ƏLƏNGƏ

I
(Ağdam, Gəncə, Şəki, Şuşa, Zəngilan)
ətsiz iri sümük. – Bı nətə:r ətdi, teyxa ələngədi (Zəngilan); – Bu ətin nəyini pişirim, başdan-əyağa hamısı ələngədi (Şuşa)
II
(Ağdam, Böyük Qarakilsə, Cəbrayıl, Çənbərək, Füzuli, Salyan, Hamamlı, Qazax)
arıq. – Bu inəx’ lap ələngədi (Qazax); – Öküz ələngə oluf (Böyük Qarakilsə); – Bu öküz ələngə şeydi, haravıya qoşmağ olurmu? (Çənbərək)
III
(Quba)
iri ağac parçası. – Sənə elə bir ələngə çəkərəm ki, əyağa durammassan
ƏLƏMXORTDADİ
ƏLƏ:RDƏN
OBASTAN VİKİ
Ələngəzdağı
Ələngəzdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2369,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) ayrılan Ağdağ qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsinin suayırıcısında, Nəsirvaz kəndindən 1,2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında Zəngəzur qalxım zonası ilə təmas zolağında müşahidə edilən eyniadlı sinklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində Kələki lay dəstəsinin süxurlarını yaran andezitli porfirit tərkibli kiçik subvulkanik kütlə müşahidə edilir. Cənub-şərq yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir. ALANGÖZDAĞ – Ordubad rayonu ərazisində Ələngəz dağının (hünd. 2369,9 m) yerli əhali arasında işlədilən başqa adı.

Значение слова в других словарях