Rüfət Eyvazlı

Rüfət Arzu oğlu Eyvazlı (16 sentyabr 1994; Zabrat, Bakı, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Rüfət Eyvazlı
Rüfət Arzu oğlu Eyvazlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Zabrat, Bakı, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Xocavənd, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Zabrat
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020, "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Əsəd Əsədli 1994-cü il sentyabrın 16-da Bakının Zabrat qəsəbəsində anadan olub. 192 saylı orta məktəbi bitirib. Futbol həvəskarı idi. Zabrat həvəskar futbol klubunun üzvü olub.[2][3] Orta təhsilini Sabunçu rayon Zabrat qəsəbəsi, 192 saylı tam orta mektəbdə başlayıb. 1-ci sinfi burada oxuduqdan sonra, imtahan verərək Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasına qəbul olunur. 2012-ci il Oktyabr ayında Füzuli rayonunda hərbi xidmətə başlayıb.[4]

Hərbi xidmətləri

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Hadrutun azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 12-da Xocavənddə mərmi qəlpəsindən şəhid olub. I Zabrat qəbristanlığında dəfn edilib.[5][6]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Eyvazlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 21.10.2021. 2021-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21.10.2021.
  2. "Şəhid Rüfət Eyvazlı". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  3. "Rüfət Eyvazlı". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  4. "Eyvazlı Rüfət Arzu oğlu". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  5. Şəhid Rüfət Eyvazlı bizim qəhrəmanımızdır
  6. "RÜFƏT EYVAZLI ANILDI". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  7. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.