Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 8 dəqiqə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Məhəmməd Hadi. Seçilmiş əsərləri. II cilddə. II cild — Məhəmməd Hadinin (1879–1920) əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələrindən bəhs edən kitab.
Məhəmməd Hadi. Seçilmiş Əsərləri. İkinci cild. | |
---|---|
| |
Mövzu | Publisistika, nəsr əsərləri, ədəbi-tənqidi məqalələr,iqtibas və tərcümələr |
Ölkə | Azərbaycan |
Nəşriyyat | Elm |
Nəşr | 2020 |
Cild | II |
Səhifə | 488 |
ISBN | 978-9952-523-30-3 |
XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin ən parlaq və universal zəkalarından olan, “Hürriyyət əndəlibi” adlandırılan, yaradıcılığa başlayarkən özünə “Hadi” təxəllüsünü götürən (ərəbcə doğru yol göstərən, düz yola çağıran, bələdçi) və təxəllüsün daşıdığı mənalara bütün yaradıcılığı boyu sadiq qalan Məhəmməd Hadi Azərbaycan romantizminin inkişafında mühüm xidmətlər göstərmişdir[1]. Kitaba 1905–1919-cu illərdə Bakıda nəşr olunmuş "Həyat", "Füyuzat", "Təzə həyat", "İttifaq", "Tərəqqi", "Səda", "İqbal", "İqdam", "Bəsirət", "Sovqat", "Açıq söz", "Azərbaycan", İstanbulda çıxan "Sabah", "Tənin" və "Məhtab" kimi mətbuat orqanlarından toplanmış, ərəb qrafikasından transliterasiya olunaraq tərtib olunan dörd bölmədən ibarət kitabın birinci – "Publistikası" bölməsinə 91, ikinci – "Nəsr əsərləri" bölməsinə 12, üçüncü – "Ədəbi-tənqidi məqalələri" bölməsinə 9, dördüncü — "İqtibas və tərcümələr" bölməsinə 13 əsər daxil edilmişdir. Əsərlər izah və şərhlər yazılmaq, mənbələri göstərilməklə xronoloji ardıcılıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəribli, Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, Məhəmməd Hadinin əsərlərində fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi isə filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyevadır.
Məhmməd Hadi irsinin böyük bir hissəsini təşkil edən publisistikası, bədii nəsri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri müxtəlif münasibətlərlə tədqiq olunsa da, indiyə kimi kitab halında nəşr olunmamış, ədəbi-elmi ictimaiyyətə çatdırılmamışdır. Müəllifin əsərlərinin II cildinə onun Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, publisistik iqtibas və tərcümələri salınmışdır. İlk mənbələr əsasında ilk dəfə çap olunan bu əsərlər izah və şərhlər yazılmaq, mənbələri göstərilməklə xronoloji ardıcılıqla düzülmüş, dil və üslubu mümkün qədər qorunub saxlanılmışdır.
Müəllifin publisistik və bədii-elmi yazılarında maraq doğuran ən başlıca keyfiyyət ondan ibarətdir ki, o moizə etmək, nəsihət verməkdənsə, əməl, məqsədə çatmaq üçün real iş görməyin lazım oluğunu bildirir, vətəndaşlarını dünyaya açıq gözlə baxıb təcəddüd, inkişaf əsri olan XX əsrlə ayaqlaşmağa çağırırdı. Məqalələrində maarif-mədəniyyət, məktəb və mətbuatın cəmiyyətin həyatında rolu, qadın və şəxsiyyət azadlığı, sənaye, tərəqqi, cəhalət və xurafatı törədən səbəblər və s. bu kimi məsələlərə münasibət bildirən və fikirlərini müqəddəs kitabımız olan Qurani-Kərimdən, hədislərdən, böyük şəxsiyyətlərin kəlamlarından gətirdiyi dəlillərlə qüvvətləndirməyə daha çox meyil edən Məhəmməd Hadi bir qayda olaraq yaradılmışların əşrəfi olan insana məhəbbət və ehtiramla yanaşır, onun müdafiəçisi qismində çıxış edir[2]. Müəllifin publisistik, bədii və elmi əsərlərini, iqtibas və tərcümələrini sərf-nəzər etdikdən sonra belə bir qənaətə gəlirik ki, sənətin, elmin, ədəbiyyatın məna və əhəmiyyətini birinci növbədə azadlıq hərəkatına, mənəvi intibaha, milli şüurun inkişafına xidmətdə görən mütəfəkkir sönmüş, yatmış hiss və vicdanları oyatmağı, beyinləri nurlandırmağı sənətkarın başlıca vəzifə hesab etmişdir. Müşahidələr deməyə əsas verir ki, Şərqdə baş verən cahanşümul hadisələr, hürriyyət və bərabərlik problemləri onun əsərlərinin baş mövzusu olmuş və o, qələmin müqəddəs vəzifəsini milli ruhun dirçəlişinə, türkçülük dünyagörüşünün formalaşmasına xidmətdə görmüş, mətbuatdan bir tribuna kimi istifadə edərək onu narahat edən məsələlər barədə düşüncələrini davamlı şəkildə oxucular ilə bölüşmüş, insanı işıqlı, yüksək amallar uğrunda mübarizəyə səsləmişdir[2].