El arasında, xüsusən qərb dialektlərində dul qadına “başıboş” deyirlər. Baş sözü burada “azad”, “sərbəst” deməkdir: yəni “əri yoxdur, azaddır, sərbəstdir”. Birini evləndirmək istəyəndə deyirlər: “başını bağla”. Başıboş bunun əksidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)