Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avengers Confidential: Black Widow & Punisher
Avengers Confidential: Black Widow & Punisher (アベンジャーズ コンフィデンシャル: ブラック・ウィドウ & パニッシャー, Abenjāzu Konfidensharu: Burakku Widō & Panisshā) — 2014-cü il istehsalı direct-to-video animesi. Anime filmi Marvel Anime seriyası çərçivəsində SH DTV AC BW&P Partners, Marvel Entertainment, Sony Pictures Entertainment Japan və Madhouse tərəfindən istehsal olunmuşdur. Anime filmi Şimali Amerikada Blu-ray və DVD diskində 25 mart 2014-cü ildə yayımlanmışdır. == Məzmun == Cəzalandırıcı SHIELD-in məxfi missiyasına müdaxilə etdiyindən həbsə SHIELD tərəfindən həbsə salınır. Onun azad edilməsi qarşılığında Cəzalandırıcı Qara dul ilə birlikdə partnyor olub, SHIELD texnologiyasını oğurlayıb satmaq istəyən Leviafan terror təşkilatını dayandırmağa çalışır. == Rollarda == Bundan əlavə filmdə görünən digər personajlar: Tor, Müharibə maşını, Kapitan Marvel, Biçinçi Qrim, Qraviton, Taskmaster, Kont Nefariya və Baron Zemo. == Çəkiliş heyəti == Ceym Simon — aktyor və səsləndirmə direktoru.
Avengers in Galactic Storm
Avengers in Galactic Storm (yap. アベンジャーズ・イン・ギャラクティックストーム, azərb. Qısasçılar qalaktik qasırğada‎) — "DataEast" tərəfindən 1995-ci ildə hazırlanan və nəşr edilən və faytinq janrında olan ikiölçülü arkada oyunu. Oyunda birnəfərli və ikinəfərli hekayə modu və çoxnəfərli baş-başa modu var. Bu, köməkçi personajları olan ilk müasir faytinq oyunu idi. Bu personajlar oyunçular arasında "hücumçular" adlandırılırdı. Oyun "Marvel Comics" tərəfindən yaradılan "Qisasçılar" və "Krii" personajlarına əsaslanır. Oyunun süjeti və personajları "Qisasçılar"ın Şi'ar və Krii irqləri arasında baş verən qalaktikalararası bir müharibəyə müdaxilə etməsində bəhs edən "Operation: Galactic Storm" hekayə arkına əsaslanır. Bu, 2003-cü ildə bankrot olan "DataEast" şirkətinin son faytinq oyunlarından biri idi. 26 fevral 1996-cı il tarixində "Pony Canyon" və "Scitron Label" şirkətləri "Avengers in Galactic Storm" və başqa bir "DataEast" oyunu olan "Skull Fang"in fon musiqilərini "Skull Fang / Avengers in Galactic Storm" adlı bir albomda çıxarmışdır.
Lego Marvel's Avengers
Lego Marvel's Avengers — TT Games tərəfindən hazırlanmış və Warner Bros. Interactive Entertainment tərəfindən nəşr olunmuş, PlayStation 4, PlayStation 3, PlayStation Vita, Nintendo 3DS, Wii U, Xbox One, Xbox 360, Macintosh və Microsoft Windows platformalarında oynanıla bilən macəra-döyüş janrında Lego videooyunudur. Videooyun Lego Marvel Super Heroes videooyununun spin-ofudur və Lego Marvel franşizinin ikinci oyunudur. Filmdə baş verən hadisələr "Qisasçılar" və "Qisasçılar: Altron dövrü", eləcə də, "Birinci qisasçı", "Dəmir adam 3", "Tor 2: Zülmət aləmi" və "Birinci qisasçı: Başqa müharibə" filmlərinə əsaslanır. Videooyunda Kapitan Amerika, Dəmir adam, Halk, Qara dul, Şahingöz, Qırmızı cadugər, Civə, Tor, Altron, Loki, Qış əsgəri, Şahin, Vijn, Müharibə maşını kimi tanınmış personajlar, Şeytan dinozavr, Finq Fanq Fum kimi də az tanınmış personajlar yer alır. Bundan əlavə bir çox personaj vardır. Oyun 26 yanvar 2016-cı ildə yayımlanmışdır. == Personajlar == Oyunda əvvəlki oyunda da olan personajlar daxil olmaqla oynanıla bilən 200-dən çox personaj vardır. Personajların dizaynı üçün sadəcə Marvel Kinematoqrafiya Kainatı deyil, həmçinin komiksləri də nəzərə alınmışdır. Direktor Artur Parsons qeyd edir: "Bu Qisasçıların hər şeyinin qeydidir.
The Avengers (film, 2012)
Marvelin Qisasçıları və ya sadəcə Qisasçılar 2012-ci ildə Marvel Studios tərəfindən çəkilib Walt Disney Motion Pictures tərəfindən yayımlalan Marvel Comicsin eyni adlı əsəri əsasında çəkilən super qəhrəman filmidir. Bu film Marvel Cinematic Universe seriyasının 6-cı filmidir. Filmin rejissoru və ssenari müəllifi Cos Vidondur. Rollarda isə Robert Dauni, Kris Evans, Mark Ruffalo, Kris Hemsvort, Skarlet Yohansson, Ceremi Renner, Tom Hiddlstoun, Klark Qreq, Kobi Smolders, Stellan Skarsqard və Samuel L. Cekson yer alıb. Filmdə S. H. I. E. L. D sülh təşkilatının rəhbəri Nick Fury Thorun ögey qardaşı Lokinin dünyanı işğal etməsini dayandırmaq üçün Iron Man, Captain America, Hulk, və Thordan ibarət komanda yaradır. Film haqqında danışıqlar 2005-ci ilin aprelində Marvel Studios studiyasının Merrill Lynch (Bank of America nın bir şöbəsi) dən borc pul aldıqdan sonra başladı. Dəmir Adam filminin 2008-ci ilin mayındakı uğurundan sonra Marvel Qisasçıların 2011-ci ilin iyulunda təqdim olunacağını açıqladı. 2009-cu ilin martında Scarlett Johanson ilə imzalanan müqaviləyə görə filmin təqdimatı 2012-ci ilə saxlanıldı. 2010-cu ilin aprelində Cos Vidon Zak Penn tərəfindən hazırlanmış orijinal ssenari üzərində işləməyə başladı. Filmin istehsalına 2011-ci ilin aprelində Albuquerque, New Mexikoda başlanıb və avqustda Klivlend, Ohayoda, sentyabrda isə Nyu Yorkda davam edib.
The Avengers (musiqi qrupu)
The Avengers ― Yeni Zelandiyanın rok qrupudur. "The Avengers" 1960-cı illərin ortalarında Yeni Zelandiyada populyarlıq qazanmışdır. Parlophone səsyazma şirkəti ilə müqaviləli olan qrup 1966-cı ildə Vellinqtonda təsis edilib. Ken Cooper adlı Vellinqtonlu bir icraçı "The Avengers"i yeni klubu "The Place"də çalmaları üçün müxtəlif qruplardan seçdiyi musiqiçilərdən yaratmışdı. Clive Cockburn "The Mustangs", Dave Brown "The Wanderers" və Eddie McDonald "The Strangers" qruplarından idilər. Bu qruplar hamısı Vellinqton qrupları idi. Hank Davis isə əvvəlcə Napier şəhərinin "The Epics" qrupunda fəaliyyət göstərmişdir. Clive Cockburn gitara və klaviaturada, Dave Brown ritmik-gitarada, Eddie McDonald bas-gitarada, Ian "Hank" Davis isə zərb alətləri ifa edirdi."The Avengers" karyerasına "The Beatles"in mahnılarını şərh etməklə başladı. Ən əhəmiyyətli parçaları "Episode Six" qrupuna məxsus olan "Love Hate Revenge" mahnısı idi. Səsyazma 1968-ci ildə siyahılarda ikinci yerə yüksəldi.
520 Park Avenue
520 Park Avenue — Nyu-York şəhərinin Manhetten bölgəsinin qərbindəki Park Avenue-da yerləşən göydələndir. Bina memar Robert A.M. Stern tərəfindən hazırlanmışdır. Binanın tikintisi 450 milyon dollara başa gələcək. The tower will be completed by 2017. Qüllənin tikintisi 2017-ci ildə başa çatacaq. Bu Zekendorf inkişafıdır. == Dizayn == Sternin işlərinin bir çox kimi bu binada yeni klassika üslubundadır. Sternin əsarlərinin bir çoxu kimi, məsələn 15 Central Park West kimi bu binanın da xarici görünüşü əhəngdaşı ilə işlənmişdir. 520 Park Manhettendə Stern tərəfindən işlənib hazırlanmış, 30 Park Place və 220 Central Park South qoşulan üç göydələnlərdən biri olacaq. == Gözəllik == Binaya uşaq bağçası, uşaq oyun otağı, hovuz və idman sağlamlıq mərkəzi daxildir.
Ma Venqe
Ma Venqe (27 mart 1968) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Ma Venqe Çini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub.
Avante!
Avante! (mənası – İrəli!) — Portuqaliyada gündəlik qəzet. Portuqaliya Kommunist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1931-ci ilin fevralında təsis edilmişdir. Qəzetin ilk nömrəsi 17 may 1974-cü ildə çıxmışdır. Qəzetin devizi – "Bütün ölkələrin proletarları birləşin!". Qərargahı Lissabondadır. == İstinadlar == == Əlavə ədəbiyyat == "Jornal "Avante!"". Partido Comunista Português. 21 April 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2005.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Tenge
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Arsen Venger
Arsen Venger (22 oktyabr 1949, Strasburq) — fransalı baş məşqçi
Equisetum arvense
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Lez-Avenyer
Lez-Avenyer (fr. Les Avenières) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38022. Kommunanın 2008-ci il üçün əhalisi 5095 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 200 ilə 260 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Lolium arvense
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Trifolium arvense
Tarla yoncası (lat. Trifolium arvense) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Tvente FK
Tvente — Niderlandın futbol klubu. Enshede şəhərini təmsil edir. "Tvente" ev oyunlarının 24 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş məşqçisi Stiv Maklaren, prezidenti isə Yop Münstermandır. "Tvente"nin əsası 1 iyul 1965-ci ildə qoyulub. Məhz həmin gündə iki komanda - "SK Enshede" və "Enshedes Boys"un birləşməsindən sonra "Tvente" klubu fəaliyyət göstərməyə başlayıb. "Tvente" Niderland çempionu ola bilməsə də, onun sələfi "SK Enshede" 1926-cı ildə qızıl medallara yiyələnib. "Tvente" adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl surətdə beş il ərzində "Tvente" ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə "Tvente"nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.
Tvente Universiteti
Tvente Universiteti (nid. Universiteit Twente) — Niderlandın Enshede şəhərində universitet; sosial sferada innovasiya hazırlamalarının tətbiqinə yönəlmiş akademik universitetdir. Universitetin tarixi 1961-ci ildən başlayır. Həmin il Tvente Ali Texniki Məktəbinin yaradılması haqqında qərar qəbul edilmişdir. Bu həmin vaxt Niderlandda müasir texnologiyalar üzrə ixtisaslaşan üçüncü ali məktəb idi. Kimyaçı Qerrit Berkhof ilk rektor olub. 1964-cü ildə ali məktəbin birinci dörd fakültəsi ilk 200 tələbəni qəbul edib. Ali məktəb 1986-cı ildən rəsmən Tvente Universiteti kimi fəaliyyət göstərir. Universitetin nüfuzlu bakalavr, magistr və doktorantura proqramları elmi tədqiqat institutları ilə sıx qarşılıqlı əlaqə nəticəsində hazırlanıb və onların bazasında həyata keçirilir. Hazırda universitetdə təxminən 8500 tələbə təhsil alır.
İzabel Ayende
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
Jorj Avenel
Jorj Avenel (fr. Georges Avenel; 31 dekabr 1828 – 1 iyul 1876) — Fransa publisisti və tarixçisi. O, həyatının çox hissəsini Fransa inqilabının öyrənilməsinə həsr etmişdir. Yazıçı Pol Avenelin kiçik qardaşı olmuşdur. == Həyatı == 1865-ci ildə Avenelin ilk böyük əsəri, "Bəşər övladının natiqi Anaxarsis Kloots" nəşr olundu. Burada Fransa inqilabının liderlərindən Anaxarsis Klootsun şəxsiyyəti və rolu ilk dəfə ətraflı şəkildə tədqiq edilərək təqdim edilmişdir. Dərin erudisiya və parlaq təqdimat sayəsində Avenel bu dövrün bir sıra məqamlarını qeyri-adi canlılıq və çoxlu təfərrüatlar ilə canlandıra bilmişdir. O, həmçinin Volterin bütün əsərlərini əhatə edən "Əsrin nəşri"ni tərtib etmişdir. Burada Volterin geniş yazışmaları diqqətlə yoxlanılmış və əlavə edilmişdir. Avenel o dövrdə işlədiyi və inqilabın liderlərindən biri Jan-Nikolya Paşın şəxsiyyətinə mühüm yer verilən əsərini bitirməmiş vəfat etmişdir.
Oskar Aveyde
Oskar Aveyde (pol. Oskar Awejde; 1837, Mariyampole – 20 oktyabr 1897, Kirov) — Polşa hüquqşünası, 1863-cü il üsyanının rəhbərlərindən biri, 11 yanvar 1863-cü ildən 5 fevral 1863-cü ilə qədər Müvəqqəti Milli Hökumətin üzvü. Oskar Aveyde hüquqşünas ailəsində anadan olmuşdur. 1858-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini Berlin və Heydelberq universitetlərində davam etdirmi.dir. Aveyde 1863–1864-cü illərdə Polşa üsyanında fəal iştirak etmiş, Mərkəzi Milli Komitənin və Xalq Jondunun (üsyançı milli hökumət) üzvü olmuşdur. Vilnada keçirilən kütləvi basqın zamanı Aveyda həbs edilmişdir. Məhkəmə onu sürgünə məhkum etmişdir. Sürgün yeri Vyatka quberniyasının Urjum qəzasının Turek kəndi olmuşdur. Sonra Qlazova, ardınca Vyatkaya köçürülmüşdür. Sürgündə olarkən Aveyde 1863-cü il Polşa üsyanı haqqında qeydlər yazmışdır.
Pol Avenel
Pol Avenel (fr. Paul Avenel; 9 oktyabr 1823 – 14 aprel 1902[…]) — Fransa yazıçısı, şairi, qoqetyesi və mahnı müəllifi, dramaturqu və jurnalisti. Tarixçi Jorj Avenelin böyük qardaşıdır. Gəncliyində kommersiya fəaliyyətinə hazırlaşsa da, sonra özünü tamamilə ədəbiyyata həsr etmişdir. Avenelin ədəbi fəaliyyəti çox müxtəlifdir. Qəzet yazışmaları və qəzetlərdə dramaturgiya sənətinə dair felyetonlarla başlayan Avenel tezliklə çoxsaylı teatr tamaşalarının, romanların və şeirlərin müəllifi kimi ad çıxarmışdır. Onun "Alcôve et boudoir" (1855) adlı şeir və şeirlər toplusu əxlaqsızlığa görə məhkəmə qərarı ilə müsadirə olunmuş, lakin 1885-ci ildə yenidən nəşr edilmişdir. Ən böyük uğuru onun "Chanson politiques" adı ilə çıxan siyasi mövzularda mahnıları, İkinci imperiya hadisələri haqqında satira əsəri idi. Bu toplu üzə çıxanda Viktor Hüqo müəllifə yazırdı: "Nəğmə kitabındakı şairi təbrik edirəm, şairdəki vətəndaşı salamlayıram". Vikianbarda Pol Avenel ilə əlaqəli mediafayllar var.
Mnemion arvense
Çəmənlik bənövşəsi (lat. Viola arvensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Bir və ya ikiillik bitkidir. Gövdəsi sadə budaqlanan, dikduran və ya azacıq əyilmiş, qabirğalı və tükcüklü olub, hündürlüyü 10–45 sm-ə bərabərdir. Yarpaqları qısa yumurtavari-üçbucaqşəkilli və ya uzunsov-yumurtavari, dişcikli, dairəvi, pazşəkilli əsasa malik olmaqla, uzun saplaqlıdır. Yuxarı yarpaqları uzunsov-neştərvari, künclü, kənarları düyünlü, qısasaplaqlı olmaqla, demək olar ki, oturaqdır. Yarpaqları lələkşəkilli-bölünmüş olub, iri paycıqla qurtarır. Çiçəkləri tək, düzgün olmayan əyilmiş uzun çiçək ayaqcığından ibarətdir. Kasacığı 5, xətti-neştərvari yarpaqcıqlardan, əsası fırlı dişciklərdən, 2 yuxarı yumurtaşəkilli, 2 yan ellipsşəkilli, göyümtül-bənövşəyi, aşağı hissəsi isə iri, dairəvi tozcuqdan tərs üçbucaqşəklli sarı və kənarları bənövşəyi rənglidir. Çöl bənövşəsinin çiçəyinin kənarları kiçik, kasacıq ləçəkləri uzun olmayan, yuxarı ləçəkləri ağ, ortasındakılar isə parlaq-sarı olur.
Avena abyssinica
Avena abyssinica (lat. Avena abyssinica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Avena affinis
Avena sterilis (lat. Avena sterilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena affinis P.J.Bergius ex Steud. [Invalid] Avena byzantina var. solida (Hausskn.) Maire & Weiller Avena fatua var. sterilis (L.) Fiori & Paol. Avena × ludoviciana Durieu Avena ludoviciana var. psilathera (Thell.) Parodi Avena macrocarpa Moench [Illegitimate] Avena nutans St.-Lag. [Illegitimate] Avena sativa subsp. sterilis (L.) De Wet Avena sativa var.
Avena agadiriana
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Avena agraria
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Avena algeriensis
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Eden Alene
Eden Alene (ivr. ‏עדן אלנה‏‎; 7 may 2000, Qüds, İsrail) — Efiopiya əsilli ailədə doğulan yəhudi müğənni. İsraili 2021 Avroviziya Mahnı Müsabiqəsində Set Me Free mahnısı ilə təmsil etmişdir.
Piter Senge
Piter Maykel Senge (1947[…], Stenford[d], Kaliforniya) — Amerika alimi.
The Verge
"The Verge" (ingilis dilindən – "hüdud") — ABŞ kompüter, qadcet və həyat tərzi veb saytı. 1 noyabr 2011-ci ildə fəaliyyətə başlayan sayt "Vox Media" holdinqinin bir hissəsidir. "The Verge" ABŞ-nin 271-ci ən populyar veb-saytıdır və eyni zamanda qlobal miqyasda 615-ci yerdədir. 2011-ci ilin aprelində "This Is My Next" adlı texnoloji bloq fəaliyyətə başlamışdır. Gündə 3-5 məqalə dərc edən sayt 1 milyona yaxın unikal ziyarətçi cəlb etməyə nail olmmuş və 23 avqust 2011-ci il tarixində görə məşhur IT saytları siyahısında 22-ci yerdə qərarlaşmışdı. Saytda məqalələrlə yanaşı, müntəzəm olaraq audio podkastlar da dərc olunurdu. 1 noyabrda "This Is My Next" fəaliyyətini dayandıraraq, öz yerini yaradıcıları Coşua Topolski və Pol Millerin "The Verge" adlı yeni layihəsinə vermişdir. 2014-cü ilin avqustunda saytın həmtəsisçisi Coşua Topolski yaratdığı layihəni tərk edərək "Bloomberg"ə keçmişdir. Bundan sonra baş redaktor vəzifəsini Nilay Patel götürmüşdür. D. Aamoth.
Ağvəng
Ağvəng - Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. == Toponimikası == Ağvəng-erkən orta əsrlərdə xristian albanların Kəlbəcər rayonunda olan vənginin (monastırın) adındandır. Xocavənd rayonunda Vəng kəndinin adı ilə eynidir. Albaniyada IV əsrdə xristian dini qəbul edildikdən sonra ibadət binalarındakı (kilsə, monastır) adı. Bəzi tədqiqatçılara görə, erməni dilində qədim İranmənşəli söz van “yer“ və ermənicə “kh“ şəkilçisindən ibarətdir.
Senqe
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Tengə
Qazaxıstan təngəsi — Qazaxıstanın milli valyutası. Təngə 100 tiyinə bölünür (тиын, tiyin və ya tijin kimi də tərcümə olunur). ISO-4217 kodu KZT-dir. Təngə sözü Qazax dilində və bir çox türk dillərində tərəzi mənasını verir(qədim özbəkcə tənga və ya tacik dilində tanga borc götümək terminidir). Sözün mənşəyi bərabər, balans mənasında olan türkcə teŋ- hissəciyindən gəlir. Bu valyutanın adı funt, lira, pesoya oxşardır. Valyutanın adı rus dilinə türk dilindən keçmiş rus. деньги / den'gi pul sözü ilə bağlıdır. Novruz bayramından iki gün əvvəl 20 mart 2007-ci ildə, Qazaxıstan Milli Bankı Təngə üçün əyani simvolu təsdiqlədi . Simvol 2008-ci ildə Unicodedə kodlaşdırma üçün təklif olunub.
Təngə
Təngə (fars. تانقا‎) — Əmir Teymur dövründə yeni bir sikkə buraxıldı. XIV yüzilliyin sonlarında buraxılan bu pul vahidinin adı "təngə" idi. "Təngə" hind sözüdür, "danq" sözündəndir, çəki vahidi olub. Əmir Teymurun üçüncü yürüşündən sonra Azərbaycan zərbxanaları Teymuri pul-çəki sistemi ilə yeni sikkə nominalları – təngə və miri zərb etməyə başladılar. Bu dövrdən başlayaraq Cəlairi və Şirvanşahlar dövlətinin zərbxanaları pul dövriyyəsinə gümüş dirhəm dinarlarla yanaşı, həm də təngə və miri buraxmağa başladılar. Təngələr Şirvanşah, Qaraqoyunlu, Ağqoyunlu və ilk Səfəvi hökmdarlarının zamanında əsas pul nominalına çevrilmişdi. Şirvanşah I İbrahim Qara Yusifdən vassallığı qəbul edərək, 1413-cü il baharında Şirvana qayıdır. Bu dövrdən başlayaraq Şirvan zərbxanaları Qaraqoyunlu hökmdarı Sultan Pir Budaq və Əmir Qara Yusifin adından məscidlərdə xütbə oxutmağa və zərbxanalarda gümüş təngə, dirhəmlər və mis felslər zərb etməyə başladı. Şirvanşah I İbrahimin Əmir Qara Yusifdən asılılığı nominal xarakter daşıyırdı.
Vəlgə
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Avenqan (Qürvə)
Avenqan (fars. آونگان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 890 nəfər yaşayır (218 ailə). Əhalisini kürdlər təşkil edir.
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Vəng
Azərbaycanda Vəng (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Xocavənd) (20 okyabr 2020-ci il, işğaldan azad olunandan sonra: "Çinarlı" adına dəyişdirilmişdi ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Vəng (Meğri) — Meğri rayonunun inzibati ərazi vahidində kənd.