Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayılma
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Ölməzdən əvvəl baxılmalı 50 film
"Ölməzdən əvvəl baxılmalı 50 film" (ing. 50 Films To See Before You Die) — 22 iyul 2006-cı ildə Britaniyanın Channel 4 televiziya studiyası tərəfindən göstərilən teleşou. Proqram Film 4 televiziya kanalının ümumi efir buraxılışına hazırlanmışdır. Proqramda 50 film təqdim edilmişdi. Filmlər televiziya tənqidçilərinin, ekspert və sadəcə izləyicilərin sorğusu nəticəsində seçilmişdir. Hər film öz janr və stilində ən mükəmməli kimi yığılırdı. Təzəlikcə prokata buraxılmış filmlər, yeni çəkilənlərdən daha çox idi. 2000-ci illərdə buraxılmış filmlərə doqquz nominasiya, 90-cı illərdəkinə on iki, 80-ci illərə doqquz, 70-ci illərə yenə doqquz və yalnız on bir seçilmiş film 70-ci ildən tez ekranlara çıxmışdır.