqqında əfsanə kimi o gədər çətin olayan The Boondocks serialını cizgiləndirməyə seçib, çünki birinci kitab onlar üçün yoruculu idi. Beləliklə, Studio Pierrot 1-6 və 9-cu, Studio Mir isə 7-ci, 8-ci, və 10-14 fəsilləri cizgiləndirib. === İrəlilətmə === İkinci kitabdan kadrlar birinci dəfə 2013-cü ilin iyunda reklam videosuda ictimaiyyətə açıqlanıb. Birinci seriya ilk dəfə 2013-cü ilin iyulun 19-da Korra haqqında əfsanənin San Diego Comic-Con panelində göstərilib.