Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyümə ağrısı
Böyümə ağrısı – funksional xarakterlidir, 4–12 yaşda, cins fərq yoxdur, ağrılar budda və baldırda, gecə və axşamlar olur, heç vaxt səhərlər olmur, müayinədə obyektiv və laborator dəyişikliklər tapılmır
Hepatosit böyümə faktoru
Hepatosit böyümə faktoru (HBF) — spesifik olaraq, hepatositlərin proliferasiyasını sürətləndirən zülal təbiətli maddədir və təsiri hepatositlərin membranında yerləşən spesifik reseptorlar — HBFr — vasitəsilə həyata keçirilir. HBF-nin c-met onkogeninin məhsulu olduğu bildirilir. HBF-in bir neçə yerdə: ağciyərlərdə, böyrəklərdə, dəridə, leykositlərdə, Kuppffer hüceyrələrində sintez olunduğu guman edilir. Hesab edilir ki, HBF başlıca olaraq, retikuloendotelial sistem tərəfindən sintez edilir və bu sistemin aktivləşmə dövründə leykosit və limfositlərdən ifraz olunan böyümə faktorları qrupundandır. HBF-nin ifraz olunmasının başlıca səbəbi kimi, qaraciyərdə hüceyrə zədələnməsi göstərilir. Rezeksiya və toksiki hepatitlərdə qanda HBF-nin artmasını bu fikri təstiqləyən dəlil kimi göstərirlər. Rezeksiyadan sonra HBF və HBFr-in 15-ci dəqiqədən başlayaraq 24 saat ərzində artığı müşahidə edilmişdir. HBF-nin neoplastik proseslərdə də aktiv rol oynadığı bildirilir.
Uşaqlarda böyümə ağrısı
Böyümə ağrısı – funksional xarakterlidir, 4–12 yaşda, cins fərq yoxdur, ağrılar budda və baldırda, gecə və axşamlar olur, heç vaxt səhərlər olmur, müayinədə obyektiv və laborator dəyişikliklər tapılmır
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar.Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə,bir sıra hüceyrələr , o cümlədən ,stromal hüceyrələr,makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O,qeyri aktiv formada sintez olunur,proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır.O,hemopoez prosesinə,iltihab sitokinlərinin sintezinə,limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir.Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini,yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir.Onun differensisasiya təbiətli təsiri də məlumdur.Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.Onun geninin söndürülməsi əsasında autoimmun reaksiyaları duran və bədənin bütün ahələrini əhatə edən fatal iltihab patologiyası yaranır,yəni β tansformasiyaedici böyümə faktoru orqanizmdə autoimmun proseslərinin qarşısını alan bir faktor kimi də fəaliyyət göstərir.
Bitkilərin böyümə və inkişafı
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.
Ivan Bohun
İvan Bohun (ukraynca; Iван Богун, polyakca; Iwan Bohun; 1618, Bratslav[d] – 27 fevral 1664, Novhorod-Siverskyi[d]) — Ukrayna kazaklarının polkovniklərindən biri. 1654-1667-ci illər arasında Polşa-Litva İttifaqının Rus Çarizmi ilə müharibəsində Polyaklarla birlikdə iştirak etmişdir. İvan Bohunun ölümü hər il Lvovda xatırlanır.
Jül Borde
Jül Borde (fr. Jules-Jean-Baptiste-Vincent Bordet; 13 iyun 1870[…] – 6 aprel 1961[…], Brüssel) – Belçikalı immunoloq və mikrobioloq. Bordetella bakteriya cinsi onun adını daşıyır. 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanmışdır. == Həyatı == Jül Borde 1870-ci ildə Belçikanın Suan şəhərində anadan olmuşdur. 1892-ci ildə Brüssel Universitetini bitirmişdir. 1894–1901-ci illərdə Parisdəki Paster İnstitutunda işləyirdi. Burada bir neçə ilini İlya Meçnikovun laboratoriyasında keçirdi. 1900-cü ildə Belçikaya qayıtdı və Paster İnstitutuna rəhbərlik etdi. 1907–1935-ci illərdə Brüssel Universitetində Bakteriologiya və Parazitologiya şöbəsinə də rəhbərlik etmişdir; 1935-ci ildən həmin üniversitetin fəxri professoru olmuşdur.
Mariya Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Elyanora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Elyanora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Mariya de Bohun
Mariya Bohun (ing. Mary de Bohun; təq. 1369 – 4 iyul 1394, Piterboro qəsri[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı IV Henrinin ilk xanımı və V Henrinin anası. Əri onun vəfatından sonra İngiltərə taxtına çıxdı və bu səbəblə Mariya heç vaxt İngiltərə kraliçası ola bilmədi. == Həyatı == Herford qrafı Hemprey Bohun və xanımı Yuanna Fitzalanın qızı olan Marqarita ana şəcərəsindən Uels monarxlarının sülaləsindən gəlir. O və bacısı Elyanora atasının önəmli mülklərinin varisi idi və bu səbəblə kiminlə evlənəcəkləri mühüm problemə çevrilmişdi. Bacısı Elyanora III Eduardın kiçik oğlu Tomasla evləndi. Ancaq Tomas xanımının mirasının bölüşdürülməməsi üçün baldızını rahibə olmağa və kilsəyə qapanmağa məcbur edirdi. Gentli Conla müttəfiq olan xalasının köməyilə Tomasın yanından qaçdı və Arundel qalasına sığındı. Daha sonra bu qalada Gentli Conun oğlu Henriylə evləndi.
Bode muzeyi
Bode muzeyi (1904-cü il adı ilə Kaiser Friedrich muzeyi) — Almaniyanın paytaxtı Berlindəki Muzeylər adasında tarixi qoruma altındakı bir bina daxilində qurulan muzeydir. 1904-cü ildə Kaiser Friedrich muzeyi adı ilə açılan muzeydə heykəl, medal və sikkə kolleksiyasından əlavə, həmçinin Bizans sənəti də yerləşir. Təxminən 6 il davam edən bərpadan sonra 17 oktyabr 2006-cı ildə yenidən açıldı. O vaxtdan etibarən muzeyin adı qurucularından biri olan Vilhelm fon Bodenin şərəfinə dəyişdirildi. Anadoluda arxeoloji qazıntılar zamanı tapılan bir çox əsər burada nümayiş olunur. == Muzeyin inşası == 1840-cı illərdən bəri bir sənət muzeyi yaratmaq ideyaları mövcud idi. Bu mövzuda fikir söyləyən şəxs sənət tarixçisi Vilhelm von Bode idi. Saray memarları Ernst von İhne və Maks Hasak tərəfindən 1897–1904-cü illər arasında inşa edilmiş bu bina içərisində Vilhelm von Bode tərəfindən toplanmış heykəl və şəkil kolleksiyasının sərgilənməsi planlaşdırılırdı. 18 oktyabr 1904-cü ildə III Fridrixin doğum günündə açılan muzey, onun anısına Kaiser Friedrich muzeyi kimi tanınmağa başladı. Muzeyin girişində Monbijou körpüsünün üzərinə 1904-cü ildə təxminən 6,80 metr yüksəkliyindəki III Fridrixin süvari heykəli ucaldılmışdır.
Collection Budé
Collection Budé və ya Collection des Universités de France — VI əsrə qədər (İmperator Yustiniandan əvvəl) Yunan və Roma klassik ədəbiyyatını özündə birləşdirən kitab seriyası. Seriya, Les Belles Lettres tərəfindən nəşr olunan və Qiyom Büde Cəmiyyətinin sponsorluğu ilə nəşr olunan fransız humanist Qiyom Büdenin adını daşıyır. == Təsnifatı == Seriyadakı hər kitabda giriş, qeydlər və tənqid, fransızca bir başlıq səhifəsi var. Bəzi cildlərdə tam şərhlər var. Qədim Yunan ədəbiyyatının cildlərində Afinanın simvolu olan sarı örtüklü xarabaçılı təsvir edilmişdir. Kapitoli canavarının təsviri ilə qırmızı rəngli latın cildləri. "Classiques en poche" (Cib Klassikləri) adlı yeni seriya tələbələrə yönəlib. == İstinadlar == == Xarici keçidlər == Kitab siyahısı (ing.): Greek series (by genre), Latin series (by genre) fransız dilində Qu’est-ce qu’un «Budé»?
Qiyom Büde Assosiasiyası
Qiyom Büde Assosiasiyası (fr. Association Guillaume-Budé) — Humanist Qiyom Büdenin adını daşıyan və humanitar elmlərin təbliğinə həsr olunmuş fransız mədəni və elmi cəmiyyəti. Cəmiyyətin hazırkı prezidenti ellinist Jak Joannadır. Assosiasiya Beynəlxalq Klassik Araşdırmalar Federasiyasının təsisçi üzvüdür (ing. International Federation of Associations of Classical Studies, 1948). == Tarixi == Qiyom Büde Assosiasiyası 1917-ci ildə dörd məşhur fransız filoloqu Moris Kruaze, Pol Mazon, Lui Bodin və Alfred Ernu tərəfindən yaradılmışdır. Assosiasiyanın əsas məqsədi 19-cu əsrin əvvəllərindən ingilis və xüsusilə alman alimlərinin (Vilamovits-Mellendorf, Nitsşe, Dils və başqaları) üstünlük təşkil etdiyi bir sahədə yunan və latın klassik müəlliflərinin tənqidi nəşri idi. 1930-cu ildə Pol Mazonu Les Belles Lettres İnzibati Şurasının sədri vəzifəsində əvəz edən naşir Jan Malinin təşəbbüsü ilə aparıcı mütəxəssislərin rəhbərliyi altında hər kəsə antik dövr abidələrini görməyə imkan verən ilk arxeoloji kruiz təşkil edildi. 1932-ci ildə Nimesdə Assosiasiyanın ilk qurultayı keçirildi. O, bütün Fransada və hətta onun hüdudlarından kənarda cəmiyyətin yerli təbəqələrinin yaradılmasına təkan verdi.
Titius-Bode qanunu
Alman fiziki Titius tərəfindən formul halına salınmış və astronom Bode tərəfindən təkmilləşdirilmiş planetlərin günəşdən məsafələrini ifadə edən qanunauyğunluq. 1776-cı ildə təklif olunmuşdur. == Riyazi İfadəsi == 3, 6, 12, 24, 48, 96, ... həndəsi silsiləsinə ilk hədd olaraq 0ı əlavə etdikdən sonra hər həddin üzərinə 4 əlavə edib 10a bölək. Alınan 0.4, 0.7, 1, 1.6, 2.8, 5.2, 10, 19.6 və 38.8 ədədləri Astronomik Vahid olaraq planetlərin Günəşdən orta məsafələrinə bərabər olacaqdır. == Tarix == Titius-Bode qanunu ortaya çıxarıldığı zaman Uran, Neptun və Pluton hələ kəşf olunmamışdı. Amma qanun Neptun istisna olunmaqla həqiqətə uyğun nəticələr verməkdədir. Bundan başqa bu qanun Mars və Yupiter arasında bir planet mövcud olması nəzəriyyəsini inkişaf etdirmişdir. Bundan başqa astronomlar Adams və Leverye Neptunun axtarışı zamanı Titsius-Bode qanunundan istifadə etmişdilər. İndi bilirik ki, uzaq planetlər üçün bu qanun bir o qədər də dəqiq deyil.
Titsius-Bode qanunu
Alman fiziki Titius tərəfindən formul halına salınmış və astronom Bode tərəfindən təkmilləşdirilmiş planetlərin günəşdən məsafələrini ifadə edən qanunauyğunluq. 1776-cı ildə təklif olunmuşdur. == Riyazi İfadəsi == 3, 6, 12, 24, 48, 96, ... həndəsi silsiləsinə ilk hədd olaraq 0ı əlavə etdikdən sonra hər həddin üzərinə 4 əlavə edib 10a bölək. Alınan 0.4, 0.7, 1, 1.6, 2.8, 5.2, 10, 19.6 və 38.8 ədədləri Astronomik Vahid olaraq planetlərin Günəşdən orta məsafələrinə bərabər olacaqdır. == Tarix == Titius-Bode qanunu ortaya çıxarıldığı zaman Uran, Neptun və Pluton hələ kəşf olunmamışdı. Amma qanun Neptun istisna olunmaqla həqiqətə uyğun nəticələr verməkdədir. Bundan başqa bu qanun Mars və Yupiter arasında bir planet mövcud olması nəzəriyyəsini inkişaf etdirmişdir. Bundan başqa astronomlar Adams və Leverye Neptunun axtarışı zamanı Titsius-Bode qanunundan istifadə etmişdilər. İndi bilirik ki, uzaq planetlər üçün bu qanun bir o qədər də dəqiq deyil.
Wilhelm von Bode
Vilhelm fon Bod (10 dekabr 1845[…] – 1 mart 1929[…], Berlin) Alman sənət tarixçisi və muzeoloqudur. Müasir muzeyşünaslıq elminin yaradıcıları arasında sayılır. Bu günlər Berlin Muzey Adasında olan Bode muzeyi olaraq tanınan və keçmiş adı Kaiser Friedrich Muzeyi olan muzeyin yaradıcısıdır. 1904-cü ildə özünün rəhbərlik edəcəyi bu muzeyi yaradan Bode, burada əhəmiyyətli əsərlərin yığılmasında böyük rol oynamışdır.