Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulaq Başında (1980)
Bulaq başında qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1980-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır. == Məzmun == Film-konsert Salyandakı "Cəngi" və Lənkərandakı "Xalq Yaradıcılığı" ansambllarının fəaliyyəti haqqındadır.
Bulaq başında (film, 1980)

Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şəhər Bağında Xalq Gəzintisi (1898)
Şəhər bağında xalq gəzintisi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. == Məzmunu == Müşahidə manerasında lentə alınmış bu kinosüjetdə Bakıdakı Mixaylov bağında (indiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır. Kinolent xronikal informasiya janrına aiddir. Burada müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş, tamaşaçılarda Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvür yaradılmışdır. == Film haqqında == Kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bakı Əhalisinin Şəhər Bağında Gəzintisi (1900)
Bakı əhalisinin şəhər bağında gəzintisi qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır. == Məzmun == Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır.
Şəhər bağında xalq gəzintisi (film, 1898)

Bakı əhalisinin şəhər bağında gəzintisi (film, 1900)
Bakı əhalisinin şəhər bağında gəzintisi qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır. == Məzmun == Kinoxronikada indiki Əliağa Vahid bağında bakılıların gəzintisi öz əksini tapmışdır.
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. == Məzmun == İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.
Casinda Ardern
Casinda Keyt Lorell Ardern (ing. Jacinda Kate Laurell Ardern ; d. 26 iyul 1980, Hamilton, Yeni Zelandiya) — Yeni Zelandiyanın 40-cı Baş naziri (26 oktyabr 2017-ci ildən).
Aşınma
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.
Bamenda Universiteti
Bamenda Universiteti (fr. Université de Bamenda) — Kamerunun Bamenda şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2011-ci ildə qoyulmuşdur.
Anal qaşınma
Anal qaşınma (ing. pruritus ani) — ilə birlikdə perianal nahiyədə ağrılar, qızartı, masserasiya, sulanma, yanma hissi və perianal dərinin sərtləşməsi müşahidə olunur. Bu əlamətlər cinsi orqanlara və qasıq nahiyəsinə sirayət edir.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədim == Mənbə == fiziki aşınma kimyəvi aşınma üzvi aşınma Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Bakıda mədəniyyət
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Balına mahıları
Balına mahnıları — Balinakimilərin əlaqə qurmaq məqsədi ilə buraxdığı səslər. Mahnı sözü onunla əlaqədər işlədilir ki, bu səslər həzmliyi ilə seçilir və insanların ifa etdiyi mahnılara bənzəyir. Səsin istifadəsini aktuallaşdıran əsas səbəb suda görmənin məhtudluğu, iyin isə quruya nisbətdə daha zəif yayılmasından irəli gəlir. Belə düşünülür ki, ən qəliz mahnılar Qozbel balina və dişsiz balinaların bir necə növündə müşahidə edilir. Bu güçlü səslər əsasən nikah mövsümündə çıxarılır. Nisbətən zəif səslər isə il boyu səsləndirilir. Görünür bu səslər ya rabitə ya da naviqasiya rolunu oynayır. Dişli balinalar (Osalar belə daxil olaraq) bu səslərin exolokasiya rolunu oynayır. == Səslərin yaranması == Dişsiz balinalarda dişin olmaması səbəbindən səslər udlaqda formalaşır. Onlarda səs tellərinin olmaması bu səslərin formalaşma mexanizmini dəqiq söyləməyə imkan vermir.
Orqanik aşınma
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Endirmək
Endirmək (ing. Rcd) - informasiya texnologiyaları sahəsində hər hansı internetdə mövcud olan bir sistemdən məlumatın və ya faylın internet yükləməsi vasitəsilə kompyuterə köçürülməsidir.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Banda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Başın transpalantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Başın transplantasiyası

Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Susan Banda
Susan Banda (1 iyun 1995-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Bakıda Amerika Universiteti
Bakıda Amerika Universiteti (ing. American University in Baku) və ya qısaca BAU — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərmiş, özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi və və elmi-texniki tədqiqatlar mərkəzi. == Tarixi == Universitet Azərbaycan Respublikasının dünya standartlarının tələblərinə uyğun ingilis dilli yüksək ixtisaslı mütəxəssislərə kəskin ehtiyacını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı ilə yaradılmışdır. Həmin Qərara görə ABŞ ali məktəblərinin professor-müəllim heyəti cəlb edilməklə Universitetdə tədrisin ingilis dilində aparılması məqsədəuyğun hesab edilmişdir. Bundan başqa həmin Qərara əsasən aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdur: Universitetin binasının tikintisinin sponsorların vəsaiti hesabına maliyyələşdirilməsi; Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən Universitetin tikintisi və inkişafı layihəsinin həyata keçirilməsi ilə bağlı investisiyalar üçün müvafiq hesabın açılması; Universitetin tələbə şəhərciyinin tikintisi üçün Qanlıgölün qərb sahilində 30 hektar torpaq sahəsinin ayrılması məsələsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməsi; Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Tbilisi prospekti, 9 nömrəli ünvanda yerləşən və tikintisi başa çatdırılmamış qastroenteroloji mərkəzin Universitetə şəhər kollecinin yerləşdirilməsi üçün icarəyə verilməsinin təmin edilməsi; Müdafiə Nazirliyi tərəfindən Bayılda yerləşən yataqxanasının Universitetə icarəyə verilməsi; Səhiyyə Nazirliyi tərəfindən Universitetin ABŞ-dən gələn müəllimlərinə tibb xidmətini təmin etməsi; Rabitə Nazirliyi tərəfindən Universitetdə hökumət rabitəsi telefonunun və lazımi miqdarda şəhər telefonlarının qoyulmasının təmin edilməsi; Təhsil Nazirliyi tərəfindən normal-tədris prosesinin təmin edilməsi məqsədilə, Bakı Politexnik Texnikumu binasının bir hissəsini Universitetə icarəyə verilməsi. 19 avqust 2000-ci ildə fəaliyyəti dayandırılmışdır. == Kampusu == Universitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində — Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malik olmuşlar. Bu Kampus Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ənənələrini özündə birləşdirir. == Treninq Mərkəzi == Universitetin Treninq Mərkəzi 1998-ci ilin payızında — BAU-nun yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır. Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarət olmuşdur.
Bakıda qadın qiyamı
Bakıda qadın qiyamı və ya "Babiy bunt" — 1916-cı ilin fevral ayında qıtlığa və qiymət artımına qarşı baş verən qadın qiyamı. 1916-cı ildə Bakıda ən vacib ərzaq mallarının qiymətləri xeyli bahalaşmışdı. Altı nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı. Bu sindikat Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Qıtlıq başlamış, bazarda qiymətlər 4–5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq mallarının qiymətləri yüksək idi. Südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi.
Bakıda qəbiristanlıqların siyahısı
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Budyonnı Bakıda (1952)
Budyonnı Bakıda qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1952-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Məzmun == Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. == Film haqqında == Film "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır.
Yetkinlik yaşına çatmayanlar
Yetkinlik yaşına çatmayanlar — hüquqda müəyyən yaş həddindən aşağı yaşda olan şəxslər. Həmin yaş həddi hər bir dövlətdə fərqli olan və şəxsin uşaqlıqdan yetkinlik mərhələsinə qədəm qoyduğunu göstərən yetkinlik yaşı ilə müəyyənləşdirilir. Yetkinlik yaşı hər bir yurisdiksiyada və praktikada fərqli olsa da, adətən 18 yaş qəbul edilir. Bəzən "yetkinlik yaşına çatmayanlar" ifadəsi heç də yetkinlik yaşı ilə əlaqələndirilmir. Məsələn, ABŞ-da alkoqollu içkilərin qəbul edilməsinə adətən 21 yaşda icazə verilir. Bu zaman həmin yaş həddinə çatmayan şəxslərə də, hətta onlar ən az 18 yaşda olsalar belə, yetkinlik yaşına çatmayanlar deyilir. Eyni hal siqaret çəkilməsi, cinsi əlaqədə olmaq, nikah yaşı, nəqliyyat vasitəsinin idarə edilməsi, seçkidə iştirakla bağlı qoyulan yaş məhdudiyyətlərinə də aiddir. Yaş həddi əksər yurisdiksiyalarda hər bir hala münasibətdə eyni müəyyən edilmir. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə, məktəbə qəbul, etibarlı müqavilənin bağlanması yaşı bir-birindən fərqlənir. Avstraliya, Hindistan, Braziliya, Xorvatiya və Kolumbiya kimi bir çox ölkələrdə yetkinlik yaşına çatmayanlar dedikdə 18 yaşınadək olan şəxslər başa düşülür.
Basırga
Basırğa - türk xalq inancında kabus. Gecə görülən pis yuxu. Basırğamaq (Basırğanmaq) felləriylə də ifadə edilir. Bu təqdirdə "kabus görmək" mənasını verər. Böyük çətinlik və qorxu eşitmək. Pis ruhların səbəb olduğuna inanılar. Kabus ruhu ilə əlaqəlidir. Bundan başqa Qarabasan anlayışını da ağla gətirir. Basar adlı pis ruhla əlaqədar görünməkdədir. Kabuslar bütün dünya mədəniyyət xalq etiqadının əhəmiyyətli bir parçasını meydana gətirərlər.
Basırqa

Başincaq
Başincaq Tiflis quberniyasının Siqnax qəzasında Alazan çayının sahilində Top-Qarağac yaxınlığında kənd adı. == Toponimkası == Başincaq- Tiflis quberniyasının Siqnax qəzasında Alazan çayının sahilində Top-Qarağac yaxınlığında kənd adı. Mənbədə Basıncağ kimidir. E.ə. VII əsrdə Cənubi Qafqaza gəlmiş sakların Basin tayfasının adındandır. Şərqi Türkiyədə Basinlər ("Kitabi Dədə Qorqud" eposunda Pasincuk) toponimi ilə eynidir.
Kabinda
Kabinda (port. Cabinda) — Anqolanın əyalətlərindən biri, anklav vəziyyətindədir. Müstəqilliyə qədər Portuqaliya Konqosu adlanırdı. Ərazisi — 7270 km², əhalisi — təqribən 716 076 nəfər (2014). Anqolanın 18 mahalından biri. Ərazi Anqolaya məxsus olsa da, Konqo Respublikasının sərhədləri daxilində yerləşir. Kabindanın statusu siyasi baxımdan mübahisə doğurur. FLEK adlı terror təşkilatı Anqola Silahlı Qüvvələrinə qarşı Kabindanın müstəqilliyi uğrunda uzun illərdir ki, mübarizə aparır. == Coğrafiya == Kabinda mahalının ərazisi 7.270 km² olmaqla, Anqolanın şimalında yerləşir. Ərazini Anqoladan dar su keçid ayırır.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Busida
Busida (lat. Bucida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Belinda Brooks
Belinda Brooks (d. 3 fevral 1977) — Avstraliyanı təmsil edən su poloçusu. Belinda Brooks, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Belinda Brooks, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Belinda Bruks

Ağ balina
Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) — bütün həyatı boyu suda yaşamağa uyğunlaşmış məməlilər dəstəsi.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Boz balina
Boz balinalar (lat. Eschrichtiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.