BƏRƏKS

zərf [ fars. bər və ər. əks] Əksinə olaraq, əksinə, tərsinə, ziddinə, zidd. Bərəks danışmaq.
[Balaqardaş:] Hər kim mənə bərəks getdi, vay onun halına!… N.Vəzirov.
[Mehri xanım:] …Sən niyə onun sözünə bərəks gedirsən. Ə.Haqverdiyev.
Hacı Səməd, başqa müsəlman atalara bərəks olaraq, uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verirdi. S.S.Axundov.

Синонимы

  • BƏRƏKS bərəks bax əksinə 1
BƏRƏKƏTSİZLİK
BƏRƏLƏMƏ

Значение слова в других словарях