Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Əsəd Eyvazalı
Aşıq Əsəd (1857, Naxçıvan – 1947) — tanınmış Naxçıvan aşıqlarından biri. == Həyatı == Eyvazov Əsəd Məmiş oğlu 1857-cu ildə Qabıllı kəndində (indiki Kəngərli rayonu) anadan olub. O, aşıq məclislərində Azərbaycan, Əfqanistan, İraq, İran və Türkiyədə qədim dövrlərdə yaşanmış "Əsli və Kərəm", "Aşıq Qərib", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi həqiqi dastanlar ilə ifa edərmiş. Yəni, Aşıq Əsəd Eyvazalı saz və söz məclislərində qədim dövrlərdə yaxın şərqdə yaşanmış qəhrəmanlıq, məhəbbət və ibrətamiz hadisələri saz ilə nəql edirmiş. Aşıq Əsəd Eyvazalının iştirak etdiyi məclislər bir tamaşa xarakteri daşıyarmış. Bu tamaşada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən, bir simada – müxtəlif obrazların canlandrılması, Aşıq Əsəd Eyvazalı’nın nəinki usta sənətkar olduğunu, hətta dərin müdrikliyə sahib olduğunun təzahürüdür. Aşıq Əsəd aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs şəkillərində şeirlər yaradan aşıq olmuşdur. 1947-ci ildə Qabıllı kəndində vəfat edib. == Mənbə == Naxçıvan aşıqları və el aşıqları.
Eyvazlı
Eyvazlı — Azərbaycanda daha çox işlədilən soyad. Kəndlər Eyvazlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Eyvazlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Eyvazlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Eyvazlı (Ağdam)
Eyvazlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində kənd.
Eyvazlı (Pərsabad)
Eyvazlı (fars. عيوض لو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (39 ailə).
Eyvazlı (Qubadlı)
Eyvazlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhədd olan ən yaxın yaşayış məntəqəsidir. Həmçinin bura Qubadlının ən kiçik üçüncü yaşayış yeridir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir. Əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdu. Ermənistan 1923-cü ildə bu kəndi dinc yolla zəbt etmək istəsə də, buna nail ola bilməyib (Həmin dönəmdə Zəngilan və Ordubadın bəzi kəndləri ermənilərə verilmişdir). 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == === Tanınmışları === Valeh Bərşadlı — general, Azərbaycan Respublikasının 1-ci Müdafiə naziri. Məmməd İsgəndərov — siyasətçi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
Eyvazlı soyu
Eyvazlı soyu — Azərbaycan xalqının Seyidli oymağına aid nəsillərindən biri. == Tarixi == Eyvazlı soyu öz adını Seyidli oymağının sakini Eyvazın adından almışdır. O, XVIII əsrdə Seyidli oymağında yaşamışdır.Eyvazın Həsən adlı yeganə övladı olmuşdur. Həsən (1788-1848) Seyidli oymağında yaşamışdır. Molla məktəbində oxumuşdur.O, Yetərlə evlənmiş, Alı, Hüseyn, İsmayıl, Eyvaz adlı dörd övladı dünyaya gəlmişdir. Hazırda Eyvazlı nəsli Eyvazov soyadı ilə tanınır. Bu nəsil daha çox həkimləri, müəllimləri ilə şöhrət qazanmışdır. Məşədi İsmayıl Eyvazov, Nağı Eyvazov, Zeyni Eyvazov, Əli Zeyni oğlu Eyvazov, Nürəddin Eyvazov, Zirəddin Eyvazov, tanınmış həkim Rizvan Eyvazov, tibb elmləri namizədi, dosent Taryel Eyvazov, Molla Nəsir Eyvazov, Heydər Eyvazov, Rəşid Eyvazov, Kamil Eyvazov, Famil Eyvazov, Asif Eyvazov və başqaları bu nəslin layiqli övladlarıdırlar. == Şəkillər == Eyvazlılar == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Məzdək Eyvazlı
Məzdək Əli oğlu Eyvazlı (26 fevral 1996; Bakı, Azərbaycan — 29 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbin 1-ci sinfinə daxil olan Məzdək 2013-cü ildə həmin məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Gədəbəyə hərbi xidmətə yollanmışdır. 2018-ci ildə hərbi xidmət müddətini bitirmişdir. Məzdək 2019-cu ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır. Məzdək Eyvazlı 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Məzdək Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Rüfət Eyvazlı
Rüfət Arzu oğlu Eyvazlı (16 sentyabr 1994; Zabrat, Bakı, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsəd Əsədli 1994-cü il sentyabrın 16-da Bakının Zabrat qəsəbəsində anadan olub. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub. Orta təhsilini Sabunçu rayon Zabrat qəsəbəsi, 192 saylı tam orta mektəbdə başlayıb. 1-ci sinfi burada oxuduqdan sonra, imtahan verərək Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasına qəbul olunur. 2012-ci il Oktyabr ayında Füzuli rayonunda hərbi xidmətə başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Hadrutun azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 12-da Xocavənddə mərmi qəlpəsindən şəhid olub.
Elşad Eyvazlı
Elşad Eyvazlı (azərb. Eyvazlı Elşad Səməndər oğlu‎) — Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü,, Azərbaycan Respublikası əməkdar jurnalisti == Həyatı == Eyvazlı Elşad Səməndər oğlu 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. 2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Saytının rəhbəridir. 2019-cu ildən mərkəzi ofisi Ankarada yerləşən və dünyanın 45 ölkəsində təmsil olunan GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatının xarici məsələlər üzrə Məclis sədridir.
Fərman Eyvazlı (yazıçı)
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Ağstafa rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.