Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balasagun
Balasaqun (çin. 八剌沙衮 Bālàshāgǔn, rus. Баласагун) və ya Balasağun (ərəb. بلاساغون‎ fars. بلاساغون‎ qaz. Basalasağun, Баласағұн, özb. Bolasogʻun) — Qırğızıstanın Toxmaq şəhəri yaxınlığında Orta çağ şəhəri. == Tarixi == Balasagun adı Bala və ya Bal və sagun iki sözün birləşməsindən yarandığı sanılır. Tarixlərdə türk mədəniyyət ocaqlarından biri sayılan Balasaqun Qaraxanlılar dövlətinin mədəniyyət mərkəzi kimi fəaliyyət göstərmişdir. Uyğurun mərkəzi şəhəri olan həm də Ordu Balık və ya Xan Balık adıyla da məşhur Balasaqın və ya Kara Balasaqun “Kudatqu-Biliğ"in müəllifi Yusif Xass Hacib Balasaquninin vətənidir.
Balasaqun

Burlaxatun türbəsi
Burlaxatun türbəsi — İranın Urmiya şəhərində yerləşən "Kitabi-Dədə Qorqud" dastanında adı keçən Burlaxatunun adını daşıyan türbə.. Burlaxatunun türbəsi Urmiya şəhərinin yaxınlığında yerləşən Urmiya qalasının içindədir. Məşhur səyyah Adam Oleari qalanın içində 30 fut (4–5 metr) hündürlüyündə başdaşı olduğunu qeyd edib. Son zamanlar azərbaycanlı ədəbiyyatşünas alimlər Məhərrəm Qasımlı və Asif Rüstəmli qala ərazisində axtarış apararaq həmin türbəni aşkara çıxarıblar. Onlar türbənin bir hissəsinin uçduğunu və 30 futluq başdaşının yalnız bir hissəsinin qaldığını qeyd ediblər. Tədqiqatçı alimlər bu məzarın tapılmasında Adam Olearinin verdiyi koordinatlardan istifadə ediblər. Abidə tam tədqiq edilib öyrənilməsə də, onun məşhur türk dastanının gözəl qəhrəmanı Burla xatunun adını daşıması xüsusi maraq doğurur. Tədqiqatların nəticəsində qalanın İslamdan öncəki dövrə aid olduğu qeyd olunur.
Anaxatun (Təbriz)
Anaxatun (fars. اناخاتون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.052 nəfər yaşayır (527 ailə).