Tatar dilində “içki, şərab” mənalarını verən burda kəlməsi var. Sözün əsli bor şəklində olub. Bardaq –“şərab qabı” (şərab tuluğu) deməkdir. Rus dilindəki бурдюк (qədimdə bardaq “tuluq” olub, yəni dəridən düzəldilib) kəlməsi də buradan törəmədir, hətta бордовый sifəti də “şərab rəngində olan” anlamını əks etdirir. Sözün –daq hissəsi daqqa kəlməsində (“qab, çən” mənasında) indi də qalmaqdadır. Başqa yozum da var: Bordo Fransada yer adıdır. Orada istehsal edilən çaxır növünə “bordo” deyilib. Bordovıy “bu çaxırın rəngində olan” deməkdir. Bardaq “çaxır qabı” dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)