Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barbarlar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Balkarlar
Balkarlar (Alanlar) — Şimali Qafqazda yaşayan və qumuqlar, qaraçaylılar ilə birlikdə türk xalqları ailəsinin qıpçaq qoluna aid xalq. Özlərini malkarlar adlandırılar. Balkarlar xüsusi ilə qaraçaylılara çox yaxındırlar. Bəzi araşdırıcılar qaraçaylılarla balkarları eyni xalq hesab edirlər. Belə ki yaylaq-qışlaq maldarlığı ilə məşğul olan bu xalqın bir hissəsi Şimali Qafqazın düzənliyində (qışlaqda) daim məskunlaşaraq qaraçay, dağlarda (yaylaqda) qalanlar isə balkar və yaxud malkar adlanmağa başlayıb. Bununla əlaqədar olaraq balkarlar özlərini davlular (dağlılar) da adlandırırlar. Dindarları müsəlman sünnülərdir. Kabarda-Balkar respublikasında ikinci böyük yerli xalqdırlar. Ümumi sayları 170 mindir. Əsas hissəsi, təxminən 110 mini, tarixi vətənləri olan Kabarda-Balkarda yaşayır.
Bambaralar
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Barabalar
Barabalar, Baraba — Sıbırlarnın bir hissəsi.
Barbarlıq
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Barlaslar
Barlaslar — türk oymağı. Barlasların Mərkəzi Asiyada monqol və sonra türkləşmiş köçəri konfederasiyası olmuşdur. Əsl monqol ordusunun alaylarından birində hərbi köklərə malik olan barlaslar Asiyada iki böyük imperator sülaləsini ortaya çıxartdı: Orta Asiyada və İranda Teymurilər dövləti və onun davamı, Hindistan yarımadasındakı Moğol imperiyası. == Tarixi == Barlas ulusu monqolların tərkibində Orta Asiyaya gəlmişdi. Çingiz xan oğlu Cığatay xana verdiyi tümən əsasən barlaslardan ibarət idi. XIII yüzildə Barlas ulusu erdemtu-barlas və todoen-barlas oymaqlarına bölünürdü. Barlas ulusunun bir qolu Zahirəddin Mahmud Baburla bərabər Hindistana səfər etdilər. == Əmir Teymur və Barlas ulusu == Əmir Teymur barlas soyundandır. Nəsil şəcərəsinə görə əmir Taraqay Bahadurun oğlu. 1336-cı ildə Qaşqadərya vilayətinin Keş, indiki Şəhrisəbz kəndində (artıq şəhər statusu alıb) dünyaya gəlib.
Barmaqlar
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Bağbanlar
Bağbanlar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bağbanlar (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bağbanlar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Qarqarlar
Qarqarlar – Azərbaycanlıların təşəkkülündə mühüm rol oynamış qədim tayfalardan biri. Qarqarlar əsasən Qarabağ ərazisində yaşamışlar. Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII–XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq işlənmiş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur. Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu qeyd edirlər.
Babaşlar
Babaşlar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Təkəqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Lev kənd Sovetindən Babaşlar kəndi Təkəqaya kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Əsl adının Babakişilər olduğu güman edilir. Babaşlar ayrımlara məxsus bir nəslin adıdır. Etnotoponimdir. 1917-ci ildə Lənkəran qəzasının Lerik bölgəsində Babaşlı (1921-ci ildə dağıdılmışdır), 1933-cu ildə Xacmaz rayonunun Əhmədoba inzibati ərazi vahidində Babaşlı kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ağçayın sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
Bavarlar
Bavarlar(bav. Bajuwarn, Baiuwarn) (lat. Baiovari, Baiovarii) — German kökənli bir qəbilə. Dunayın yuxarı axınında, Nori və Reti Alp dağlarının ətəyində, indiki Yuxarı Avstriya, Zalsburq, Yuxarı və Aşağı Bavariya, qismən Tirol və bəzi digər ərazilərdə məskunlaşmış german tayfası. == Ümumi məlumat == Bu qəbilənin adı VI əsrdən məlumdur. Franklar onların üzərinə hücum edib, məğlubiyyətə uğratmışdılar.Sonralar bavarlar Aqilolfinq (alm. Agilulfinger, Agilolfinger‎) sülaləsinin başçılığı altında öz hersoqluqlarını yaratmışdılar.VII—VIII əsrlərdə merovinqlərin basqınına uğradılar. VI əs­rin I yarısında lanqobardlar hələ də Morava ərazisində qalmaqda idilər. Bununla belə Bohemiya ərazisində məskunlaşmış markomanların qalıqları digər german tayfaları ilə birgə Dunaya doğru çəkilərək Bavarların yaranmasında iştirak etdilər. Bavarların adı markomanların və kvadların yaşadığı qədim Bohemiya (indiki Çexiya) ilə əlaqədardır.
Barbarea
Turpəng (lat. Barbarea) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Turpəng toxumlarında 33-42% yarımquruyan yağ (yod ədədi 110-111) vardır. Bu yağ xüsusiyyətlərinə görə raps yağına yaxındır. Amma tərkibindəki eruk turşusu onun qidalılıq dəyərini azaldır. Qida məqsədilə saflaşdırılmış yağı və ya tərkibində eruk turşusu az olan sortlardan alınan yağlar istifadə edilir. Belə yağlar yüksək dad keyfiyyətinə malik olurlar. Turpəng yağı sənayenin müxtəlif sahələrində texniki məqsədlər üçün istifadə edilir. Ondan sabunbişirmədə, lak - boyaq sahəsində metallurgiyada və başqa sahələrdə istifadə olunur. Jmıxın tərkibində 40 % -ə qədər tam keyfiyyətli zülal vardır ki, bu da heyvandarlıqda yaxşı konsentrat yem kimi istifadə olunur.
Barbarlıq (dilçilik)
Barbarlıq (dilçilik) — Barbarlıq bir dildə qeyri-standart bir söz, ifadə və ya tələffüzdür, xüsusən də morfologiyada səhv kimi qəbul edilir. Bu etiket əvvəlcə qədim yunan və ya latın dilini digər dillərlə qarışdırmaq üçün tətbiq edilmişdi, lakin klassik tədqiqatlarda hər hansı uyğun olmayan söz və ya ifadələrə, nəhayət, cilalanmamış və ya kobud hesab edilən istənilən dilə istinad etmək üçün genişləndirilmişdir. Termin əsasən yazılı dil üçün istifadə olunur. Müasir dilçilikdə ümumi qəbul edilmiş texniki mənası olmayan bu termin müasir deskriptor alimləri tərəfindən az istifadə olunur. == Mənşəyi == Barbarlıq termini ilk dəfə ellinlər tərəfindən dillərinə daxil olan yad elementlər üçün istifadə edilmişdir. (“Barbarismos” sözü “barbaros” sözü ilə bağlıdır; o, ellinlərin işlətdiyi təbiətin təqlidi olan “bar-bar-bar” sözündəndir, “danışmaq” mənasını verir – buna görə də hər iki barbarın mənfi xasiyyəti. və barbarlıq.) Eynilə, digər dillərdə anglicism, ingiliscə qallicism [Məsələn, to be present at əvəzinə kömək etmək üçün feldən istifadə etmək, müq. Fransız köməkçisi] barbarlığa misal olaraq germanizm, ispanizm və s. == İngilis dili == Uyğun olmayan istifadəni təsvir etmək üçün ingilis dilində sözün ən erkən istifadəsi 16-cı əsrdə, xüsusilə klassiklərlə əlaqəli mətnlərdə digər dillərin Latın və ya Yunanca ilə qarışdırılmasına istinad etmək idi. XVII əsrə qədər barbarlıq daha ümumi və daha az dəqiq olan uyğun olmayan bir dil hissi almışdı.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Bağbanlar (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Bağbanlar (Biləsuvar)
Bağbanlar (əvvəlki adı: Arxangelovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Arxangelovka olmuşdur. XX əsrin əvvəllərində Rusiyanın Arxangelsk vilayətindən köçüb gələnlər burada məskunlaşmış, köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişdilər. 1991-ci ildən kəndin adı Bağbanlar kimi rəsmiləşmişdir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. Bəzi ədəbiyyatlarda və yerli əhalinin dilində Bağmanlar variantı da işlənir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Mahmudçala gölündən bir qədər aralı, Muğan düzündə, rayonun şimal-qərb istiqamətində yerləşir.
Bağbanlar (Gəncə)
Bağbanlar — Gəncə şəhərində yaşayış sahəsi.
Bağbanlar (Samux)
Bağbanlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun İnstitut qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bağbanlar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisinin sayı 813 nəfərdir.
Bağbanlar bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ambarlar adası
Anbarlar adası (pol. Wyspa Spichrzów) — Qdansk şəhəri daxilində, Moltava çayının yatağında yerləşən ada. Ada 1576-cı ildə qazılan yeni xəndək nəticəsində meydana gəlmişdir. XIII əsrdən burada çoxlu ambarlar yerləşirdi. XVI əsrdən onların sayı 300 keçmişdi. Anbarda olan tikililərə 1945-ci il bombardımanı zamanı böyük zərər dəymişdir. Qorunub saxlanılan abidələrə 1517–1519-cu illərdə inşa edilən Milxkannetor qapılarını göstərmək olar. Dağıdılmış tarixi abidələrdən ancaq bir qismi bərpa edilmişdir.
Barbarea arisanensis
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Barbarea derchiensis
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Nikosiyada bazarlar
Nikosiyada bazarlar — Kiprin paytaxtı Nikosiya şəhərində bazarlar. Şəhər XX əsrə qədər ilk növbədə ticarət şəhəri olaraq qalmışdır. Beləliklə, Nikosiyada tarix boyu iqtisadi fəaliyyət mərkəzlərini təşkil edən müxtəlif bazarlar var idi. Osmanlı dövründə Nikosiya bazarları dar küçələr şəbəkəsini tuturdu. 1873-cü ildə Lüis Salvator divarlı şəhərdə səpələnmiş, 18-i Famaqusta darvazası və Pafos darvazası arasındakı küçələr şəbəkəsində yerləşən 23 bazarı qeydə almışdır. Osmanlı imperiyasının digər şəhərlərində olduğu kimi, Nikosiya bazarları şəhərin ictimai həyatına hakim kəsilmiş və sənaye istehsalının mərkəzi olmuşdur.
Senecio barbarae
Senecio barbarae (lat. Senecio barbarae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
İkitərəfli bazarlar
İkitərəfli bazarlar (ikitərəfli şəbəkələr) — aralarında şəbəkə effektləri olan iki istifadəçi qrupu olan şəbəkə bazarları. İkitərəfli bir şəbəkədə, istifadəçilərinin iki kateqoriyası vardır ki, bunlar üçün şəbəkədən istifadə məqsədləri və şəbəkədəki rolları açıq şəkildə fərqlənir. Müxtəlif qrupların ikitərəfli şəbəkənin funksionallığı üçün fərqli tələbləri var. Ancaq eyni zamanda, bir-birlərindən asılıdırlar və ümumi şəbəkədən istifadələrinin dəyərini təyin edən qarşılıqlı təsirlərdir. İqtisadiyyatdakı şəbəkə effekti artıq yaxşı öyrənilib və nəzəriyyədə və işdə müxtəlif sahələrdə praktik olaraq fəal şəkildə istifadə olunur. Bununla birlikdə, şəbəkə effekti ümumiyyətlə bir tərəfli olaraq qəbul edilir və bu, şəbəkə istifadəçiləri homojen olduqda qəbul edilir. 2001-ci ildən bəri, şəbəkə effektlərini daha geniş şəkildə nəzərdən keçirən elmi ədəbiyyatda, bir neçə istifadəçi kateqoriyasının qarşılıqlı əlaqəsində və praktiki tətbiq üçün bir sıra maraqlı və faydalı nəticələr verən terminlər ortaya çıxmağa başladı. Bir çox şəbəkədə istifadəçilər homojendir, yəni eyni funksiyaları yerinə yetirirlər. Məsələn, telefon şəbəkələrində istifadəçilərdən biri göndərir, digəri zəng qəbul edir, bununla belə, abunəçilərdən hər biri həm alıcı rolunu oynayır, həm də müxtəlif vaxtlarda səsli mesaj ötürmə rolunu oynaya bilər. Tək yönlü şəbəkələrə nümunə olaraq mesajlaşma, faks göndərmə, e-poçt da verilə bilər.