Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərməst
Sərməst — İranın Kirmanşah ostanının Gilan Qərb şəhristanının Govar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,434 nəfər və 515 ailədən ibarət idi.
Bədbəxt insanlar
Bədbəxt insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır.
BədBəxt (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Bədmüşk
Bədmüşk (lat. Salix daphnoides) — Söyüd fəsiləsindən bitki cinsi.
Bədmüşk Noğulu
Bədmüşk Noğulu (az.-əbcəd بیت‌میش نوغولو‎) – Urmiya şəhərinə aid ənənəvi şiriniyyat növü. Bu şiriniyyatın əsas maddəsi Bədmüşk arağıdır. == Lazım olan ərzaqlar == Şəkər Su Bədmüşk Arağı Qoz içi və ya dilimlənmiş badam Vanil Tartar kremi == Hazırlanma qaydası == Birinci mərhələdə şəkər və suyu ayrı bir qazanda qarışdırın. Sonra şəkər və suyu qarışdırın ki, şərbət istədiyiniz konsistensiyaya malik olaraq, çox qalınlaşsın ki, bal şərbəti kimi olsun. İndi dilimlənmiş badamları böyük bir qazana tökün və 15 dəqiqədən sonra ortaya çıxan şərbətin üzərinə tökün. Bu ümumi proses 30 dəqiqədən saat yarımadək çəkir və Urmiyə noğulunun hazırlanması başa çatdıqdan sonra əsl dadı və iyini hiss etmək üçün noğula bədmüşk arağı əlavə olunur. Ən sonda noğullar qazanın içində 110 dərəcə istilikdə qovurulmalıdır.
Dərb Beheşt
Dərb Beheşt — İranın Kirman ostanının Ciruft şəhristanının Sarduiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,456 nəfər və 562 ailədən ibarət idi.