Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sibos
Sibos (ing. Sibos – Swift International Banking Operations Seminar) və ya SIBOS — Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi beynəlxalq sərgi-konfrans. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanılmışdır. İlk konfrans Brüsseldə keçirilmişdir. Hər il keçirilən bu sərgi-konfransa dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələri qatılırlar. Müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən SIBOS sərgi-konfransı ümumdünya bank-maliyyə sektorunun əhəmiyyətli nailiyyətlərindən sayılır. Sibos dünyanın maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq, ən əsası isə işgüzar əlaqələrin qurulması baxımından çox mühüm platforma hesab edilir.
Ruslan Başirov
Ruslan Fizuliyeviç Başirov (rus. Руслан Физулиевич Баширов; 8 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Başirov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Basis cranii
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. === Kəllənin daxili əsası === Kəllənin daxili əsası — lat.
Bibos cavifrons
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Bibos gauris

Proprioseiopsis basis
Proprioseiopsis basis (lat. Proprioseiopsis basis) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis basis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Bibos subhemachalanus
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Auqusto Roa Bastos
Auqusto Roa Bastos (isp. Augusto Roa Bastos; 13 iyun 1917[…], Asunson – 26 aprel 2005[…], Asunson) — Paraqvay şairi və nasiri. == Həyatı == Atası — quarani hindisi, anası - Portuqaliyadandır. 1932-ci ildə yoldaşları ilə məktəbdən qaçaraq, könüllü surətdə Çak müharibəsində sanitar kimi iştirak edir. 1945-ci ildə jurnalist kimi Böyük Britaniyada, Fransada, Almaniyada, Yunanıstanda işləyir. 1947-ci ildə paraqvaylı şair Erib Kampos Serverlə ilə birgə 1947-ci il Paraqvay vətəndaş müharibəsi və siyasi repressiyalar səbəbindən Buenos-Ayresə köçür. 1976—1989 — ci illərdə Fransada yaşayır, Alfredo Stressner diktaturası devrildikdən sonra ölkəsinə qayıdır. 1982-ci ildə Paraqvay vətəndaşlığından məhrum olunmuşdu, 1983-cü ildən İspaniya vətəndaşı idi. 2005-ci ildə Asunsonda Rekolete qəbirstanlığında ailə məqbərəsində dəfn edilib.
Arbis ibn Basbas
Arbis ibn Basbas (VII əsr və ya VIII əsr, Leq çarlığı – VIII əsr, Leq çarlığı) — Leq çarlığının hökmdarı. O, ərəblərə qarşı vuruşmuşdur. Atası Basbas (Sabas) da Leq çarı olmuşdur. Ərəb tarixçisi Təbərinin yazılarında onun adı "Aviz" kimi çəkilir.Mərvan ibn Məhəmməd Qafqazda etdiyi yürüşlərdən sonra qışda Dərbənddə dayanmışdır. O, burada bütün Dağıstan padşahlarını çağıranda Arbis ibn Basbasdan başqa Şirvan, Layzan, Filan, Tabasaran və digər bölgələrdən olan padşahlar onun yanına gəlmişdilər. İbn Əsam əl-Kufi əsərində yazmışdı ki, buna qəzəblənən Mərvan döyüşçülərinə leqlər ölkəsinə basqın etməyə icazə vermişdir. Uzunmüddətli mühasirəyə tab gətirə bilməyən Arbis qalasından qaçmış və kamandan atılan oxla öldürülmüşdür. Ərəblər ardınca leqlərin ölkəsini qarət etmiş və yandırmışdır.
Köpək Barbos və qeyri-adi qaçış (film, 1961)
Köpək Barbos və qeyri-adi qaçış (rus. Пёс Барбос и необычный кросс) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Bu, Stepan Oleynikin bir felyetonu əsasında çəkilmiş qeyri-adi və ekssentrik kinokomediyadır. Burada uğursuz brakonyer üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin balıqtutma zamanı dinamitlə olan sərgüzəştlərindən danışılır. == Film haqqında == Filmin çəkilmiş hazır materialı 30 dəqiqə təşkil edirdi. Lakin filmin rejissoru Leonid Qayday hazır işi 10 dəqiqəyə qədər qısaldır. Beləcə filmdən bir çox trüklər çıxarılandan sonra bu kadrlar "Araq çəkənlər" filmində istifadə olundu. Çəkilişlər üçün aktyor Yuri Nikulinin gözlərinə uzun kirpiklər yapışdırılmışdı. Filmin quruluşçu rejissoru Leonid Qayday Yuri Nikulinə demişdi: "Sizin olduqca gülməli simanız var. Burada yalnız bir detal fikirləşmək lazımdır.