Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beslen adası
Beslen adası (bolq. остров Беслен, ‘Ostrov Beslen’ \'os-trov 'bes-len\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 90 m, şərq-qərb istiqamətində eni 240 metrdir. Ada Cənub-qərbi Bolqarıstanda yerləşən Beslen şəhərinin adını daşıyır. == Yerləşməsi == Beslen adası 63°13′18″ c. e. 62°10′57″ q. u. koordinatlarında yerləşmişdir.
Bələdə
Bələdə — İranın Mazandaran ostanının Nur şəhristanının Bələdə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,134 nəfər və 339 ailədən ibarət idi.
Bəsləyən ana
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Həbib ibn Məsləmə
Əbu Əbdürrəhman (Əbu Məsləmə) Həbib ibn Məsləmə bin Malik əl-Fihri (610-cu illər, Məkkə – 662, Ermənistan) — Suriya, Anadolu və Naxçıvan fəthlərinə qatılan ərəb sərkərdəsi, Ərməniyyənin valisi. == Həyatı == Həbib ibn Məsləmə 610-cu ildə doğulmuşdu. Qureyş qəbiləsinin Fihr qoluna mənsubdur. Anadoluya etdiyi bir çox basqın səbəbiylə Həbibür-Rum deyə də anılır. 630-cu ildə müsəlman oldu. Həzrət peyğəmbərlə qəzavatda iştirak etmək üçün Mədinəyə getdi və Təbük qəzasında oldu. Ancaq onun səhabə olmadığını söyləyənlər də vardır. Xalid ibn Vəlid onu, Büsr ibn Əbu Ərtat ilə birlikdə Gūtatü Dəməşqin bəzi kəndlərinə basqın etmək üçün göndərdi. Həbib, 636-cı ildə bir avanqard süvari birliyinin başında Yermük savaşına qatıldı və Suriyanın önəmli bir qismini fəth etdi. Ayrıca İyaz ibn Qanın ilə birlikdə Əntakiyəni ikinci dəfə fəth etdi (638) və Cürcümə şəhəri üzərinə yürüdü.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. == Qafqazda vali vəzifəsində == 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
Ümid Bəsən
Ümid Bəsən (14 oktyabr 1956, Osmaniyə) — Türk musiqiçi. Piyanist. == Bioqrafiya == 14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika oldu və Tayfunlar Orkestrini qurdu. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxdı. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna getdi. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak həbi şəhərciyinə göndərdi. Hərbi xidmətindən sonra Adana şəhərinə getdi və gecə klublarında işə başladı. Bu klublardan birində onu dinləyən futbolçu Mətin Oktay, Bəsəni İstanbuldakı qazino sahibi dostlarına tövsiyə etdi. Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro oldu. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımladı.
Bedlend
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir. İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Keşləmə
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Beslan
Beslan (rus. Бесла́н) — Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında yerləşən şəhər. 2010-cu ilə olan məlumata əsasən şəhərdə 36 min nəfərə yaxın əhali yaşayır. Şimali Osetiyanın önəmli mərkəzlərindən olan şəhərin etnik tərkibi müxtəlifdir. Belə ki, Beslan əhalisinin 81.78% osetinlərdən ; 13.51% isə ruslardan ibarətdir.
Bevene
Bevene (fr. Bévenais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38042. Kommunanın 1999-cu il üçün əhalisi 641 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Təng-i Bələkə (Soyuqbulaq)
Təng-i Bələkə (fars. تنگ بالكه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 163 nəfər yaşayır (35 ailə).
Besleti (Suxumi)
Besleti (gürc. ბესლეთი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 640 metr hündürlükdə. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 415.
Dyörd Beşşeney
Dyörd Beşşeney (mac. Bessenyei György; 1747[…] – 24 fevral 1811) — Macarıstanın dram yazıçısı və şair.
Paphiopedilum besseae
Phragmipedium besseae (lat. Phragmipedium besseae) – səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Növ müxtəlifliyi == Phragmipedium besseae var. besseae Phragmipedium besseae var.
Phragmipedium besseae
Phragmipedium besseae (lat. Phragmipedium besseae) – səhləbkimilər fəsiləsinin fraqmipedium cinsinə aid bitki növü. == Növ müxtəlifliyi == Phragmipedium besseae var. besseae Phragmipedium besseae var.
Türk beşləri
Türk beşliyi (türk. Türk beşleri) — Türkiyə Respublikasının yarandığı dövrdən XX əsrin ortalarınadək aktiv fəaliyyət göstərən və akademik türk musiqisini dünya səviyyəsinə qaldıran türk yenilikçi bəstəkarlar qrupuna verilən ad. Bu adlandırma, qərbdə rus musiqisinin Qüdrətli dəstə adı ilə tanınan 5 bəstəkarına verilən "rus beşliyi" ifadəsinə analogiya kimi seçilmişdir. Həmin bəstəkarlar aşağıdakılardır: Əhməd Adnan Sayqun (türk. Ahmet Adnan Saygun; 1907 — 1991) Ülvi Camal Erkin (türk. Ulvi Cemal Erkin; 1906 — 1972) Camal Rəşid Rey (türk. Cemal Reşit Rey; 1904 — 1985) Həsən Fərid Alnar (türk. Hasan Ferit Alnar; 1906 — 1978) Necil Kazım Ağsəs (türk.
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Beslan Mudranov
Beslan Zaudin oğlu Mudranov (7 iyul 1986, Baksan şəhəri, Kabarda-Balkariya MSSR, RSFSR) — Rusiyalı cüdoçu və samboçu. 2016 Yay Olimpiya Oyunlarının çempionu, Dünya Çempionatlarının mükafatçısı, cüdo üzrə Avropa və Rusiya çempionu. Cüdodakı ən yüngül çəki dərəcəsində çıxış edir (-60 kq.). Sambo üzrə beynəlxalq dərəcəli idman ustası. Cüdo üzrə Rusiyanın 2012-ci il əməkdar idman ustası. 2010 və 2011-ci illərin cüdo üzrə Dünya Çempionatlarının iştirakçısı, 2012-ci ilin cüdo üzrə Avropa çempionu. 2015 Avropa Oyunlarının çempionu. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarının çempionu. == Həyatı == 7 iyul 1986-cı ildə Kabarda-Balkariyanın Baksan şəhərində anadan olub. 13 yaşından güləş idman növü ilə məşğul olub, amma sambo haqqında ona kiçik qardaşı məlumat verib.
Bessen (İzer)
Bessen (fr. Bessins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38041. Kommunanın 2012-ci il üçün əhalisi 127 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 650 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 37 km qərbdə yerləşir.
Bəndəbikə kəşənə
Bəndəbikə kəşənə (başq. Бәндәбикә кәшәнәһе, rus. Кэшэнэ Бэндэбикэ) — 15-16 əsrə aid başqırd mədəniyyətinin tarixi və memarlıq abidəsi, Bəndəbikənin məqbərəsi. Başqırd əfsanəsinə görə, Bəndəbikə müdrikliyi ilə məşhurlaşan qadındır. O, başqırd tayfaları arasındakı çəkişmələrin dayandırılmasını dəstəkləyirdi. Eyni əfsanəyə görə, Bəndəbikə başqırdlarla qazaxlar arasında uzunmüddətli sülhün bərqərar olmasına töhfə vermişdir. Abidə Niyaz Majitovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya tərəfindən 1968-1969-cu illərdə tədqiq edilmişdir. Strukturuna görə, məqbərə təməldən 8.7 * 7 m olan düzbucaqdan ibarət idi, divarların yuxarısında səkkizüzlü forması yaranırdı, bina günbəz ilə tamamlanırdı. Hörgü iki rəngli kərpicdən hazırlanmışdır. Boz fonda qırmızı kərpiclərlə küknar naxışı hazırlanmışdır.
Maskalı beşlər
Maskalı beşlər intiqam arxasında (film, 2005)
Kata Betlen
Kata Betlen (30 noyabr 1700 – 29 iyul 1759) — Transilvaniyalı yazıçı, Macarıstan və Rumıniyada ilk memuarçılardan biri olub. == Haqqında == Kata Betlen ölkəsinin mədəni və intellektual həyatında fəal iştirak edib. Yazıçının ailəsi cəmiyyətdə yüksək mövqe tuturdu — Bethlen klanı hökmdarlar və kanslerlər kimi Transilvaniyanın başçısı olmuşdur. Kata Betlen 17 yaşında katolik ilə evlənmək məcburiyyətində qaldı, bu evlilik ailəsinin siyasi qərarı idi. Bu evlilik ona çox pis təsir etdi. Həyat yoldaşı uşaqlarını əlindən aldı, Kata onlarla görüşə bilmirdi. Uşaqlarından ayrı yaşamaq çox çətin idi. Yazıçı öz memuarlarında uşaqları haqqında xatirələrini yazırdı. Həyat yoldaşının ölümündən sonra Kata bu dəfə sevgilisi ilə yenidən evləndi. İkinci evlilikdən çox xoşbəxt idi, lakin ikinci həyat yoldaşı və uşaqları rəhmətə getdilər.
Keşlədə dəmiryol qəzası
Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası. 1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır. Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
Belen (Para)
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Belen xanım
Belen Xanım — türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Dünya beşdən böyükdür
Dünya beşdən böyükdür (türkcə:Dünya 5'ten büyüktür) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu siyasi doktrindir. == Haqqında == İfadənin tərkibindəki beş sözü BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə işarə etməkdədir. Bu beş ölkənin veto hüququ doktrinin təməl hədəfidir. Ərdoğan əsərdə bu beş ölkənin BMT-in hadisələrə müdaxiləsinə mənfi təsir etdiyini ifadə etməkdədir. Ərdoğan ilk dəfə 2013-cü ildə dilə gətirmiş olduğu bu doktrini Nyu-Yorkda təşkil edilən BMT-in 74-cü Ümumi Assambleyasında da ifadə etmişdir. Doktrin dərs kitablarına da daxil edilmişdir. 2017-ci ildə Ek'rem adında bir repçi bu ifadədən təsirlənərək "The World is Bigger Than Five" adlı mahnı yayımlamışdır.
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.