Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Aşıqçı
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Qayıqçı evi (Petropavlovsk qalası)
Qayıqçı evi (rus. Ботный дом) - Rusiyanın Sankt-Peterburq şəhərində, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən Müqəddəs Nikolay adlı I Pyotr botikinin saxlandığı yer. Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700-1721-ci illərdə baş vermiş Şimal müharibəsi (1700-1721)Şimal müharibəsi bitdikdən sonra imperator I Pyotr öz botikini (yəni qayığını) Moskvadan Sankt-Peterburqa gətirməyi qərara alır. 1723-cü ildə botik təntənəli şəkildə paytaxta daxil olur. Əvvəlcə onun üçün qalada kiçik sipər tikilir. 1761-ci ildə "Rus donanmasının babası" adlanan Pyotrun qayığı Pyotr və Pavel zəng qülləsinin yaxınlığında memar A.F. Vist tərəfindən inşa edilən və Qayıqçı evi adı ilə tanınan kiçik pavilyona köçürülmüşdür. Memar açılan qapıların ölçüsünü düzgün hesablamadığından, inşaatçılar qayığı otağa yerləşdirmək üçün qapı və divarları sökməyə məcbur olmuşdular. Evin memarlığında dekorativ barokko üslubundan ciddi klassisizmə keçid öz əksini tapmışdır. Binanın sadə fasadı və bəzəksiz portikləri mürəkkəb formalı tağlı dam və hündür pəncərələrlə birlikdə harmoniya təşkil edir. Damın üzərinə Naviqasiya tanrısının alleqorik heykəli quraşdırılmışdır (1891-ci il, heykəltaraş David Yensen).
Qırmızı yaylıqlı qovağım mənim
Qırmızı yaylıqlı qovağım mənim — Çingiz Aytmatovun yazdığı kitab Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.
Minimum aylıq əməkhaqqı
Minimum aylıq əməkhaqqı — işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir. Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.
Orta aylıq temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta aylıq temperatur orta sutkalıq temperaturların toplanıb ayın günləri sayına bölünməsindən alınır. Havanın orta sutkalıq temperaturunu isə meteoroloji məntəqədə 8 dəfə ölçmə işləri aparılırsa, bütün ölçmə işlərinin nəticələrinin cəmini 8- ə bölməklə alınır. Bundan başqa orta illik və orta sutkalıq temperaturlar da hesablamaq mümkündür.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Tenpo aclığı
Tenpo aclığı (天保の飢饉, Tenpo no kikin) – 1833-36-cı illərdə Yaponiyada baş vermiş kütləvi aclıq. Soyuq hava şəraiti, daşqınlar və bərk küləklərə görə 1833-cü ildə məhsuldarlıq 30-70% aşağı düşmüşdü. Nəticədə, düyünün qiymətində qəfil artım qeydə alınmışdır. Aşağı məhsuldarlıq 1834 və 1835-ci illərdə də davam etmiş, 1836-cı il isə məhsuldarlığın ən az olduğu il olmuşdur. Məhsuldarlığın az olması səbəbilə qiymətlər qalxmağa davam etmiş və yoxsullaşmış kəndilər şəhərlərə axışmışdırlar. Bir çox kəndli aclıq və xəstəlik səbəbilə ölmüş, hətta kannibalizm halları da qeydə alınmışdır. Şimal-şərqi Yaponiyadakı aclıq daha şiddətli olmuşdur. Şoqunluq düyü paylamaq, sığınacaqlar təşkil etmək, qiymətləri tənzimləmək, tədarükü qadağa etmək və sake istehsalını məhdudlaşdırmaqla böhranın qarşısını almağa çalışmışdır. Bir çox han aclığın qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, effektivliyi az olmuşdur. Aclıq Osaka şəhərində Oşio Heyhaçironun başçılığı altında üsyanın başlamasına səbəb olmuşdur.
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır. Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki, bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır. Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Yel alıcı
Yel alıcı (fars. بادگیر‎ bâdgir: bâd "yel" + gir "alıcı","alan "ərəb. ملقف ‎malqaf və ya بارجيل barjeel) — binalarda təbii ventilyasiya yaratmaq üçün ənənəvi İran memarlıq elementlərindən biri.
Böyük Çin aclığı
Böyük Çin aclığı (çin 三年大饑荒) — Çin Xalq Respublikasında 1959-cu ildən 1961-ci ilə kimi dövlət hesablamalarına görə kütləvi aclıqdan 15 milyon insanın öldüyü hadisə. Aclığın qurbanlarının miqdarını qeyri-rəsmi mənbələr fərqli qiymətləndirir. Bəzi mənbələr qurbanların 36 milyona yaxın olduğunu iddia edirlər. Eləcədə Çində bu hadisəni «Üç fəlakətli il» və ya «Üç acı il» adlandırırlar. İndi təhqiqadçılar aclığın inkişafına səbəb təbii fəlakətlərdən yox, ölkədəki sosial-siyasi dəyişiklər səbəb olmuşdur. 1950-ci illərin sonundan Çin Xalq Respublikası böyük sıçrayış siyasətini həyata keçirməyə başladı. Bu siyasət kənd təsərrüfat yönümlü ölkəni aqrar ölkəyə çevirməli idi. Bunun üçün kollektivizasiya kimi üsüllardan istifadə edilirdi. Misal üçün, bitki növlərinin arasında rəqabətin olmaması ideyası tarlalarda kəskin şəkildə əkin miqdarın artırdı, ilk öncə üç dəfə, sonra isə iki dəfə. Əslində isə bu inkişafın və məhsuldarlığın azalmasına gətirib çıxardı.
Şəxsi alıcı (film, 2016)
Şəxsi alıcı (ing. - Personal shopper) - 2016-cı il istehsalı olan psixoloji gerilim-dram filmi. Parisdə bir məşhur üçün alış-veriş edən və ölən əkiz qardaşı ilə əlaqə qurmaq istəyən amerikan bir qadının başına glənlərdən bəhs edən film.