Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomas Barker
Tomas Barker (1769[…], Pontipul[d] – 11 dekabr 1847[…], Bat, Somerset qraflığı) — rəssam. Barker 1769-cu ildə Monmutşirdəki Pontipol kəndi yaxınlığındakı Trosnantda anadan olub. Onun atası Benjamin Barker bir vəkil oğlu idi. O həm də rəssamlıqla məşğul olurdu. Atası sadəcə at portleri çəkirdi. Barker heç vaxt rəsm dərsi almamışdır. Buna baxmayaraq yeniyetməlik yaşlarından bəzi fiqur və mənzərə rəsmləri çəkirdi. O, on altı yaşında olanda ailəsi Bata köçdü. Burada Çarlz Spakman adlı varlı adamın yanında istedadı üzə çıxdı və bir sənətkar kimi inkişaf etdi. Barker təxminən əlli il ərzində Kral Akademiyasında və Britaniya İnstitutunda sərgi iştirakçısı olub.
Robert Barker (çapçı)
Robert Barker (1570 və ya 1568, Datçet[d], Berkşir[d] – 10 yanvar 1645) — İngiltərə kralı I Ceymsin çapçısı, İngiltərə kraliçası I Elizabetin çapçısı olmuş Kristofer Barkerin oğlu. Əksər mənbəyə görə, Barker «Kral Ceymsin Bibliyası» kitabının çapçısı idi. Bu kitab ingilis dilində çap edilmiş ən təsirli və əhəmiyyətli kitablardan biri idi. O və onun şəriki Martin Lukas «Zalim Bibliya» kitabını nəşr etdirmişdir. Barker 1635-ci ildə həbs edilmişdir. Olduqca sərfəli bir biznesdə işləmək yerinə, o, yaxşı bir biznesmen deyildi. Ehtimal olunur ki, bu təcrübəsizlik və ümidsizlik onun qanunla problem yaşamasına gətirib çıxarmışdır. Əlavə olaraq, «Zalım Bibliya» və həmin kitabın səbəb olduğu cərimə də buna təsir göstərmişdir. Növbəti on il müddətində tez-tez həbs edilən və həbsdən çıxarılan Barker 1645-ci ildə vəfat etmişdir. Plomer, Henry R. A Short History of English Printing 1476–1898.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Lakrua-Barres
Lakrua-Barres (fr. Lacroix-Barrez, oks. La Crotz) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Myur-de-Barres kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12036. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 310 nəfər (15-64 yaş) arasında 196 nəfər iqtisadi fəal, 114 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 63.4%).
Rafael Markes
Rafael Markes (isp. Rafael Márquez) — meksikalı futbolçu. Meksika millisinin oyunçusu olub. 5 FİFA Dünya Kubokuna iştirak edib.
Myur-de-Barres
Mür-de-Barres (fr. Mur-de-Barrez, oks. Lo Mur de Barrés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Mür-de-Barres kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12164. Kommuna təxminən Parisdən 450 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 60 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 821 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 410 nəfər (15-64 yaş arasında) 311 nəfər iqtisadi cəhətdən, 99 hərəkətsiz (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 65.4%) idi.
Mür-de-Barres
Mür-de-Barres (fr. Mur-de-Barrez, oks. Lo Mur de Barrés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Mür-de-Barres kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12164. Kommuna təxminən Parisdən 450 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 60 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 821 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 410 nəfər (15-64 yaş arasında) 311 nəfər iqtisadi cəhətdən, 99 hərəkətsiz (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 65.4%) idi.
Qabriel Qarsiya Markes
Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya Markes (isp. Gabriel José de la Concordia «Gabo» García Márquez; 6 mart 1927[…], Arakataka[d], Maqdalena departamenti – 17 aprel 2014[…], Mexiko) — Kolumbiyalı romançı, jurnalist, ssenarist, qısa-hekayə yazıçısı, Neyştadt Beynəlxalq Ədəbiyyat Mükafatı (1972) və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1982). Kolumbiya yazıçısı Qabriel Xose Qarsia Markes Karib dənizi sahilindəki Arakataka şəhərində doğulmuşdu. Ailədəki on altı uşaqdan ən böyüyü idi. Yerli poçt şöbəsində teleqrafçı işləyən atası maddi çətinliklərlə üzləşdiyindən Qabriel ana babasının və nənəsinin himayəsində böyümüşdü. Xüsusən nənəsinin danışdığı nağıl, əfsanə və əsatirlər gələcəkdə yazıçının işinə yaramış, bir çox əsərləri üçün əla xammala çevrilmişdi. İstefaya çıxmış polkovnik olan babası da vətəndaş müharibəsi və gənclik həyatı haqqındakı maraqlı xatirələri ilə nəvəsinin bədii təxəyyülünün formaşalaşmasında mühüm rol oynamışdı. Gənc Markes 1947-ci ildə Boqot unversitetinin hüquq fakültəsində oxumağa başlamışdı. Sonra Kartagena universitetinə dəyişilmişdi. Lakin nəticədə yenə də diplom ala bilməmişdi.
İvan Duke Markes
İvan Duke Markes (isp. Iván Duque Márquez; 1 avqust 1976, Boqota) — Kolumbiyanın hazırkı Prezidenti vəzifəsini icra edən kolumbiyalı siyasətçi və vəkil. 1.7 milyona yaxın venesuelalı miqranta ölkəsində müvəqqəti oturum statusu verməsi dünya liderləri tərifindən alqışla qarşılandı. COVID-19 pandemiyası dövründə pisləşən tendensiya vəzifədə olduğu ilk ildə yoxsulluq və iqtisadi bərabərsizliyi artdı. Dukenin MQO ilə sülh danışıqlarını davam etdirməməsi müxalifət partiyaları və ictimaiyyət tərəfindən tənqid edildi. Yaranan 2020 Boqota etirazlarına və davam edən ölkə miqyaslı etiraz aksiyalarına polisin verdiyi cavab təxminən 60 şəxsin ölümü və 2.100 şəxsin yaralanması ilə yekunlaşdı. Duke Kolumbiyanın paytaxtı Boqota şəhərində zəngin siyasətçi ailəsində anadan olub. Dukenin Andres və Mariya Paula adlı iki qardaşı var. Duke Roçester Kollecinə yazıldı və 2000-ci ildə Boqotada Serxio Arboleda Universitetindən hüquq məzunu oldu. Amerika Universitetində beynəlxalq iqtisadi hüquq ixtisası üzrə lisenziya və Corctaun Universitetində dövlət siyasəti idarəetmə üzrə magistr dərəcəsini alıb.
Estaka de Bares
Estaka de Bares (isp. La Estaca de Bares) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Pireney yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. ispaniyanın tarixi bölgəsi ola Qaıisiyanın şimal-qərbindədir. Biskay körfəzinin Atlantik okeanı ilə olan təbii sərhəddini təşkil edir. == Mənbə == Fotorreportaje: Base Americana LORAN en Estaca de Bares.
Barkod
Barkod (ing. barcode) — marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar. Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin. Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12 ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər. İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir.
Barrem
Barrem (fr. Barrême) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04022. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 481 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 298 nəfər (15-64 yaş arasında) arasında 216 nəfər iqtisadi cəhətdən, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.8%). Fəal 216 nəfərdən 185 nəfəri (103 kişi və 82 qadın), 31 nəfəri işsizdir (11 kişi və 20 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür. Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir. == Əhalisi == Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) . 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər. == İnzibati-ərazi quruluşu == Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
Azarkeş
Azarkeş — İdman, futbol həvəskarı.
Barmen
Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.
Ellen Barkin
Ellen Barkin (ing. Ellen Rona Barkin; d. 16 aprel 1954, Bronks, Nyu-York) — Emmi mükafatı almış Qızıl Qlobus mükafatına namizəd olmuş ABŞ aktrisası. Kimyəvi maddə satan ata və xəstəxana idarəçisi olan ananın övladı olan Barkin, yəhudi ailəsində anadan olmuşdur. Barkin, Manhetten liseyinin "Səhnə Sənətləri Fakültəsi"ndə təhsil almışdır. Daha sonra "Hunter Kolleci"ndə tarix və teatr təhsili alan sənətkar, antik tarix mövzusunda peşəkarlaşmaq istəyərkən aktyorluq təhsili almağa başlamışdır.
Farkaş Bolyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Farkaş Boyyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Fragaria bargea
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Hebe barkeri
Heinze Bakker
Heinze Bakker (2 mart 1942 – 16 aprel 2021 1) — Niderlandlı idman jurnalistidir.
Myur-de-Barres (kanton)
Mür-de-Barres (fr. Mur-de-Barrez) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1219. Mür-de-Barres kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Mür-de-Barres kommunasıdır. 2006-cı ildə əhalinin sayı 3 109 nəfər təşkil edirdi.
Mür-de-Barres (kanton)
Mür-de-Barres (fr. Mur-de-Barrez) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Vilfranş-de-Ruerq dairəsinə daxildir. Kantonun INSEE kodu — 1219. Mür-de-Barres kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Mür-de-Barres kommunasıdır. 2006-cı ildə əhalinin sayı 3 109 nəfər təşkil edirdi.
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Sarkel
Sarkel (və ya Şarkil, Xəzər dilində "ağ ev") ― müasir Rusiyanın Rostov vilayətində, Don çayının sol sahilində mövcud olmuş qala. Qala 830-840-cı illərdə Bizansın köməyi ilə Xəzərlər tərəfindən tikilmişdir. İnşasında istifadə olunan ağ əhəngdaşı səbəbilə qala Sarkel, yəni "ağ ev" adlandırılmışdır. Sarkel Don çayının sol sahilindəki təpədə yerləşirdi. Hal-hazırda həmin ərazi Simlyansk su anbarının inşasından sonra su altında qalmışdır. Sarkel 833-cü ildə Xəzər dövlətinin şimal-qərb sərhədini qorumaq üçün tikilmişdi. Xəzərlər müttəfiqləri olan Bizans imperatoru Feofildən istehkamla əhatə olunmuş bir paytaxt qurmaq üçün mühəndislər istəmiş və Teofil baş mühəndisi Petronas Kamaterosu göndərmişdi. Bu xidmətlərin müqabilində isə Xəzər xaqanı bəzi Krım müstəmləkələrini Bizansa vermişdi. Tarixçilər Donda niyə bu qədər güclü bir qala tikildiyini müəyyənləşdirə bilməmişdirlər. Onlar bu məsrəfli tikintinin Xəzərlər üçün təhlükə yaradan hər hansı bir regional gücün yüksəlməsindən qaynaqlandığını iddia edirlər.
Sərkeş
Sərkeş (Culfa)
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. Əhalisi 403 nəfərdir. VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Arceş
Arçeş (rum. Râul Argeș) — Rumıniyada çay Dunay çayının sol qolu.Uzunluğu 335 km Hövzəsinin sahəsi 12400 kvkm. Cənubi Karpat dağlarında Fegeraş massivindən başlanır. Taxta-şalban axıdılır. Oltenitsa şəhəri Arceş çayınin sahilində yerləşir.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Kreyq Barret
Kreyq Barret (ing. Craig R. Barrett; 29 avqust 1939, San-Fransisko, Kaliforniya) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Intel" korporasiyasının dördüncü icraçı direktoru (1998–2005). == Həyatı == Kreyq Barret 29 avqust 1939-cu ildə San-Fransisko şəhərində anadan olmuşdur. O, orta məktəbdə təhsil aldığı dövrdə fizika və riyaziyyatla yaxından maraqlanır. Kreyq 1957-ci ildə Stenford Universitetinə daxil olur. Orada bakalavriatura və magistratura pillələri üzrə təhsilini tamamlayan Barret, 1964-cü ildə materialşünaslıq sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülür. Bundan sonra universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağa başlayır. 10 il Materialşünaslıq və mühəndislik elmləri fakültəsində dərs deyir, adyunkt-professor olur. == "Intel" == 1974-cü ildə Kreyq Stenford Universitetindəki işini tərk edərək "Intel" şirkətində çalışmağa başlayır. O, korporasiyada texnologiyaların inkişafı üzrə menecer vəzifəsinə təyin olunur.
Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Brokes
Brokes (fr. Broquiès, oks. Broquièrs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12037. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 40 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 644 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 376 nəfər (15-64 yaş) arasında 309 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 82,2%, 1999-cu ildə 77.3%) idi.