Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadigan (Urmiya)
Azadigan (fars. ازادگان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 271 nəfər yaşayır (82 ailə).
Dəşt Azadegan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Azadlığa himn
"Azadlığa himn" (yun. Ύμνος εις την Ελευθερίαν) — 1823-ci ildə Dionisios Solomos tərəfindən bəstələnən, 158 bənddən ibarət olan poema. 1865-ci ildə ilk iki bənd Yunanıstan himni kimi elan olunmuşdur. Həm də Kipr Respublikası himni kimi istifadə olunur. Yunanıstan dövlət himni — "Azadlığa himn", 158 bənddən ibarətdir. Onlardan ancaq ilk 18 bənd dövlət himni kimi qəbul olunub. Rəsmi tədbirlərdə isə 4 bənd oxunur.
Azadlığa aparan xalq
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Azadlığa aparan yollar
Azadlığa aparan yollar (fra. : Les chemins de la liberté) fransız yazıçısı Jan-Pol Sartrın romanlar seriyasıdır. Tetralogiya kimi nəzərdə tutulmuşdu, o, yarımçıq qaldı, planlaşdırılan dörd cilddən yalnız üçü nəşr olundu. Nəşr olunan üç roman sosialist fəlsəfə müəllimi Mathieu və onun bir qrup dostunun ətrafında cərəyan edir. Trilogiyaya aşağıdakılar daxildir: L'âge de raison (Kamilliyin yaşı), Le sursis (Möhlət) və La mort dans l' âme (Problemli Yuxu). Trilogiyadan sonra dördüncü roman, La dernière (Son şans) çıxmalı idi.; lakin Sartr onu heç vaxt bitirməyəcəkdi: Son şansın son hissəsi sonradan yenidən quruldu və 1981-ci ildə nəşr olundu. Romanlar əsasən İkinci Dünya Müharibəsi hadisələrinə və Fransanın nasist işğalına cavab olaraq yazılmışdır və Sartrın fəlsəfi mövqeyində həm həyatda, həm də ədəbiyyatda “məşğulluq” (öhdəlik) istiqamətində müəyyən əhəmiyyətli dəyişiklikləri ifadə edir, geniş essedə öz həllini tapır.
Dəşt Azadəqan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Azadlığa gedən yollar (film, 1990)
Azadlığa gedən yollar tammetrajlı sənədli filmi rejissorlar Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Xamiz Muradov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev Bəstəkar: Rauf Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.