Beşinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Beşinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Beşinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Beşinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Beşinci Zobucuq | |
---|---|
39°34′00″ şm. e. 47°23′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 19 |
Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Beşinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Yuxarı Yağlıvənd Poçt Şöbəsi Beşinci Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926.[3]
Beşinci Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[4]
Qəsəbədə "39 № li tam orta məktəb" fəaliyyət göstərir.[5]
Füzuli rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |