Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şarl Aznavur
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], Parisin 6-cı rayonu[d] – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır.Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb. 1988-ci ildə baş verən Spitak zəlzələsinin qurbanları üçün yardımların toplanmasında iştirak edib.
Karina Aznavuryan
Karina Boris qızı Aznavuryan (20 Sentyabr 1974, Bakı, Azərbaycan) Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004), Dünya (2003) və Avropa (2004) çempionudur. == Həyatı == Karina Aznavuryan 20 sentyabr 1974-cü ildə Bakıda anadan olmuşdur. Onun atası milliyətcə erməni, anası isə azərbaycanlıdır. Qılıncoynatma ilə ilk dəfə Bakıda məşğul olmağa başlayıb. Qarabağ münaqişəsi başlandıqdan sonra onun ailəsi Moskvaya köçür. Əvvəllər rapira ilə məşqul olan Karina burada şpaqa ilə məşq etməyə başlayır. 1994-cü ildən etibarən Rusiya yığmasının tərkibində iştirak etməyə başlayır. 1996-cı ildə Atlantada keçirilən Olimpiya oyunlarında Rusiya yığmasının tərkibində bürünc medal qazanır. Daha sonra Sidney (2000) və Afina (2004) şəhərlərində keçirilən Olimpiya oyunlarında qızıl medallar qazanır. 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarında belində olan zədə səbəbindən iştirak etmədi.
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.
Aznauri
Aznauri (gürc. აზნაური; cəmi aznaurni, აზნაურნი, və ya aznaurebi, აზნაურები) — Gürcüstan zadəganlarının bir sinfi idi. adı V əsrdən məlumdur. Aznaurilər kral, knyaz və kilsəyə bölünürdülər. İrsi və xidməti Aznauri fərqlənirdi. Onlar torpaq sahibi idilər, məcburi hərbi xidmət keçirdilər. XIX əsrin əvvəllərində Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə aznaurilər rus zadəganlarının hüquqlarını almışdır.
Anamur
Anamur (türk. Anamur) — Mersin ilinin ilçəsi.
Aznar
"Aznar" (tam adı: "Aznar" QSC) — Azərbaycan şirkəti. == Yeri == Şirkət Göyçay rayonunda fəaliyyət göstərir. == Rəhbərlik == Şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. O, həm də 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.
Arnavut ciyəri
== Tərkibi == 1 qoyun qaraciyəri, 1/2 stəkan un, 1 stəkan duru yağ, 1.5 şorba qaşığı qırmızı bibər, 2 soğan, 1 dəstə cəfəri, duz. == Hazırlanması == Ciyərin pərdələrini soyun. Yarım barmaq enində dilimlərə doğrayın. Yuyun və sularını süzün. Ciyərlərin suyu yaxşıca süzülüb quruyduqdan sonra una bulayın. Qızğın maye yağa düzərək gözləyin. 1 dəqiqyə qədər bişirin. Tavadan alın. Çıxarıb, üzərinə duz səpin. Tavadaki yağın üçdə birinə qırmızı bibəri səpin.
Znaur rayonu
Znaur rayonu (Oset. Знауыры район, gürc. ზნაურის რაიონი) — Cənubi Osetiyanın ən kiçik inzibati bölgəsidir. == Tarix == 1931-ci ilə qədər Znaur rayonu Okonski adlandırılırdı. 1931-ci ildə Gürcüstanda vətəndaş müharibəsinin iştirakçısı Znaur Zaurbəyoviç Aydarov (1889-1919) şərəfinə Znaur rayonu adlandırıldı. Gürcüstan SSR hakimiyyəti bölgədəki toponimlərin gürcüləşməsinin xeyrinə ərazinin Kornisk adlandırılmasına cəhd edildi. 1989-1992, 2004, 2006 və 2008-ci illərdə Cənubi Osetiya soyqırımı zamanı rayon, Tsxinvali kimi döyüş və iqtisadi mühasirədən əziyyət çəkmişdir, 2008-ci ildən sonra infrastrukturun aktiv şəkildə bərpası, mühüm sosial obyektlərin inşası başlanmışdır. 2014-cü ildə rayonda məşhur inqilabçı, Osetiyanın vətənpərvər vətəndaşı, Vətəndaş müharibəsi Qəhrəmanı Znaur Aydarovun anadan olmasının 125 illiyi qeyd olundu. Onun şərəfinə 1931-ci ildə Okonski rayonu Znaur adlandırıldı. == Coğrafiya == Bölgənin uzunluğu qərbdən şərqə 24 km, şimaldan cənuba 26 km təşkil edir.