BARIŞMAQ

f.
1. Aralarındakı mübahisəni kəsmək; incikliyi, ədavəti, düşmənçiliyi, küsülülüyü aradan qaldırmaq, əvvəlki dostluq və münasibəti bərpa etmək. Küsülülər barışdılar.
– Buna görə də Kəyan hökmən Cuma ilə barışmaq, … onu özünə müavin etmək istəyirdi. Ə.Əbülhəsən.

// Müharibədən, mübarizədən, vuruşmadan əl çəkmək. Müharibə edən dövlətlər barışdılar.
2. məc. Uzlaşmaq, yollaşmaq, razılaşmaq, sazişə gəlmək.
Müttəfiqlər öz müvəffəqiyyətlərini bölüşdürmək üçün barışa bilmədilər. M.S.Ordubadi.
Nifrətlə sevgi necə də uyğunlaşıb barışa bilər… S.Rəhimov.

3. məc. Dözmək, qatlaşmaq, təhəmmül etmək, saziş etmək, razı olmaq, müqavimət göstərməmək. Vəziyyətlə barışmaq.
– Dəmirovun beləcə əsəbiləşdiyini, barışdığı məsələlər barəsində belə səs-küy etməsini də eşitmək və görmək olardı. S.Rəhimov.

Синонимы

  • BARIŞMAQ uzaqlaşmaq — yollaşmaq — razılaşmaq — bağlaşmaq
  • BARIŞMAQ dözmək — qatlaşmaq

Антонимы

  • BARIŞMAQ BARIŞMAQ – DALAŞMAQ Mən küsməmişəm ki, barışam. Mən dalaşmaq fikrində deyiləm (C.Əmirov). BARIŞMAQ – VURUŞMAQ Xosrov deyirdi ki, gəlsin barışaq (S

Этимология

  • BARIŞMAQ Qədim dövrdə barmaq (getmək) feili olub. İndi var –gəl kəlməsində işlədilməkdədir və bar sözü var şəklinə düşüb
BARIŞMA
BARIŞMAZ

Значение слова в других словарях