Kemal Kılıçdaroğlu

Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948[1], Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023).

Kamal Kılıçdaroğlu
türk. Kemal Kılıçdaroğlu
7 iyul 2018 – 14 may 2023
18 noyabr 2002 – 14 may 2023
Türkiyə ana müxalifət lideri[d]
22 mart 2010 – 5 noyabr 2023
ƏvvəlkiDəniz Baykal
SonrakıÖzgür Özəl
22 mart 2010 – 5 noyabr 2023
ƏvvəlkiDəniz Baykal
SonrakıÖzgür Özəl
21 avqust 2012 – 13 dekabr 2014
Şəxsi məlumatlar
Doğum adı Kemal Karabulut
Doğum tarixi 17 dekabr 1948(1948-12-17)[1] (75 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi, bürokrat
Uşağı 3
Dini Ələvilik[3]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur.[4]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir.

2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.

2009-cu ildə Cümhuriyyət Xalq Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş, 36,80 % səs toplasa da, kiçik səs fərqi ilə məğlub olmuşdur.

Kılıçdaroğlu Türkiyə hökumətinin Suriyanın daxili işlərinə qarışmasını tənqid edib.[5] O, həmçinin Suriyalı qaçqınların Türkiyə büdcəsinə qoyduğu iqtisadi yükü və onların öz ölkələrinə qayıtmaq istəklərini əsas gətirərək Türkiyədən deportasiyalarını açıq şəkildə dəstəkləmişdir.[6]

Kılıçdaroğlu Türkiyənin Azərbaycana dəstək siyasətini alqışlayır. O, Azərbaycanın Qarabağ münaqişəsində mövqeyinin beynəlxalq hüquqa uyğun olduğunu bəyan edib.[7]

6 mart 2023-cü ildə Millət İttifaqı tərəfindən 2023-cü ildə keçiriləcək prezident seçkilərində Türkiyə prezidentliyinə namizəd kimi təsdiq edildi.[8] Seçkilərdə rəqibi Ərdoğana məğlub olmuşdur.[9]

Kılıçdaroğlunun ailəsi Xorasanın ələvi qəbilələrindən biri Kureyşan qəbiləsinə mənsubdur. O, özü iddia edir ki, onun əcdadları Bozok tayfa ittifaqına daxil olan Oğuz soyundan olan Bəydillidəndir. Özünü həm də seyid hesab edir.[10] Səlvi Kılıçdaroğlu ilə evlidir, üç övladı var.

Kılıçdaroğlu həmçinin onun erməni əsilli olması iddiasını tamamilə rədd edir. Hətta 2011-ci ildə onun anasının erməni olduğunu iddia edən yazıçı yazmış olduğu qeydlərə görə Kılıçdaroğlu tərəfindən məhkəməyə verilmişdir. Kılıçdaroğlunun vəkili Mutluxan Qaragözoğlunun Türkiyə Baş Prokurorluğuna təqdim etdiyi vəsatətdə Süleyman Yeşilyurtun "Dersim Erməni Yemuş Xanımın oğlu Çarkçı Kamal" adlı kitabından bəhs edilir. Anasının erməni əsilli olması ilə bağlı böhtan və erməni etnik mənsubiyyətindən istifadə edilərək ona qarşı kompaniya aparmağa çalışıldığı, seçkilərdən əvvəl böhtan atıldığı bildirilib. İddianamədə qeyd edilirdi ki, Kılıçdaroğlunun anasının erməni əsilli olması iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil[11]. Lakin İnsan hüquq və azadlıqların müdafiəsi üzrə Avropa konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan fikir və hadisələri ifadə və yayma azadlığının olduğu əsas tutularaq məhkəmə bu iddianaməni rədd etdi.[11][12] Qeyd edilirdi ki, siyasi və ictimai xadimlər təqsirli bilinən insanlara qarşı tənqidi baxımdan çevik yanaşma nümayiş etdirməlidirlər.

  1. 1 2 Kemal Kilicdaroglu // Munzinger Personen (alm.).
  2. 1 2 https://www.workwithdata.com/person/kemal-kilicdaroglu-1948.
  3. https://www.cnnturk.com/2011/yazarlar/06/17/aleviyim.ne.var.bunda/620343.0/index.html.
  4. http://www.mediaforum.az/articles.php?lang=az&page=02&article_id=20100523112113543[ölü keçid]
  5. "Kılıçdaroğlu'ndan Erdoğan'a: Taşeron olma". CNN TÜRK (türk). 2018-12-11. 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  6. "If one person makes mistake, the whole country will have to pay for it: CHP leader - Türkiye News". Hürriyet Daily News (ingilis). 2017-03-01. 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  7. "We stand by Azerbaijan under all circumstances, says CHP leader - Türkiye News". Hürriyet Daily News (ingilis). 2020-09-30. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  8. "Arxivlənmiş surət". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
  9. "Cumhurbaşkanı seçimlerini Erdoğan kazandı". 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  10. "Kemal Kılıçdaroğlu, peygamber soyundan mı geliyor, yoksa Oğuzların Beydili boyuna mı mensup?". Kemal Kılıçdaroğlu, peygamber soyundan mı geliyor, yoksa Oğuzların Beydili boyuna mı mensup?. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  11. 1 2 "Kılıçdaroğlu'na Ermenilik iddiasında bulunan yazara dava". www.cumhuriyet.com.tr (türk). 2011-04-21. 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.
  12. "Kılıçdaroğlu'nun Yazar Yeşilyurt'a açtığı dava reddedildi". KARAR (türk). 2015-06-30. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]