Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakuman
Bakuman. (yap. バクマン。) — Death Note müəllifləri Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış manqa və eyni adlı anime serial. == Məzmun == Rəsm bacarığı olan Maşiro Moritakaya onun sinif yoldaşı Taqaki Akito birlikdə Yaponiyanın ən böyük manqakaları olmağa təklif edir. Maşiro bu yoluynan öz sevdiyi qız — Miho Azukiya ilə evlənmək istəyir, Taqaki isə öz yazıçı talantı ilə ona kömək etməyə çalışır. == Media == === Manqa === Manqanın birinci fəsili Weekly Shonen Jump jurnalında 2008-ci ilin avqustun 11-də çıxıb. Serialın sonuncu fəsili həmin jurnalda 2012-ci ilin aprelın 23-də çıxıb. Beləliklə, üzə çıxmış 176 fəsil 2009-cu ilin yanvarın 5-i və 2012-ci ilin iyulun 4-ü arasında nəşr olunmuş 20 cild tankobonlarda toplanmışdılar. Serialın bir nəçə fəsili Jumpland rəsmi saytında yapon, ingilis, fransız və alman dillərində çıxdı; birinci fəsil 2008-ci ilin avqustun 19-da çıxdı.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Adil Barmal
BAKMİL metrostansiyası
Bakmil metrostansiyası — Bakı metrosunda ilk yerüstü stansiyadır. 1979-cu il 31 dekabrda istifadəyə verilib. Qatarlar bu stansiyadan depoya və geriyə Nəriman Nərimanov stansiyasına gedir. == Tarixi == Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 31 dekabr 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. 26 mart 2019-cu ildə əsaslı şəkildə yenidən qurulmuş stansiyanın rəsmi açılışı baş tutmuşdur. Müasir səviyyədə yenidən qurulan stansiyanın əsas memarlıq görkəmi saxlanılaraq infrastrukturu və fasadı tamamilə yenilənib. Stansiyada monolit dəmir-beton konstruksiyalı sərnişin platforması inşa edilib. Stansiyanın təmirdən sonra ən mühüm yeniliyi sərnişinləri birbaşa ikinci mərtəbədə - platforma səviyyəsində qəbul etməsidir ki, bunun sayəsində də birinci mərtəbə yalnız xidməti sahəyə çevrilib. Açıq hava şəraitində yerləşən stansiya yolu çətirlə örtülmüşdür.
Akmal Nur
Əkməl Nur (əsl adı Əkməl Vahaboviç Nurəddinov, özb. Akmal Vahobovich Nuriddinov; 27 fevral 1959, Nəməngan) — Özbəkistanın xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik. == Həyatı == Əkməl Nur 1959-ci ildə Özbəkistanın Nəməngan şəhərində anadan olub. 1984-ci ildə Daşkənd Dövlət Teatr və Rəssamlıq İnstitutunu bitirib. 1987-2011-ci illərdə Rusiya, ABŞ, Mərakeş, Niderland, Hindistan, Almaniya, Türkiyə, Çin və s. ölkələrdə keçirilmiş fərdi və kollektiv sərgilərin iştirakçısıdır. 1997-ci ildə Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 2011-ci ildə incəsənət və ədəbiyyat sahəsində Özbəkistanın Dövlət mükafatına layiq görülüb.
Kəmal parkı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Kəmal üddövlə məktubları
Kəmalüddövlə məktubları — Mirzə Fətəli Axundovun 1865-ci ildə yazdığı bədii–fəlsəfi traktat. Bu əsər Axundovun yazdığı ən mühüm tənqid tipli publisistik işi sayılır. Hind şahzadəsi Kəmalüddövlə ilə fars şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Burada yazıçı hər cür dini fanatizmi aradan qaldırmaq üçün amansız mübarizəni qarşısına məqsəd qoyur. Odur ki, "Kəmalüddövlə məktubları" bəşəriyyətə xidmət etmək, şərq xalqlarını dini xurafatdan, zalımların əsarət zəncirindən azad etmək üçün zülmə və əsarətə qarşı mübarizə silahına çevrilir. Axundov 1857-ci ildə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir. Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir. Layihə baş nazirin göstərişi ilə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır. Türkiyədən qayıtdıqdan sonra "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış,1865-ci ildə isə tamamlamışdır. O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla birlikdə fars dilinə,1874-cü ildə isə görkəmli şərqşünas Adolf Berje ilə rus dilinə çevirmiş və çap etmək uğrunda çalışmışdır, lakin yazıçı bu istəyini həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır.
Kemal Alispahiç
Kemal Alispahiç — Bosniya və Herseqovina futbol mütəxəssisi == Həyatı == 13 mart 1966-cı il təvəllüdlü bu mütəxəssis vətənində - Bosniya və Herseqovinada Jelezniçar və Sarayevo kimi klublarda çalışıb. 2009-cu ilin iyun ayında Muğan Salyan klubunun baş məşqçisi təyin olunub. Milliyətcə türk olan mütəxəssis həm türk, həm də rus dilində danışa bilir. Muğan Salyan klubunun tarixinə ilk əcnəbi mütəxəssis kimi düşən Alispahiç Azərbaycanda çalışan ilk bosniyalı məşqçidir. Kemal Alispahiç ardıcıl uğursuz nəticələrdən sonra tutduğu vəzifədən kənarlaşdırılıb.
Kemal Monteno
Kemal Monteno (17 sentyabr 1948 — 21 yanvar 2015) — karyerasını 1960-2010-cu illərdə davam etdirmiş, italyan əsilli bosniyalı müğənni. == Karyerası == O, 1967-ci ildə "Lidiya" adlı ilk mahnısını oxudu və keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında uğurlu karyeraya ilk addımını atdı. Onun bir çox mahnıları digər müğənnilər tərəfindən də oxunub. Məsələn, "Bacila je sve niz rijeku" təkcə onun hit mahnısı deyildi, bu mahnı həm də Toşe Proeski tərəfindən də oxunub. Eynilə "Nekakos proljeca" və "Nije htjela" mahnıları da başqa ifaçılar tərəfindən sevilib və oxunub. İllər ərzində, oxuduğu mahnılara görə o, "Bosniyanın Roy Orbisonu" və "Nil Daymondu" kimi tanınmağa başlamışdı. == Şəxsi həyatı == Monteno öz gələcək həyat yoldaşı Branka ilə ilk dəfə 1967-ci ildə Sarayevoda görüşmüşdü. Monteno Yuqoslaviyadakı vətəndaş müharibəsindən qayıtdıqdan sonra, onlar 1971-ci ilin 26 iyununda ailə qururlar. Onların Adriana adlı bir qızları və Dani adlı bir oğulları olur. O, 1990-cı illərdə baş vermiş Bosniya və Hersoqovina müharibəsində ölkədən çıxmamış, blokadaya alınmış Sarayevoda qalmışdır.
Kemal Tepret
Mariz Kemal
Mariz Kemal (erz. Маризь Кемаль; 13 avqust 1950, Maloye Maresevo[d], Mordoviya MSSR[d]) - Erzyan şairi, yazıçı. 1996-cı ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Bioqrafiya == Raisa Stepanovna Kemaykina, 1950-ci il avqustun 13-də, Çamzinski rayonunun Maloe Maresevo kəndində, indiki Mordoviya Respublikasında, kəndli ailəsində anadan olub. 1965-ci ildə, kənd məktəbində səkkizinci sinifi bitirdikdən sonra Bolşemaresevskaya orta məktəbində iki il oxudu. Mordoviyanın Oqarev Universitetinin filologiya fakültəsini bitirmiş, rus dili və ədəbiyyatı müəllimi kimi ixtisaslaşmışdır. 1972-ci ildən 1975-ci ilədək öz doğma kənd məktəbində müəllim kimi çalışmışdır. Rus ədəbiyyatında kifayət qədər saat yox idi və gənc müəllimə əlavə olaraq alman və erzyan dilini öyrətmək təklif edildi. Raisa, ixtisası olmayan Öz ana dilində tədris etməkdən imtina etdi, lakin sonradan erzyan dili və folkloru ilə maraqlanmağa başladı. 1975-ci ilin yazında Saranska köçdü və iki il Erzyan Pravda qəzetinin müxbiri kimi fəaliyyət göstərdi.
Kemal Kılıçdaroğlu
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948, Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023). == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir. 2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
Ali Kemal Denizci
Ali Kamal Denizci (1 mart 1950, Trabzon) — Trabzonspor, Fənərbaxça və Beşiktaş komandalarında oynamış Türkiyənin keçmiş milli futbolçusu, məşqçisidir . Fırtına Kamal ləqəbi olan Əli Kamal Denizci keçmiş futbolçu Osman Denizcinin böyük qardaşıdır. == Futbol karyerası == === Klub komanda karyerası === 17 yaşında Çarşıbaşı klubunda futbol oynamağa başlayıb. Bir il sonra o, "Trabzon Yolspor"a transfer olunub. Daha sonra o vaxt üçüncü liqada çıxış edən "Rizəspor" a keçdi. O, 2 il qaldığı Rizədəki çıxışı ilə "Kayserispor" dan təklif alıb. Kayseridə imza atdıqdan sonra ikinci liqadakı Trabzonspor ona təklif gətirdikdən sonra müqaviləsini ləğv etdi və Trabzonsporda oynamağa başladı. Heyət formalaşandan sonra "Trabzonspor" ilk ildə orta hesabla çempionluğu "Kayserispor" a uduzdu. Növbəti mövsüm Türkiyə Birinci Liqasına çempion kimi yollanıb. Birinci Liqadakı ilk mövsümündə (1974–75) Trabzonspor 9-cu yeri tutdu və kubokun finalında oynadı.