BASILMAZ

sif.
1. Basılması mümkün olmayan, basıla bilməyən, məğlub edilə bilməyən, məğlubedilməz.
[Yasavul] özünü … aşılmaz bir dağ, basılmaz bir qala sayır. S.Rəhimov.

2. Rəfedilməz, rəf edilə bilməyən, ortadan qaldırıla bilməyən.
Alyoşa basılmaz bir qüvvətlə Sübhanverdizadənin üstünə düşdü. S.Rəhimov.

Синонимы

  • BASILMAZ basılmaz bax məğlubedilməz
BASILMAQ
BASILMAZLIQ

Значение слова в других словарях