Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şeyinli
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Bəyimli (Ağsu)
Bəyimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Bəyimli kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çiyni kəndi mərkəz olmaqla, Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin ərazisi keçmışdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır. Bəyimli kəndi ərazisində yerli əhalinin "Torpaqqala" adlandırdığı yerdə qədim yaşayış məskəni var. Kənd Girdimançayın sahilində, düzənlikdə yerləşir.
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Bəyimli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Elgün Bəyişli
Elgün Teyuf oğlu Bəyişli (6 mart 1996, Təzəkənd, Beyləqan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elgün Bəyişli 6 mart 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. Elgün Bəyişli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Xidmətini Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir. Elgün Bəyişli 12 sentyabr 2020-ci ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Suqovuşanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Bəyişli 10 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Bəyanlı (Mahnişan)
Bəyanlı (fars. بيانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (36 ailə).
Beyincik
Beyincik – hərəkətlərin müvazinətini tənzimləyən mərkəzi orqan. Fəaliyyəti reflektor olaraq əzələ tonusunu, hərəkətlərin tarazlığını, müvazinətini və sinergiyasını saxlamaqdır. Arxa kəllə çuxurunda yerləşir, dördüncü mədəciyin damını təşkil edir; onun yuxarı səthi beyin yarımkürələrinin ənsə payından sərt qişanın bir hissəsi ilə ayrılır, aşağıda beyincik böyük ənsə dəliyinə yaxınlaşır. İki yarımkürədən (hemisferia cerebelli) və ortada yerləşən soxulcandan (vermis) ibarətdir. Ağ maddənin daxilində beyincik nüvələri yerləşir: dişli nüvə (n.dentatus), mantarabənzər nüvə (n.emboliformis), şarabənzər nüvə (n.globosus) və dam nüvəsi (n.fastigii).3 cüt ayaqcıqlar vasitəsilə uzunsov beyinlə (aşağı ayaqcıqlar), varoli körpüsü ilə (orta ayaqcıqlar) və orta beyinlə (yuxarı ayaqcıqlar) əlaqələnir. Beyincik funksiyasının yerinə yetirilməsi beyin qabığından gələn müvazinət impulsları və onurğa beyindən qalxan yolların bədənin mühitdə yerləşməsi haqqında verilən informasiya ilə əmələ gəlir. Arxa kəllə çuxurunda, körpü ilə uzunsov beynin arxasında və beynin ənsə paylarının altında yerləşir. Frontal ölçüsü- 3–5 sm və çəkisi 150 qramdır. Beyincik iki yarım kürədən- hemispheria cerebeli və onların ortasında yerləşən soxulcandan-vermis, ibarətdir. Əsas funksiyası hərəkətin kordinasiyasına nəzarətdir.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Veyisli
Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır. Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yeyinti
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1019 nəfərdir. Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Beyin
Beyin - bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Beşinci Zobucuq
Beşinci Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Beşinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Beşinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Beşinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. Yuxarı Yağlıvənd Poçt Şöbəsi Beşinci Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926. Beşinci Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Benzinli mühərrik
Benzinli mühərrik, bir növ içdən yanmalı motordur. Benzinli mühərriklərdə istifadə edilən yanacaq benzin olub, yanacaq dizel mühərrikdən fərqli olaraq karbürator adı verilən bir qurğu sayəsində, maye olaraq deyil buxarlanıb hava ilə qarışaraq silindrə girir. Benzinin oksigen (hava) ilə meydana gətirdiyi qarışıq nəticəsində yanma reallaşar. Yanacaq hava qarışığının silindrin içində bir qığılcım ilə yanması nəticəsində bir partlama meydana gəlir. Burada yenə dizel mühərrikdən fərqli yanmağı təmin etmək üçün qığılcım yəni şam istifadə edilir. Partlamanın ortaya çıxardığı təzyiq, piston tərəfindən hərəkət enerjisinə çevrilir. Benzinli mühərrikin iş prinsipini təşkil edən çevrim dörd zamanlı çevrim ya da Otto çevrimi olaraq da xatırlanır. Bu çevrim 1876-cı ildə Alman mühəndis Nikolaus Otto tərəfindən tapılmışdır. Çevrim dörd mərhələdən ibarətdir. Əmmə: karbürator gələn benzin-hava qarışığı, əmmə sübabının açılması ilə silindr içinə çəkilər.
Beşinci kolon
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Beşinci kolonna
Beşinci kolonna (isp. Quinta columna) — İspaniyada vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Beşinci simfoniya
Beşinci simfoniya (Bethoven)
Seyidli-Ağsaxlı
Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri. İki tayfanın adından götürülmüş mahal Talın mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi. Burada dağıdılmış kənd qeydə alınmayıb . Bu mahalda Dian, Qaracalar, Avan, Maxta, Kum, Qoytul, Ucan, Persi, Dığır, Kotanlı, Nəzrəvan, Sarıgöl, Uşi, Babakişi, Kirəcli, Kələşkənd, Kiçikkənd, Qəzənfər kəndləri daxil idi. İrəvan xanlığı ləğv edildikdən sonra mahal da ləğv edilmişdir. Mahalın adı iki türk tayfasının adını (seyidli və axsaqlı) əks etdirir. Etnotoponimdir.
Seyidli (Ağdam)
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Seyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi. Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur. Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir. Erməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi. Seyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.
Seyidli (Mərənd)
Seyidli (fars. سيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 277 nəfər yaşayır (66 ailə).
Seyidli (Qışlaq)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Seyidli (Əhər)
Seyidli (fars. سيدلي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (34 ailə).
Seyidli Məscidi
Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid. Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir. Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür. Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil. Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir.
Seyidli bulağı
Seyidli bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Seyidli məhəlləsində yerləşir. XIX əsrin 80-ci illərində qurulub. Belə ki, 1873-cü ilə qədər Şuşada bulaq mövcud deyilmiş. 120 ildən çox müddət ərzində içməli su mənbəyi mövcud olmayıb. Şuşanın hər iki tərəfindən çay axdığından buna ehtiyac duyulmayıb. Müxtəlif vasitələrlə həmin çaylardan su gətirib həm təsərrüfatda, həm də içmək üçün istifadə edilirdi. Şuşanın özündə su olmasa da onun hər iki yanından axan çaydan suyu tuluqlara doldurub gətirib şəhərdə satırdılar. Şuşaya ilk bulağı isə Xan qızı Natəvan saxsı borularla çəkib. Bu məşhur "Xan Qızı" bulağıdır.
Bəbirli
Bəbirli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 36 km məsafədəyerləşir. «İrəvan əyalətinin icmal dəftərin»də, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bəbirli türk tayfa adı əsasında formalaşmışdır və quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.11.1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bartsraşen qoyulmuşdur. Burada 1860-cı illərə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-20-cı illərdə Muş və Bulanis vilayətindən köçürülmüşdür.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bəydili
Bəydili (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Bəydili (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Bəydili (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bəydili boyu — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, Türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biridir.
Bəşirli
Bəşirli — Azərbaycan soyadı və toponim. Xatirə Bəşirli (d. 1958) — filologiya elmləri doktoru, professor. Səməd Bəşirli (d. 1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. Bəşirli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Bəşirli-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəşirli-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Cəyirli
Kəndlər Cəyirli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Cəyirli (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Cəyirli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Cəyirli (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1019 nəfərdir. Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Bəyli
Bəyli (Qəbələ)
Azad Bəkirli
Azad Rasim oğlu Bəkirli (27 sentyabr 1992, Nərimanov rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Azad Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışmışdır. Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşulmuş, Cəbrayıl, Xocavənd və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Oktyabrın 21-də Füzulidə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Bəydili
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur. Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.
Bayanlı (Bicar)
Bayanlı (fars. بيانلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (148 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.