Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild

Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. I cild — XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcı və başçılarından olan Məhəmməd Hadinin (1879–1920) orijinal poetik əsərləri, mənsur şeirləri, məktubları və poetik tərcümələri daxil edilmiş kitab.

Məhəmməd Hadi. Seçilmiş Əsərləri. Birinci cild.
Məhəmməd Hadi I cild
Məhəmməd Hadi I cild
Mövzu Şeirlər,poemalar,mənsur şeirlər, məktublar, iqtibas və poetik tərcümələr
Ölkə Azərbaycan
Nəşriyyat Elm
Nəşr 2020
Cild I
Səhifə 568
ISBN 978-9952-523-29-4

Haqqında[redaktə | mənbəni redaktə et]

Cildin tərtibində Məhəmməd Hadinin 1978-ci ildə "Elm" nəşriyyatının buraxdığı "Seçilmiş əsərləri"nin birinci cildi əsas götürülsə də, buraya həmin nəşrdə gedən şeirlərdən əlavə müəllifin kiril və latın əlifbaları ilə çap olunan kitablarına düşməyən 64 şeiri, 4 mənsur şeiri, 3 məktubu, 5 poetik tərcüməsi daxil edilmişdir. 1978-ci il çapında dərc olunan əsərlər ilk mənbələrlə tutuşdurularaq onlardakı səhvlər və təhriflər islah olunmuş, ixtisarlar bərpa edilmişdir. Kitabın elmi məsləhətçi və ön sözünün müəllifi akademik İsa Həbibbəyli, redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, tərtib edənlər AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov və filologiya elmləri doktoru, professor İslam Qəribli, izah və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Əsərlərin, demək olar ki, əksəriyyətinin müxtəlif mətbuat orqanlarında, müəllifin sağlığında və ölümündən sonra çap olunan kitablarda çıxan mətnləri əldə edilmiş, həmin mətnlər əsas mətn kimi götürdüyümüz 1978-ci il çapı ilə tutuşdurulmuş, “Seçilmiş əsərləri”nin I cildindəki təhriflər, yanlışlıqlar islah edilmiş, ixtisarlar ilk mənbələr əsasında bərpa olunmuş, izah və şərhlər genişləndirilmiş, əhatəli lüğət hazırlanaraq nəşrə əlavə olunmuşdur. Məhəmməd Hadinin elə əsərləri var ki, onlar bir neçə yerdə çap olunmuş, bəzən əsərlərin mətnində ya müəllif, ya da naşirlər tərəfindən yerdəyişmələr, 22 ixtisar və artırmalar olmuşdur. Müəllifin sağlığında çap olunmuş əsərlərin mətnini mümkün qədər bərpa edilməyə çalışılmış, əsərlərin hansı mənbələrdən götürüldüyünü fərq və nüsxələri göstərilmişdir.

Məzmunu[redaktə | mənbəni redaktə et]

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biri olan Məhəmməd Hadi çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus mühüm xidmətləri olan sənətkardır. Göründüyü kimi, XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Məhəmməd Əbdülsəlimzadə Hadi (1879-1920) ədəbiyyatmətbuat cəbhəsində çalışmış, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biri olmuşdur. Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, qiymətli şeirpoemalar yazan, dövri mətbuatda çoxsaylı bədii-publisistik məqalələr çap etdirən, klassik Şərq və farsdilli Azərbaycan poeziyası nümunələrini dilimizə çevirən Məhəmməd Hadi ilk növbədə qüdrətli romantik şair kimi şöhrət qazanmışdır. O, özünü əhatə edən müdhiş mühitin, obyektiv gerçəkliyin mürəkkəb və parlaq hadisələrinin, “odlu fəğanlarının”, “acı həqiqətlərinin”, “dadlı xatirələrinin” oyatdığı dilsiz duyğulara, böyük rus tənqidçisi Vissarion Belinskinin sözləri ilə desək, “söz və surət vermiş, onları dar köks qəfəsi içərisindən bədii həyatın təmiz havasına çıxarmışdır” [1]. Məhəmməd Hadinin şeirləri XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasında vətən və hürriyyət çağırışlarının ifadəsi olan fərqli lirika nümunələridir. Onun lirikasında vətən və hürriyyət duyğuları ədəbiyyatın ən aparıcı istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan ədəbiyyatında romantik poema janrının inkişafında Məhəmməd Hadinin mühüm xidmətləri vardır. Hadinin poemaları janr baxımından lirik-fəlsəfi poemanın ən yaxşı nümunələridir [2]. İctimai-fəlsəfi fikirləri obrazlı şəkildə ifadə etmək və bədii cəhətdən ümumiləşdirmək Məhəmməd Hadi poemalarının aparıcı xüsusiyyətləridir. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından olan böyük romantik şair Məhəmməd Hadinin iki cildlik “Əsərləri” onun tam külliyyatını əhatə edir. Birinci cildə Məhəmməd Hadinin 250 orijinal poetik əsəri, 4 mənsur şeiri, 2-si mənzum olmaqla 3 məktubu və 27 poetik tərcüməsi daxil edilmişdir ki, bunlardan 64 şeir, 4 mənsur şeir, 3 məktub, 5 poetik tərcümə müxtəlif mənbələrdən götürülərək ilk dəfə şairin kitablarına salınır Əsərlərin, demək olar ki, əksəriyyətinin müxtəlif mətbuat orqanlarında, müəllifin sağlığında və ölümündən sonra çap olunan kitablarda çıxan mətnləri əldə edilmiş, həmin mətnlər əsas mətn kimi götürdüyümüz 1978-ci il çapı ilə tutuşdurulmuş, “Seçilmiş əsərləri”nin I cildindəki təhriflər, yanlışlıqlar islah edilmiş, ixtisarlar ilk mənbələr əsasında bərpa olunmuş, izah və şərhlər genişləndirilmiş, əhatəli lüğət hazırlanaraq nəşrə əlavə olunmuşdur[2] Kitab aşağıdakı başlıqlardan ibarətdir:

Mənbə[redaktə | mənbəni redaktə et]

  • “Firdovsi-ilhamat”. “Kaspi” mətbəəsi, Bakı – 1908.
  • “Şükufəyi-hikmət”. “Kaspi” mətbəəsi, Bakı – 1914.
  • “Eşqi-möhtəşəm”. “Kaspi” mətbəəsi, Bakı – 1914.
  • “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah”. “Turan” mətbəəsi, Bakı –1918.
  • “Seçilmiş əsərləri”. Azərbaycan Universiteti Nəşriyyatı, Bakı – 1957.
  • “Seçilmiş əsərləri”. Birinci cild. “Elm” nəşriyyatı, Bakı – 1978.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Əziz Mirəhmədov. Məhəmməd Hadi. Bakı, Yazıçı, 1985, 222 s.
  • Əziz Mirəhmədov. Məhəmməd Hadinin tərcümeyi-halına dair mənbələr. Azərbaycan SSR Elmlər Akademiyasının məruzələri, III cild, № 5, 1947, 236 s.
  • Vəli Osmanlı. Məhəmməd Hadinin romantizmi. Bakı, Elm, 2006, 204 s.

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Vissarion Qriqoryeviç Belinski. Seçilmiş məqalələr. Bakı: Uşaqgəncnəşr. 1948. səh. 46.
  2. 1 2 Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə.I cild. Bakı: Elm. 2020. səh. 568.