Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bayılma
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Tayılqa
Tayılqa - türk, altay və yakut xalq inancında və şamanizminde qurban tətbiqidir. Heyvanın boğularaq (kəsilmədən) öldürülməsiylə həyata tətbiq olunur. "Altaylılar və yakutlar (bu gün belə) qurban olaraq kəsdikləri atın dərisini uzun bir sırığa keçirib eynilə at şəklinə salaraq asarlar. Bu qurban mərasiminə "mal kagıpyat" (heyvanı göndərmə), mərasiminin edildiyi bu yerə də tayılqa deyərlər. Altaylıların Tayılqa ayin və mərasimləri Verbitski, Radloff, Katanov, Anohin tərəfindən izah edilmişdir. Verilən məlumatlara görə ən uzun sürən və Ülgen adına edilən ayin ən önemlilerindendir. Axşam günəş batanda qurban (tayılqa) üçün hazırlıqlar başlayır. Qurban yeri seçilir, sürüdən qurbanlıq heyvan axtarılar. Şaman, bir meşənin kimsəsiz bir yerində qurban üçün ən uyğun yeri şəxsən seçər. Onun təyin etdiyi bi yerde bir çadır qurular.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Bayelsa ştatı
Bayelsa ştatı (ing. Bayelsa State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onu təşkil edən ərazilərin adlarının hərflərdən ibarətdir: Brass LGA (BALGA), Yenaqoa (YELGA) və Saqbama (SALGA).
Vergidən yayınma
Vergidən yayınma — vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat.
Ayrılma (film)
Ayrılma (ing. Detachment) — Toni Key tərəfindən çəkilmiş Amerikalı əvəzedici müəllimin dağınıq və depressiv həyatı haqqında film. == Süjet == Əvəzedici müəllim Henry Barthes bir aylıq vəzifəyə çağırılır və bir çox şagirdin aşağı səviyyədə çıxış etdiyi orta məktəbdə ingilis dili dərsi keçir. İlk günündə o, tələbələrinin yazı bacarıqlarını, öldükdən sonra necə xatırlanacaqlarına inandıqları ilə bağlı inşa ilə qiymətləndirir. Bu dərs zamanı o, bir çox düşmənçilik və antaqonizm hərəkətlərini, o cümlədən bir tələbənin ona qışqırmasını və onu fiziki təhdid etməsini, həmçinin dərsdən sonra tanış olduğu şagird Merediti şifahi şəkildə təhqir edən iki tələbəni müşahidə edir. Həmin gün müəllim Sarah Madisonu təqib etdiyinə görə məktəbdən qovulan tələbənin anası onunla qarşılaşanda o, daha çox aqressivliyin şahidi olur. Dərsdən sonra Henri demensiyadan əziyyət çəkən babasını görmək üçün baxım müəssisəsinə çağırılır, çünki o, vanna otağına qapanıb və çölə çıxmır. Ziyarətdən sonra yola çıxarkən, Henri babasına lazımi qayğı göstərilmədiyinə inandığı üçün bir işçi ilə məyusluğunu bildirir. Henri avtobusla evə gedərkən gənc seks işçisi Erikanın ona pul verməkdən imtina edən bir adam tərəfindən vurulduğunu görür. Erika Henrini onunla cinsi əlaqədə olmağa inandırmağa çalışır, o isə bundan imtina edir.
Bayıl Arena
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb.ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.
Bayıl burnu
Bayıl burnu — burun olaraq Abşeron yarımadasının cənub-qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Səbail rayonu ərazisinə daxildir. Burun Bakı buxtasındadır. Bayıl mayakı burada yerləşir.
Bayıl dili
Bayıl dili - dil qərbdən şərqə doğru uzanır və Bakı buxtası ilə Xəzər dənizindən ayırır. Dili məşhur edən onun ərazisində Bakı Kristal Zalının yerləşməsidir. Okean səviyyəsindən 28 metr alcaqda yerləşir.
Bayıl həbsxanası
Bayıl həbsxanası — Müxtəlif mənbələrdə tikilməsi 1874, 1880 və 1886-cı illərə aid edilən penitensiar müəssisə. == Tarixi == Rəsmi olaraq Bakıda həbsxananın tikilməsi, bu işə kapital qoyuluşu XIX əsrin 80-ci illərinə təsadüf edir. Bakı şəhərinin ilk həbsxana müəssisələrindən biri Bayıl həbsxana qəsridir ki, buranı çox vaxt Bayıl həbsxanası adlandırıblar. Qəsrin inşası haqqında Azərbaycan Respublikasının Dövlət Arxivində xeyli material saxlanmışdır. Əvvəllər at tövləsi kimi istifadə olunub.Bu sənədlərdə qeyd olunduğuna görə Rusiya imperatorunun 1 sentyabr 1885-ci ildə irəli sürdüyü təklifə əsasən Xəzər hərbi gəmiçiliyinin nəzdindəki aşağı çinlilərinin ixtisara düşməsilə əlaqədar onların 62, 63, 64, 65, 66, 67 saylı ailə kazarmaları müvafiq avadanlıqları ilə birgə həbsxanaya çevrilməkdən ötrü Vətəndaş İdarəsinə təhvil verildi. Məhz Bayıl burnundakı həmin kazarmaların əsasında müvafiq tələblərə uyğun yenidənqurma, təmir, bərpa işləri aparmaqla, yeni, əlavə tikililər inşa etməklə həbsxana binası qurulmalı idi. Respublikanın Tarix Arxivində saxlanılan sənədlərə diqqət yetirək: 1888-ci il dekabrın 31-də Bakı Qubernatoru idarə heyətinin tikinti üzrə bölməsində Bakı 1-ci tacir gildiyasının qəyyumu (səlahiyyətli nümayəndəsi) tacir Musael Danilov — Şagedanov, andlıların səlahiyyətli nümayəndəsi Nikolay Karlov Qauzen Bakı Qubernatoruna cari ilin 18 noyabrında dinlənilmiş məsələ ilə əlaqədar aşağıda dərc olunanları bildirir: Bayıl burnunda 38484 rubl dəyərində həbsxana tikintisi Bakı Quberniya İdarəsinin 29 noyabr 1886-cı ildə Musael Şagedanov tərəfindən icraata qəbul edilmiş və bütün işlər heç bir şərtsiz 1888-ci il yanvarın 1-də başa çatdırılmalıdır. Çünki, əvvəllər Krasilnikovun evində icarəyə götürülmüş otaqların müqavilə vaxtı 1 yanvar 1888-ci ildə başa çatır. Həmin müqavilə dəqiqliklə, vaxtında icra olundu, çünki, tutulanlar, həbsdə olanlar yeni inşa olunmuş həbsxanaya bu ilin (1888-ci ilin) yanvar ayının 14-də keçirilmişlər və görülən işlərin tələblərə tam cavab verdiyi 31 dekabr 1887-ci ildə tərtib olunan aktla təsdiq olunur. Həbsxananın binası həbsxana müdiriyyətinin tabeçiliyinə 19 fevral 1888-ci ildə qəbul edilmişdir.
Bayıl qalası
Bayıl qalası və ya Bayıl qəsri– Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. == Tarixi == Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234–1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fərhadnamə" poemasında gördüklərini belə qələmə almışdı: Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında "yeni şəhər qalası" kimi qalırdı.
Bayıl stadionu
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb.ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.
Bayım (Əbyəlil)
Bayım kəndi (başq. Байым) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayım kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bayım kənd ərazisin milli tərkibi: başqırdlar — 99 %. . == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 67 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 12 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Bayıl qəsri
Bayıl qalası və ya Bayıl qəsri– Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. == Tarixi == Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234–1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fərhadnamə" poemasında gördüklərini belə qələmə almışdı: Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbili Bayıl qalasını tikinti başa çatdıqdan bir əsr sonra görmüşdü və təbiidir ki, o, hələ el yaddaşlarında "yeni şəhər qalası" kimi qalırdı.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Dağılma dövrü Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Bayıl-Bibiheybət rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Ağlım başıma gəldi (mahnı)
Ağlım başıma gəldi — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır.
Ayila Yussuf
Ayila Yussuf (4 noyabr 1984[…], Laqos) — Nigeriya futbolçusu.