Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəxşeyiş Əsgərov
Bəxşeyiş Məmməd oğlu Əsgərov (25 may 1953, Qaradağlı, Ağdam rayonu) – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, Mərkəzi Seçki Komissiyasının (2011-ci ildən) üzvüdür. == Həyatı == Bəxşeyiş Məmməd oğlu Əsgərov 1963-cü il may ayının 25-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1979-cu ilədək Ağdam şəhərindəki 3 saylı orta məktəbdə, sonra isə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin axşam şöbəsinə daxil olub. 1981-ci ilin yanvarından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Müasir Azərbaycan dilçiliyi kafedrasında əmək fəaliyyətinə başlayıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1985-ci illərdə 4 saylı Dəmir-beton zavodunda fəhlə işləyib. O, 1985-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1986–1989-cu illərdə "Yazıçı" nəşriyyatında ekspeditor işləyib. 1989–1992-ci illərdə Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) Məhkəmə Ballistika-Trasologiya Elmi-Tədqiqat laboratoriyasında baş laborant, elmi işçi vəzifələrində çalışıb.
Baxşeyiş Hətəmli
Baxşeyiş Hətəmli, Baxşeyiş Abbasoğlu (Hətəmli) — 1963-cü il fevral ayının 15-də Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1970–80-ci illərdə Ağdam rayonunun Əliağalı kənd orta məktəbində oxumuşdur. 1981–82-ci illərdə, 1984–1987-ci illərdə Ağdam rayonunun M. F. Axundov adına sovxozunda fəhlə işləmiş, 1982–1984-cü illərdə keçmiş sovet ordusu sıralarında xidmət etmişdir. 1981–90-cı illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuş, jurnalist ixtisası almışdır. 1987-ci ilin sentyabr ayından isə "Ağdam" qəzetində müxbir kimi fəaliyyətə başlamışdır. O, 1991-ci ilin noyabr ayının 1-dən 1996-cı ilin yanvar ayının 23-dək Azərbaycan Milli Ordusunun 836 və 708 saylı hərbi hissələrinin tərkibində bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri və kəşfiyyat rəisi vəzifələrində xidmət etmişdir. O, Qarabağ müharibəsinin iştirakçısıdır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Baş leytenantdır. Azərbaycan Respublikasının torpaqlarının erməni təcavüzündən müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə, Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, gənclərimizə mərdlik, vətənpərvərlik və qəhrəmanlıq duyğularının aşılanmasında göstərdiyi xidmətlərinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyi tərəfindən "Fədai", "Vətən naminə" və "Vətənpərvərlik işində xidmətlərinə görə" medalları ilə təltif olunmuş, iki dəfə 708 saylı hərbi hissənin döş nişanını almışdır.
Baxşeyiş Paşayev
Baxşeyiş Paşayev (1 may 1936, Ağdam – 12 iyul 1992, Xanabad, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxşeyiş Paşayev 1 may 1936-cı ildə Ağdam rayonunun Əhmədavar kəndində doğulmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşəndən, Əli və Bəxtiyar qətlə yetiriləndən sonra Baxşeyiş xalq hərəkatına qoşulmuşdur. == Döyüşlərdə iştirakı == Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırmış, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmişdir. Baxşeyiş "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olmuşdur. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdir. "Ağsaqqal" ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyli canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə kəşfiyyata getmişdir. 1992-ci il Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas etmişdir.
Baxşeyiş Əsgərov
Bəxşeyiş Məmməd oğlu Əsgərov (25 may 1953, Qaradağlı, Ağdam rayonu) – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının dosenti, Mərkəzi Seçki Komissiyasının (2011-ci ildən) üzvüdür. == Həyatı == Bəxşeyiş Məmməd oğlu Əsgərov 1963-cü il may ayının 25-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1979-cu ilədək Ağdam şəhərindəki 3 saylı orta məktəbdə, sonra isə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Elektrotexnika fakültəsinin axşam şöbəsinə daxil olub. 1981-ci ilin yanvarından Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Müasir Azərbaycan dilçiliyi kafedrasında əmək fəaliyyətinə başlayıb. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. 1984–1985-ci illərdə 4 saylı Dəmir-beton zavodunda fəhlə işləyib. O, 1985-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olub və 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1986–1989-cu illərdə "Yazıçı" nəşriyyatında ekspeditor işləyib. 1989–1992-ci illərdə Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun (indiki Məhkəmə Ekspertizası Mərkəzi) Məhkəmə Ballistika-Trasologiya Elmi-Tədqiqat laboratoriyasında baş laborant, elmi işçi vəzifələrində çalışıb.
Bəxşayş
Bəxşayş və ya Baxşeyiş (fars. بخشایش‎) - İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 120 kilometr şimal-şərqdə, Heris şəhərinin cənub-qərbində yerləşir. Əhalisi ۵٬۷۵۲ (2006–ci il əhali sayına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycanın otuz dördüncü böyük şəhəri sayılır. Bəxşayş Azərbaycanın əski şəhərlərindəndir və dindarlıqa məşhur olubdur. İranlı şair Pərvin Etisaminin əsli bu şəhərdəndir. Hal-hazırda Bəxşayş öz xalçaları ilə dünyada məşhurdur.
Bəxşiş
Bəxşiş (fars. بخشش‎) — çaypulu, ianə və Yaxın Şərq və Cənubi Asiyada siyasi korrupsiyanın və rüşvətin müəyyən formalarından biri.
Bəxşiş ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
İlyas Bəxşiş
İlyas Temirqaya oğlu Bəxşiş (krımtat. İlyas Bahşış, Ильяс Бахшыш; 23 mart 1913, Simferopol – 25 iyul 2000, Simferopol) — Krım Tatar əsilli SSRİ və Ukrayna bəstəkarı, musiqiçi. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar artisti (1967), Özbəkistan SSR əməkdar müəllimi (1973), Ukraynanın əməkdar incəsənət xadimi (1993), Fəxri Krımlı (2000). İlyas Temirqaya oğlu Bəxşiş 1913-cü il martın 23-də Simferopolda anadan olmuşdur. Simferopol Krım Tatar nümunəvi 9 illik 13 nömrəli məktəbi bitirmişdir. 1920-ci illərin sonunda Moskvada Mühəndislik və Kommunal Təsərrüfatı İnstitutunda və Kazanda təhsil almışdır. 1934-cü ildə Simferopol Musiqi Kollecinə (professor İ. İ. Çernovun sinfi) daxil olmuşdur. Tələbə ikən Krım radiosunda diktor vəzifəsində çalışmışdır. Kolleci bitirdikdən sonra (1937) radio komitəsinin baş musiqi redaktoru təyin edilmişdir. 1937-ci ildə Krım Dövlət Tatar Opera və Balet Teatrını yaratmaq üçün Simferopola gələn bəstəkar L. Knipper ilə əməkdaşlıq əlaqələri qurmuşdur.
İbrahim Bəxşiş
İbrahim Bəxşiş (krımtat. İbrahim Bəxşiş; 1907, Aluşta – 14 sentyabr 1951, Vorkuta, Komi MSSR[d]) — Krım tatar şairi, tərcüməçisi, müəllim. SSRİ Yazıçılar İttifaqının üzvü (1936). Repressiya qurbanı. 1951-ci ildə həbs düşərgələrində vəfat edib. == Həyatı == İbrahim Bəxşiş 1907-ci ildə Aluştada anadan olub. Krım Tatar Pedaqoji Texnikumunda və Yalta Pedaqoji Texnikumunda təhsil alıb. 1928-ci ildən müəllim işləyib. Simferopoldakı 13 saylı Krım tatar nümunəvi məktəbində dərs deyib. Bəxşiş krım taatr dilində bir sıra şeir toplularının və dərsliklərinin müəllifidir.
Baxşayış xalçaları
Baxşayış xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.