Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azadçay
Azadçay — Göygöl rayonu ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 18 km, hövzəsinin sahəsi 52 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından (1700 m) başlayır. Kürəkçayın sol qoludur.
Ağadayı
Ağadayı — Azərbaycanda üzüm növü. Azərbaycanın əsas yerli süfrə üzümüdür. Abşeronda əkilmiş, əvvəlcə həyətyanı sahələrdə, sonralar ictimai təsərrüfatlarda irimiqyaslı üzümlüklər salınmışdır. Demək olar ki, respublikanın hər yerində yayılmışdır. Keçən əsrin 70-ci illəri Füzuli və Ağdam rayonları üçün çox yüksək məhsuldarlıq illəri olmuşdur. Tovuz rayonunun dağətəyi kəndi olan İbrahimhacılı kəndində bu sortdan bir neçə hektar üzümlük vardır. Ancaq Ağadayı sortunun gilələri orada lazımi rəng toplaya bilmir. == Yetişdirilməsi == 1990-cı ildə sortdan əkin materialı götürüb Gəncədə "Üzüm-tredinq LTD" MMC-də iki cərgə üzümlük salınmışdır. Kolları çox güclüdür. Suvarılan münbit torpaqlarda geniş qida sahəsi, güclü dayaq və güclü forma tələb edir.
Biomüxtəlifliyin azalması
Biomüxtəlifliyin azalması — heyvan və ya bitki növlərinin azalması və həmçinin nəsillərinin kəsilməsi hadisəsidir. Bu hadisə mühit deqradasiyasının ekoloji yenidənqurma prosesinin mümkünlüyündən asılı olaraq müvəqqəti və ya daimi ola bilər. Heyvanların qlobal nəsli kəsilməsi geri qaytarıla bilinməyəcəyi artıq sübut edilib. Daimi qlobal növlərin azalması, təbiidir ki, "regional növlərin kompozisiyasında dəyişikliklər" ifadəsindən daha dramatikdir. Ancaq növlərin sağlam və sabit vəziyyətində çox kiçik dəyişikliklər belə qida şəbəkəsinə böyük təsirlər edə bilər. Bu təsir isə özünü birbaşa növlər üzərində göstərir və nəticədə zəncirvari nəsil kəsilmələri baş verir. Biomüxtəlifliyin azalmasının isə pis nəticələri ola bilər. Biomüxtəlifliyin azalması ekoloji sistemin bizə göstərdiyi xidmətlərin azalması deməkdir, bu isə öz növbəsində qida təhlükəsizliyi və bəşəriyyət üçün böyük təhlükədir. == İtki nisbəti == Hazırkı qlobal müxtəliflik itkisi nisbəti əvvəlkindən 100 – 1000 arası dəfələrlə daha yüksəkdir və növbəti illərdə daha da yüksələcəyi güman edilir. Yerli olaraq əhatəyə alınmış itki nisbətləri növlərin zənginliyi və zamana görə dəyişikliyi ilə ölçülə bilər.