Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir. Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
In the Army Now (mahnı)
In the Army Now – ilk dəfə alman dueti Rob and Ferdi Bolland tərəfindən 1981-ci ildə ifa edilmiş mahnı. Mahnını daha sonra ingilis rock qrupu Status Quo tərəfindən 1986 – cı ildə ifa etmişdir. Mahnı qrupun 1986 – cı ildə çıxardığı In the Army Now albomuna da daxil edilib. Mahnı bu qrupun ifasında çox sevilmiş və dünya şöhrəti qazanmışdır. Status Quonun ifasında "In the Army Now" mahnısı UK Singles Chartda ikinci yerə qədər yüksəlib. Bu uğurlu ifadan sonra mahnıya müxtəlif illərdə müxtəlif ölkələrin musiqiçiləri tərəfindən müraciət edilmiş və mahnının müxtəlif versiyaları meydana gəlmişdir.
United States Army Center of Military History
ABŞ Ordusu Hərbi Tarix Mərkəzi (HTM; ing. United States Army Center of Military History) — Birləşmiş Ştatlar Ordusunun Təlim və Doktrina Komandanlığının tərkibində olan idarə. Heraldika İnstitutu Ordu Katibinin İnzibati Köməkçi Ofisinin tərkibindədir. Mərkəz Birləşmiş Ştatlar Ordusunda tarixin və hərbi qeydlərin düzgün istifadəsinə cavabdehdir. Ənənəvi olaraq, bu missiya həm sülh, həm də müharibə dövründə ordunun rəsmi tarixini qeyd etmək, eyni zamanda ordu heyətinə tarixi məsələlərdə məsləhət vermək demək idi. HTM Ordu Tarixi Proqramına rəhbərlik edən qabaqcıl təşkilatdır. U.S. Army History CMH Online Bookshelves History of "History" in the U.S. Army Publications of the United States Army Center of Military History Army Historical Program(by fiscal year) Oral History: Techniques and Procedures The U.S. Army Art and Photo Collection Army History (a professional bulletin) Organizational History history.army.mil — ABŞ Ordusu Hərbi Tarix Mərkəzinin rəsmi saytı Gough, Terrence J. "The U.S. Army Center of Military History: A Brief History". United States Department of the Army.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barbi
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?
Barei
Barbara Reysabal Qonsales-Ayer (isp. Bárbara Reyzábal González-Aller; d. 29 mart 1982, Madrid, İspaniya) və ya səhnə adı ilə Barei — İspaniya müğənnisi və bəstəkarı. O, "Say Yay!" mahnısı ilə İspaniyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Barbara Reysabal Qonsales-Ayer 29 mart 1982-ci ildə İspaniyanın paytaxtı Madriddə anadan olmuşdur. O, Tereza Qonsales-Ayer Monterde və Fortunato Reysabal Larruyun qızıdır. Onun atası İspaniyada bir çox filmlərin istehsalı ilə məşğul olan, daşınmaz əmlaklara investisiyalar edən və Madriddə şənlik binalarının təmirinə yardım göstərən məşhur Reysabal ailəsindən idi və o, Barbaranın dünyaya gəlməsindən qısa zaman sonra vəfat etmişdir. Barbaranın İqnasiyo Xesus və Xulian adlı iki qardaşı və Lurdes adlı bir bacısı da var. O, vokal, gitara və piano dərsləri almışdır. Barbara öz musiqi karyerasını 16 yaşında ikən Kristina Agilera, Laura Pauzini və Lara Fabianın mahnılarını ifa edərək başlamışdır.
Barfi!
Barfi! 2012-ci ildə çəkilən, Romantik-Komediya janrında olan Bollywood filmi Merfi(Barfi) Conson, həm eşitmə, həm də nitq qüsurlu bir gəncdir. Şruti adında gənc bir qıza aşiqdir. Lakin Şrutinin ailəsi onun normal bir kişilə evlənib xoşbəxt həyat qurmasını istəyirdilər. Barfi isə bu ümidsiz eşqdən yorulmuş yeni bir həyata başlamışdır. Bu vaxt uşaqlıq dostu olan Cimil adında bir qızla sevgili olmuşdur. Eyni zamanda Barfi polis tərəfindən də axtarılmaqdadır. Atasının əməliyyatı üçün 7000 rupi tapmalıdır. Bunun üçün bankdan oğurluq etmək istəyir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barja
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barlı
Barlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Barlı bələdiyyəsinin tərkibindədir. Barlı Quba rayonunun Zərdabi inzibati ərazi vahidində qəsəbə. Qudyal çayının sahilində, Qusar düzənliyindədir. Quba rayonunda meyvəçiliyin inkişafı ilə əlaqədar 1955-ci ildə Qonaqkənd kəndindən köçüb gələn ailələr tərəfindən salınmışdır. Oykonim bar (mey və, bəhrə) və -lı (Şək.) komponentlərindən düzəlib, "meyvəsi olan, meyvəli" deməkdir.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Barmen
Bacey Darxan
Bacey — (saxa Бадьы, Bacı) XVI əsrdə Yakutiyanın Xanqalas ulusunda yaşamışdır. Müstəqil Yakutiya toyonlarının sülaləsini başlatmışdır. Bacey özünə Tüsülge Darxan titulunu seçmişdi. Həyatı haqqında çox şey bilinmir. Bacey toyon yakut xalqının əfsanəvi qəhrəmanlarından biri hesab olunur. Yerli inanca görə o çox varlı biri olmuşdur. 4 həyat yoldaşı və 2 oğlu olduğu məlumdur. Oğulları: Munnan Darxan Moldoqor XVI əsrdə Bacey Darxan tunquslarla müharibə zamanı öldürülmüşdür.
Baloy-Lam
Baloy-Lam (çeç. Baloyn-Lam, hərf. "Baloylular dağı"; Baloylam) — Çeçenistanın Açxoy-Martanov rayonunda dağ zirvəsi. Osuxi çayı, Qexi çayının sol qolu və Ağ Şalaji çayları arasında yerləşən bu dağ zirvəsi dəniz səviyyəsindən 2029,9 metr yüksəklikdə yerləşir. Baloyn-Lam dağında iki yüksəklik vardı: Taşi-Kort xəritələrində Bokxa-Taş-Korta və Joma-Taş-Korta. Rəvayətə görə, Baloylam dağında döyüşkən çeçen etnik icması baloy meydana çıxmışdır. Hazırda bu çeçen tayplarının nümayəndələri Rusiyanın Qroznı, Arqun, Qudermes kimi şəhərlərində, Rusiyanın Psedax, Beerdakel, Kurçaloy, Qeldarana, Tsotsin-Yurta, İlasxan-Yurta, Oysxara, Türkiyənin Çardaq və İstanbul şəhərlərində, İraq, İordaniya və Suriya ərazisində yaşayırlar. Сулейманов А. С. Топонимия Чечни / Ред. Т. И. Бураева. — Грозный: ГУП "Книжное издательство", 2006.
Baş barmaq
Baş barmaq – thumb ~ перст ~ başparmak Baş barmaq — insanın əlindəki beş barmaqdan biridir. Başqa barmaqlarla müqayisədə iki falanqaya (əzilib-bükülən hissə) malikdir. Baş barmaq sayəsində digər barmaqlara təzyiq yeridilir və bu da əlin hansısa bir əşya tutmasına səbəb olur. İnsanın ayağındakı baş barmaq yoğun olması ilə yanaşı digər ayaq barmaqlarından uzun və ya qısa ola bilər. Şəhadət barmağı açılmış əl şəklində göstərici. Fırlatma zolağında. “baş barmaq” disksürən. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bricit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman (Paris), Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Brijit Bardo

Barer adaları
Barer adaları — Laptevlər dənizində yerləşən Pyotr adaları tərkibinə daxil olan adalar qrupu. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı ərazisinə daxildir. Cənub adasında şimal-şərqdə yerləşir. Adalar uzunsov formaya malikdir. Şimal-qərbdən cənub-şərqə istiqamətlənir. Materikin şelf hissəsində qumdan ibarət adalardır. Adalar Vasili Vasilyeviç Pronçişeviç tərəfindən 1736-cı ildə kəşf edilmişdir.
Barri Nobles
Barri Nobles (2 dekabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Barri Nobles ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. Barri Nobles 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.756 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu.
Barri Qriffits
Barri Qriffits (29 fevral 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. Barri Qriffits Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Barri Uayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir. Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Barri Vayt

Ceyms Barri
Ceyms Metyu Barri — yazıçı, nasir, dramaturq, Piter Pen əsərinin müəllifi, "Nobel" mükafatı laureatı. "Piter Pen" əsərinin müəllifi Ceyms Metyu Barri 9 may 1860-cı ildə çoxuşaqlı toxucu ailəsində anadan olub. 6 yaşında olarkən Ceyms Barrinin ailəsi dəhşətli faciə yaşayıb. Ceymsin böyük qardaşlarından biri -Devid- 14 yaşının tamam olmasına iki gün qalmış konki sürərkən həlak olub. Barrinin anası bu hadisədən sonra uzun müddət yataq xəstəsi olub. Yaranan psixoloji gərginliyi azaltmaq üçün Ceyms qardaşının kostyumlarını geyinir və gününün çox hissəsini anasının yanında keçirirdi. Anasının Ceymsə öz uşaqlığı haqqında söhbətləri sonradan Ceyms Barrinin "Marqaret Oqivli" və "Piter Pen" əsərləri üçün ilham mənbəyi olur. Anası Marqaret hələ uşaq ikən balaca qardaşlarına qayğı göstərmək məcburiyətində qalır. "Piter Pen" əsərində Marqaretin prototipi Vendidir. Ailəsi Ceymsin nazir olmasını istəsə də o, karyerasınını yazıçı olaraq qurmaqda israr edir və Edinburq Universitetinin ədəbiyyat şöbəsinə daxil olur.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Barıc (Mərənd)
Barıc (fars. باروج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,340 nəfər yaşayır (574 ailə).
Barıq (Heris)
Barıq (fars. باروق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,070 nəfər yaşayır (273 ailə).
Barıq (Qoşaçay)
Barıq (fars. باروق‎; Baruq, Barı və ya Barlı) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Barıq bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınmasına görə şəhərdə 3 874 nəfər və 913 ailə yaşayır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.