Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Aversa
Aversa — İtaliyanın Kampaniya regionunda şəhər.
Aversi (Urmiya)
Aversi (fars. اورسي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (127 ailə).
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bavers
Bavers (fars. باورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,147 nəfər yaşayır (696 ailə).
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Anvers adası
Anvers adası (ing. Anvers Island) — Palmera arxipelaqında terləşən iri ada. Antarktik yarımadasında şimal-qərbdə yerləşir. Brabant adasından cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu təqribi 74 km, eni 55 km təşkil edir. Sahəsi 2432 km²-dir. Adanın ən hündür yeri Mon-Franse dağıdır. Dağın hündürlüyü 2761 metr təşkil edir. Anversdən 1 km aralıda Kormorant adlı kiçicik ada yerləşir. Ada ilk dəfə Con Bisko tərəfindən 1832 ildə kəşf edilmişdir.
Avern (Fransa)
Avern (fr. Avernes) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 776 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərbində, Serji belediyyənin 16 km qərbdə yerləşir.
Ayvers reaksiyası
Ayvers reaksiyası — Qələvi və spirt məhlulu təsiri ilə kumarinlərin flavonollara çevrilməsi reaksiyasıdır. 1908-ci ildə alman alimi Ayvers tərəfindən kəşf edilmişdir. == Mənbə == С. Оаэ. Химия органических соединений серы. М.: Мир, 1975. Н.К. Ляпина. Химия и физикохимия сераорганическихсоединений нефтяных дистиллятов. М.: Наука. 1984. Т. Джилкрист, Р. Сторр.
Medqar Evers
Medqar Evers (ing. Medgar Wiley Evers; 2 iyul 1925, Dekeyter[d], Missisipi ştatı – 12 iyun 1963, Cekson) — Missisipi sakini, qaradərili vətəndaş hüquqları müdafiəçisi. Seqreqasiya siyasətini aparan yerli firmalarını boykot etmək üçün kampaniya keçirtmək, afroamerikalıların Mississippi Universitetinə girməsi üçün mübarizə aparmaq və 14 yaşlı Emmett Tillin qətli ilə əlaqədar ictimai istintaqa qatılmaq qızğın altmışlı illərin əvvəllərində Eversi döyüşün ön sıralarına qoydu. 12 iyun 1963-cü ildə Evers evinin ağzında ağ irqçi Bayron de la Bekvit tərəfindən güllələndi. Xəstəxanaya aparılarkən Evers yolda öldü. Bayron de la Bekvit daha sonra inandırıcı dəlillərə baxmayaraq ağ münsif tərəfindən iki dəfə bəraət qazandı və yalnız 1994-cü ildə qətlə görə cəzalandırıldı. == Xatirəsi == Eversin xatirəsi mahnı və filmlərdə əbədiləşdirilib, Nyu York Universitetinin kolleclərindən biri və Cekson Beynəlxalq Hava Limanının onun adını daşıyır, Cekson şəhərində ona abidə ucaldılıb, Eversin evi isə muzeyə çevrilir.
Quşlar (Aves)
Vers (Əlburz)
Vers (fars. ورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 677 nəfər yaşayır (243 ailə).
Vers dağı
Vers dağı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində dağ. Vers dağı Dərələyəz və Göyçə mahallarının sərhədində yerləşir. Bir tərəfi Dərələyəzdə Qovuşuq kəndinə məxsus Soğanlı yaylağına, o biri tərəfi isə Göyçənin Basarkeçər (Vardenis) və Qaranlıq (Martuni) rayonuna (Göyçə gölünə) baxır. Dağın yüksəkliyi 3522 m-dir. Oronim varsaq türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.
Uluru (Ayers Rok)
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Anders Aberq
Anders Aberq (16 aprel 1945 – 23 yanvar 2018, Nordinqra[d], Verternorrland[d]) — isveçli heykəltaraş, rəssam və karikaturaçı. Anders əsasən taxtadan inşa etdiyi bina modellərinə görə tanınır. 1970-ci illərdə Stokholmdakı Solna Centrum metro stansiyasını inşa etmişdir. 1980-ci ildə Anders İsveçin Nordinqra şəhərində açıq incəsənət muzeyi olan Mannaminne muzeyinin əsasını qoydu.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri. Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Aleks
Aleks — ad. Aleks Uebb — Maqnum Foto agentliyinin amerikalı fotoqrafı. Aleks Florea — Rumıniya müğənnisi. Aleks Morris — ABŞ-nin qara dərili aktyorlarından biri Aleks Koomber — Birləşmiş Krallıqı təmsil edən skeletonçu. Aleks Buda ― Albaniya tarixçisi. Aleks Qoqiç — Şotlandiya təmsilçilərindən olan Hamilton Akademikal klubunda müdafiəçi kimi çıxış edən peşəkar Aleks Salmond — Şotlandiyanın Birinci naziri. Aleks Dram Houks — ABŞ botaniki.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Alvars
Alvars (fars. الوارس‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,007 nəfər yaşayır (199 ailə).
Anders
Anders — ad. Anders Sandberg — İsveç musiqiçisi. Anders Aberq — isveçli heykəltaraş, rəssam və karikaturaçı. Anders Foq Rasmussen — Danimarka siyasətçisi, 2009-2014-cü illərdə NATO-nun baş katibi. Anders Selsi — İsveç astronomu və fiziki. Anders Hunsballe — Qrev Fodbold klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçu Anders Berinq Breyvik — Norveçli ekstremist və terrorçu.
Angers
Anje və ya Anjers (Angers) — Fransanın qərbində şəhər. Men və Luara departamentinin inzibati mərkəzi. Əhalisi 158,6 min (2005). Anju tarixi vilayətinin əsas şəhəridir. Nəqliyyat qovşağı, Men çayı sahilində gəmi dayanacağı var. Mədəniyyət və ticarət mərkəzidir. Maşınqayırma, metallurgiya, aviasiya, elektron, toxuculuq, yeyinti, ayaqqabı sənayesi müəssisələri, muzeylər, memarlıq abidələri (12–17-ci əsrlər), universitet var.
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Averno
Averno (it. Lago d'Averno) İtaliyada, Kampaniyada göl. Təxminən 2 kilometr (1.2 mil) enində və təxminən 60 metr (200 ft) dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən 4 kilometr (2.5 mil) şimal-qərbdə yerləşir. Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu. Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.