Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq Əsəd Eyvazalı
Aşıq Əsəd (1857, Naxçıvan – 1947) — tanınmış Naxçıvan aşıqlarından biri. == Həyatı == Eyvazov Əsəd Məmiş oğlu 1857-cu ildə Qabıllı kəndində (indiki Kəngərli rayonu) anadan olub. O, aşıq məclislərində Azərbaycan, Əfqanistan, İraq, İran və Türkiyədə qədim dövrlərdə yaşanmış "Əsli və Kərəm", "Aşıq Qərib", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi həqiqi dastanlar ilə ifa edərmiş. Yəni, Aşıq Əsəd Eyvazalı saz və söz məclislərində qədim dövrlərdə yaxın şərqdə yaşanmış qəhrəmanlıq, məhəbbət və ibrətamiz hadisələri saz ilə nəql edirmiş. Aşıq Əsəd Eyvazalının iştirak etdiyi məclislər bir tamaşa xarakteri daşıyarmış. Bu tamaşada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən, bir simada – müxtəlif obrazların canlandrılması, Aşıq Əsəd Eyvazalı’nın nəinki usta sənətkar olduğunu, hətta dərin müdrikliyə sahib olduğunun təzahürüdür. Aşıq Əsəd aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs şəkillərində şeirlər yaradan aşıq olmuşdur. 1947-ci ildə Qabıllı kəndində vəfat edib. == Mənbə == Naxçıvan aşıqları və el aşıqları.
Eyvazlı
Eyvazlı — Azərbaycanda daha çox işlədilən soyad. Kəndlər Eyvazlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Eyvazlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Eyvazlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Eyvazlı (Ağdam)
Eyvazlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində kənd.
Eyvazlı (Pərsabad)
Eyvazlı (fars. عيوض لو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (39 ailə).
Eyvazlı (Qubadlı)
Eyvazlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Eyvazlı kəndi Qubadlının Ermənistanla həmsərhədd olan ən yaxın yaşayış məntəqəsidir. Həmçinin bura Qubadlının ən kiçik üçüncü yaşayış yeridir. Kənd Bərgüşad çayının sahilində və dağların arasında yerləşir. Əhalisi əsasən əkinçilik və toxuculuqla məşğul olurdu. Ermənistan 1923-cü ildə bu kəndi dinc yolla zəbt etmək istəsə də, buna nail ola bilməyib (Həmin dönəmdə Zəngilan və Ordubadın bəzi kəndləri ermənilərə verilmişdir). 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == === Tanınmışları === Valeh Bərşadlı — general, Azərbaycan Respublikasının 1-ci Müdafiə naziri. Məmməd İsgəndərov — siyasətçi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri.
Eyvazlı soyu
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Qazax rayonundaanadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Məzdək Eyvazlı
Rüfət Eyvazlı
Elşad Eyvazlı
Elşad Eyvazlı (azərb. Eyvazlı Elşad Səməndər oğlu‎; 1973, Sarıdaş, Kəlbəcər rayonu) — Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası əməkdar jurnalisti. == Həyatı == Eyvazlı Elşad Səməndər oğlu 1973-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. 2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 01.09.2009-cu ildən “Modern” Media Qrupun direktoru, 01.03.2018-ci ildən “Azedu.az” Təhsil Saytının rəhbəridir.
Fərman Eyvazlı (yazıçı)