Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seçilmiş xalq
Yəhudilər, İbrahim peyğəmbərin dürüstlüyündən hadisəni İbrahimin qövmünün Tanrı tərəfindən seçildiyini, onlarla ahid edildiyinə və özlərinin də bu qövmün davamı olduqlarına inanarlar. Musevilikteki seçilmişlik anlayışı Yəhudi irqini deyil Yəhudi Halkı'nı əhatə edir (İvrit: Am Yisrael עם ישׂראל) yəni burada bəhs edilən bir irq deyil Tanrının əmrlərini mənimsəmiş olan xalqdır. Bir başqa deyişlə sonradan Yəhudiliyi qəbul etmiş bir adam da hansı irqdən və dindən olursa olsun artıq İsrail Halkı'ndan sayılmaqdadır. Bu seçilmişlik Yəhudilərə bir üstünlük deyil əksinə əlavə bir məsuliyyət gətirir, çünki Yəhudiliyin görə Cənnətə nail olmaq üçün yəhudi olmaq şərt deyil. Tək Allaha inanan və əsas insani əxlaq qaydalarını pozmamış hər adam dini nə olursa olsun cənnətə gidebilecektir. Tövratda bu təməl 7 qanun, Nuhun Universal Qanunları adında izah buna görə: Nuhun Universal Qanunları bunlardır: Bütə tapmamaq Allahın adını mübarək qılmaq bu adla lənət etməmək Cinayət işləməmək Cinsi əxlaqsızlıq etməmək Oğurluq etməmək Adil bir mühakimə sistemi yaratmaq və riayət olunmasını təmin etmək. Canlı bir heyvanın ətini kopartıp yeməmək. Talmud, Yəhudi olmasalar belə bütün insanların Nuhun Universal Yasaları'na uyğun gəlməsi lazım olduğunu ifadə edər. Bu qaydalara tabe olanları isə dürüst (İvrit: hasid) olaraq adlandırır. Talmuda görə bu Yeddi Universal Yasa'ya uyanlar, Dünyanın Dürüst İnsanları (İvrit: Hasid Umot Ha'olam) olaraq görülürlər.
Memar Sinan tərəfindən tikilmiş cümə məscidlərinin siyahısı
Bu siyahı, Osmanlı memarı Memar Sinan tərəfindən layihələndirilib, tikilmiş cümə məscidlərinin siyahısıdır. Siyahıdakı 77 məsciddən 39-u İstanbulda yerləşir. Memar Sinan 1539-cu ildə sədrəzəm Ayaz Mehmed Paşa tərəfindən Osmanlı imperatorluğunun baş memarı təyin edilmişdir. Sinan 1588-ci ildə ölümünə qədər vəzifəsində qaldı və üç sultanın hakimiyyəti dövründə: I Süleyman (1520-66), II Səlim (1566–74) və III Murad (1574–95) xidmət edib. Sinan öz xatirələrində Teẕkiretü'l-bünyān adlı əsərində 80 cümə məscidi (böyük məscid) və 400-dən çox kiçik məscidi daxil olmaqla 698 binanı layihələndirdiyini bildirir. Əslində o, imperator memarlarından ibarət qrupa rəhbərlik edirdi və tikilən binalar kollektiv iş sayılırdı. Sinan özü sultan üçün aparılan böyük tikinti layihələrində iştirak edirdi. Bunlar Ədirnədəki Şahzadə külliyəsi (1543–48), Süleymaniyyə məscidi (1548–59), Qırxçeşme su işleri (1561–65), Qanuni Sultan Süleyman Körpüsü (1565–67) və Səlimiyyə məscidləri (1568–74) idi. Bu tarixdən sonra o, III Muradın dövründə böyük tikinti işləri aparmamış, yaşlandığı üçün işi başqa memarlara həvalə etmişdir. 77 cümə məscidinin aşağıdakı siyahısını tarixçi Gülru Nəciboğlu tərtib edib.
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.II cild
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. == Məzmun == Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Geniş açılmış gözlərlə (film)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Geniş açılmış gözlərlə (film, 2009)