Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuxarı Bəytulu (Sayınqala)
Yuxarı Bəytulu (fars. بيگ تولي عليا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (39 ailə).
Əhmədabad-i Leyqulu (Heris)
Əhmədabad-i Leyqulu (fars. احمدابادليقلي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (18 ailə).
Maygülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Bozyanaq maygülü
Bozyanaq maygülü (lat. Podiceps grisegena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Böyük maygülü
Böyük maygülü (lat. Podiceps cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Kiçik maygülü
Kiçik maygülü (lat. Tachybaptus ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin tachybaptus cinsinə aid heyvan növü. Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur. Çoxsaylıdır. Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur.
Maygülü cinsi
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Qaraboyun maygülü
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur. Çoxsaylıdır. Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb.
Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Azərbaycana qışlamağa gəlir. Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür. Erkəkləri dişilərindən az iridir.
Bengüsu
Mengüsu — türk mifologiyasında abi-həyat, ölümsüzlük və həyat bəxş edən iksir. "Dirlik Suyu" şəklində də ifadə tapar. Digər adı Bengisudur. Bəzi türk dillərində Mengüsuv və ya Mengüsub da adlandırılar. İçənlərə ölümsüzlük və gənclik təmin edər. Uluqayının dibindəki bir çuxurdan qaynaqlanar. Başında bir gözətçi ruh olar. Bir çay və ya dərə şəklində axar. Bəzən köpük şəklində gəlir. Məsələn, Koroğlu dastanında bir çaydan üç köpük şəklində gəlir.
Benqkulu
Benqkulu Sumatranın cənub-qərb sahilində İndoneziya əyalətidir. 18 noyabr 1968-ci ildə 1967-ci il 9 nömrəli qanuna əsasən keçmiş Benqkulu inzibati bölgəsini (rezidens) Cənubi Sumatra əyalətindən ayıraraq quruldu və hökumətin 1968-ci il 20 nömrəli qərarı ilə sona çatdı, şimaldan Qərbi Sumatra, şimal-şərqdə Cambi, cənub-şərqdə Lampunqto, şərqdə Cənubi Sumatra və şimal-qərbdən, cənubdan, cənub-qərbdən və qərbdən Hind okeanı ilə həmsərhəd oldu. Reid, Anthony (ed.). 1995. Witnesses to Sumatra: A traveller's anthology. Kuala Lumpur: Oxford University Press. pp. 125–133. Reprints of British-era primary source material Wilkinson, R.J. 1938. Bencoolen.
Bəyoğlu
Bəyoğlu (türk. Beyoğlu) — İstanbul ilinin ilçəsi. Bəyoğlu ilçəsi şimal-qərbdən Kağıtxana, şimaldan Şişli, şərqdən Beşiktaş və İstanbul Boğazı, cənubdan və qərbdən Haliç əhatə edir. Ərazisi 8.76 km²-dır. İlçə 45 məhəllədən ibarətdir. Qalatanın ilk əsrlərə qədər uzanan tarixinə dayanaraq, Bəyoğlu, XVI əsrin ilk yarısında, içində tək-tük quruluşların yer aldığı, hər yerin bağlıq olduğu bir sahə olmuşdur. Bəyoğlu, Qalatadan gələn Xristian əcnəbilərin, səfirliklər vasitələrinə və o zamanlar "Grand Rue de Pera" deyilən İstiqlal Prospekti boyunca yerləşməsi Avropa şəhəri mənzərəsində bir məskunlaşma olaraq ortaya çıxdı. Beləliklə, İstanbul içində fərqli bir icma XVII əsrdə inkişaf etməyə başladı. İlk əvvəllər, fransız və Venesiya səfirlikləri ilə onların ətrafında yerləşmiş Fransiskan missionerləri məskunlaşmanın özəyini təşkil edirdi. XVII əsrin əvvəllərində Qalatanı göstərən bir qravürdə qala divarların xaricində çox az bina görünür.
Zərqulu
Zərqulu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zərqulu kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. Zarqulu kəndi Uzunyal dağının ətəyindədir. Yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən (hazırda mövcud deyil) gəlmiş hacporuclar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışlar. Zarqulu kəndin bünövrəsini qoymuş şəxsin adı hesab olunur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı bir şəxs qoyub. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır.
Beyql
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Cin bayquşu
Meşə bayquşu
Qütb bayquşu
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Sütlücə (Bəyoğlu)
Sütlücə (türk. Sütlüce) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məhəllə. Cənubda Halıcıoğlu, şimalda və qərbdə Haliç, şərqdə Örnektəpə yerləşir. İstanbulun əsas qəssabxanası Sütlücədə yerləşirdi. Haliçin təbii mühitində çoxlu hava və suyun çirklənməsinə səbəb olan obyekt 61 illik istismardan sonra 1984-cü ildə tərk edilmişdir. Şəhərin yenidənqurma planına uyğun olaraq, Miniatürk, Santralstanbul və Rəhmi M. Qoç muzeyi ətrafında yaradılandan və köhnə kəsimxananın müasir konqres kompleksinə çevrilməsindən sonra Sütlücə daşınmaz əmlak investorları üçün cazibə mərkəzinə çevrilmişdir.
Səfqulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.
Bəyoğlu (Duzluca)
Bəyoğlu — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. 1928-ci il qeydlərində kəndin adı Mirzəxan kimi qeyd olunur.
Bəyoğlu (dəqiqləşdirmə)
Bəyoğlu — İstanbul ilinin ilçəsi. Bəyoğlu (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Qalatasaray (Bəyoğlu)
Qalatasaray İstanbulda Qalatasaray Ali məktəbinin də yerləşdiyi kvartalın adıdır. Qalatasaray İdman Klubu adını bu kvartaldan almışdır. Qalatasaray Ali məktəbinin qarşısında yerləşən meydana Qalatasaray Meydanı deyilir. Meydanda heykəltəraş Şadi Çalıq tərəfindən Türkiyə Respublikasının yaradılmasının 50-ci ili üçün hazırlanmış olan Respublika abidəsi yerləşir.
Beytul-Müqəddəs
Məscidül-Əqsa (yaxud Beytul-Müqəddəs) (ərəb. المسجد الأقصى‎), İslam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Azərbaycanca "Ən uzaqdakı məscid" mənasını verir. Qüds şəhərində yerləşir. II xəlifə Ömərin dövründə kiçik bir məscid kimi olmasına baxmayaraq, Əməvilər sülaləsinin hakimiyyətdə olduğu dövrdə böyüdülüb, genişləndirilmiş və 705-ci ildə tamamlanmışdır. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilmişdir. Bugünkü məscid 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlrə bəzədilmişdir. Quranda deyilən İsra hadisəsi burada cərəyan etmiştir. Başqa bir adı Həram-uş-şərif (Əll-Həram əl-Qudsi əş-Şərif).
Beytül-əhzan
Beytül-əhzan — Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən kitabı. Kitab ilk dəfə azərbaycan dilinə Ceyhun Cəfərov tərəfindən tərcümə edilmiş və kiril əlifbası ilə nəşr edilmişdir. Şeyx Abbas Qumi Fatimə Şiə kitablarının siyahısı Kitabı yüklə (az.) Online oxu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.) "Beytül-əhzan (Şeyx Abbas Qummi)" ( (az.)). islam.az. 2012-10-06. 2015-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-06.