Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.
Bandari musiqi
Bandari musiqi (fars. بندری‎) — İranın cənubdan, Fars körfəzi ətrafında gəlir. Cənubda Ərəb ölkələri ən yaxın olduğu kimi, bu, ərəb musiqi təsiri ilə İran musiqi stili, va toy zamanı ifa olunur.
Banzare sahili
Banzare sahili (ing. Banzare Coast) — Şərqi Antarktidanın Uilks Torpağında, 122°05' və 130°10' şərq uzunluğinda qəralaşır. Buzlaq enişində bir sıra hündür buzlaq dağlar vardır. Materikin daxilinə doğru buzlaq Voeykov şelf buzlağı ilə birləşir. Şimal-şərq hissədə iri aysberqlər mövcuddur. Sahil ilk dəfə 1931-cü ildə Britaniya-avstraliya-yenizelandiya antarktik aeaşdlrmacı ekspedisiyası tərəfindən kəşf edilmişdir. Sahikin adı ekspedisiyanın baş əriflərindən götülülmüşdür ing. British-Australian-New Zealand Antarctic Research Expedition).
Bandana (albom)
Bandana — ABŞ repçisi Freddie Gibbs-in prodüser Madlib ilə birgə hazırladığı ikinci kollaborativ studiya albomu. 28 iyun 2019-cu ildə ESGN, Keep Cool Records, Madlib Invazion və RCA Records tərəfindən buraxılıb.
Badabe Surt
Badabe Surt — İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir. 2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Bandar-loq
Bandar-loq(hind. बन्दर-लोग) – İngilis yazıçısı Redyard Kiplinqin "Cəngəlliklər kitabı"nda yaratdığı uydurulmuş meymun xalqıdır. İngilis dilindən olan bir sıra tərcümələrdə cəm şəklində — bandarloqlar kimi tərcümə olunur., == Xarakteristikası == Hindi dilindən tərcümədə Bandar sözü "meymun", log sözü isə "xalq" anlamına gəlir. Bu iki sözün birləşməsi olan "Bandar-log" sözü "meymun xalqı" mənasını verir. Kiplinq Bandar-loq haqda belə yazmışdır: "Onlar hamısı özlərinə başçı seçmək, öz qanunlarını qurmaq, öz adətlərini fikirləşmək üçün yığışırlar, lakin onların yaddaşı növbəti günə qədər qalmadığından heç vaxt fikirləşdiklərini həyata keçirə bilmirlər". Özlərinə bəraət qazandırmaq üçün hətta belə bir deyim də tərtib etmişdilər: "Bandar-loqun indi nə haqda düşündüyünü, cəngəlliklər sonra düşünəcək". "Cəngəlliklər kitabı"nda Bandar-loq haqqında daha çox "Kaa-nın ovu" hekayəsində oxuya bilərik. Bu hekayədə Bandar-loq görünüşcə meymuna bənzəyən Mauqlini oğurlayırlar. Mauqli meymunların "Biz güclüyük! Biz azadıq!
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Banda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Euphorbia banae
Euphorbia banae (lat. Euphorbia banae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. == Klub karyerası == === Mexelen === Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. === Ayaks === 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Susan Banda
Susan Banda (1 iyun 1995-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Bandai Namco Entertainment
Bandai Namco Entertainment Inc. (BNEI) yapon videooyun qurucusu və yayımlayan şirkətdir. Şirkət həmçinin videolar, musiqi və digər əyləncə məhsulları istehsal etmişdir. Şirkətin qərargahı Tokionun Minato rayonunda yerləşir. Beynəlxalq filialları müvafiq olaraq Kaliforniya ştatının Santa-Klara şəhərində və Fransanın Lion şəhərində yerləşir.
Bandar Seri Begavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Bandar Səri Bəgavan
Bandar Seri Begavan, (malay dili: بندر سري بڬاوان ; ˌbanda səˌri bəˈɡawan ) – Bruneyin paytaxtı və ən böyük şəhəri. == Tarixi == Bruney çayı yanında yaşayış məskəninin tarixi VII əsrə gedib çıxır. 1970-ci ilə qədər şəhər Bruney adı daşıyırdı . 1920-ci ildə şəhər rəsmi şəkildə şəhər və ingilis torpaqlarının mərkəzi statusunu aldı. 5 oktyabr 1970-ci ildə şəhər əvvəlki sultan Ömər Əli Sayfudinin şərəfinə Bandar Seri Begavan adını aldı. Malay dilindən tərcümədə "Əlahəzrət şəhəri" deməkdir . == Coğrafiya == Bandar Seri Begavan Malay arxipelaqının Kalimantan adasında, Bruney çayının şimal sahilində yerləşir.
Müqəddəs Nikita kilsəsi (Banyane)
Müqəddəs Nikita kilsəsi (Banyane) — Çuçer-Sandevo və Qornyan kəndləri arasında yerləşən Banyane kəndində orta əsrlərə aid pravoslav kilsəsi. Kilsə və bütün kəndlər Şimali Makedoniyanın Çuçer-Sandevo bələdiyyəsinin tərkibinə daxildir. Hazırda kilsə Skopye yeparxiyasına, Ohrid arxiyepiskopluğuna məxsusdur. Müqəddəs Nikitaya həsr olunmuş monastır və kilsə 1300-cü ildə Serb kralı kralı Milutin tərəfindən əvvəlki kilsənin xarabalıqları üzərində tikilmişdir. Monastır Milutin tərəfindən tikildikdən qısa müddət sonra Athos dağındakı Serb Hilandar monastırına bağışlandı. Müqəddəs Nikita kilsəsi 1484-cü ildə tamamilə təmir edilmişdir. Banyandakı Müqəddəs Nikita kilsəsi dörd sütunlu sadə xaç formalı bazaya malikdir. Xarici bəzək tipik Bizans üslubunda daş və qırmızı kərpicdən hazırlanmışdır. Ən gözəl bəzək apsis divarındadır. Müqəddəs Teodorun qalxanındakı imza kilsəni kral Milutinin sevimli saray rəssamı Evtixinin oğlu məşhur Mixail tərəfindən çəkildiyini və onun digər kilsələrinin bir çoxunu da çəkdiyini göstərir.
Bande-Amir Milli Parkı
Bandi-Amir Milli Parkı (fars. بند امیر‎) — Əfqanıstanın ilk və yeganə milli parkı. Milli parkda mineral çöküntü olan travertindən əmələ gəlmiş təbii bəndlər ilə ayrılan 6 göl yerləşir. Göllər Əfqanıstanın mərkəzində, 3000 metr yüksəkliyində, Hindikuş dağlarında, Bamiyan Budda heykəllərinin qərbində yerləşir. Göllər karbon dioksid sızması nəticəsində yaranmışdır. Bandi-Amir dünyada travertin mineralı sayəsində yaranmış nadir göl sistemlərindən biridir. Milli parkda yerləşən kanyon Əfqanıstanın Böyük kanyonu hesab olunur və buranı hər il minlərlə turist ziyarət edir. == Tarix == Ətraflı bax: Əfqanıstan tarixi "Bandi-Amir" sözü hərfi tərcümədə "Əmirin bəndi" deməkdir və bu adın müsəlmanların 4-cü xəlifəsi Əli ilə əlaqədar olduğu hesab olunur. Ərazidə etnik həzaralar üstünlük təşkil etmişlər. Həzaralar Əfqanıstan əhalisinin 8–15 %-ni təşkil edirlər və demək olar ki, hamısı şiədir.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Baydaq
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Baldağı (Hurand)
Baldağı (fars. بال داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 67 nəfər yaşayır (12 ailə).
Bandərə (Piranşəhr)
Bandərə (fars. بن دره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 424 nəfər yaşayır (77 ailə).
Mandaq (Xudabəndə)
Mandaq (fars. منداق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 260 nəfər yaşayır (60 ailə).
Xandaq (Çaroymaq)
Xandaq (fars. خندق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (5 ailə).