Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ballıbadı
Tulumba və ya bamiyə (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyədə və Balkan ölkələrində aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.
Ballıbaba
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Ballıcalı
Ballıcalı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ballıcalı Neftçala rayonunun Boyat inzibati ərazi vahidində kənd. Salyan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İorsulu kəndindən çıxmış ailələrin Ballıcalı adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Ərazinin adı isə burada ballıca otunun bitməsi ilə bağlıdır.
Alma ballıcası
Alma ballıcası (lat. Psylla malı) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin psillidlər (ballıcalar) fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin ballıcanın bir cüt şəffaf qanadları vardır. Baş və döşü sarımtıl-yaşıl, qarıncığı, bığcığı və ayaqları sarıdır. Bığcıqları 10 buğumludur. Bədəninin uzunluğu 2,5 mm-dir. Sürfəsi yastıdır, ayaqları qısadır, bədəni tünd qəhvəyi, gözləri isə kəskin qırmızıdır. Nimfası göyümtül-yaşıldır. Yumurtası uzunsov ovalvari olub, saplaqvaridir, rəngi narıncıdır və uzunluğu 0,4 mm-dir. == Həyat tərzi == Alma ballıcası yumurta mərhələsində qışlayır.
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. == Həyat tərzi == Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.