Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hünər Əbədidir (1967)
== Məzmun == Film xalqımızın igid oğlu, İkinci Dünya müharibəsi illərində Leninqrad (indiki Sankt-Peterburq) göylərində faşist işğalçıları ilə mərdliklə vuruşub həlak olmuş qəhrəman təyyarəçi, leytenant Hüseynbala Əliyevə həsr edilmişdir. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalı Hərbi-vətənpərvərlik mövzusunun ən yaxşı təcəssümünə görə rejissor-operator Seyfulla Bədəlov Diplom almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Mais Məmmədov Operator: Seyfulla Bədəlov, Mehman Dadaşov Bəstəkar: Emin Mahmudov Səs operatoru: Şamil Kərimov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Hünər əbədidir (film, 1967)

Hünər və Şöhrət Yolu ilə (1981)
== Məzmun == Filmdə Serqo Orconikidze adına Qırmızı Bayraq ordenli və Suvorov ordenli 77-ci Simferopol atıcı diviziyasının keçdiyi şanlı döyüş yolundan, Böyük Vətən müharibəsi illərində Azərbaycan oğullarının göstərdikləri şücaətdən və diviziya veteranlarından bəhs edilir. Filmdə Ə.Qarayev, Cəmşid Naxçıvanski, Q.Vəzirov, M.Veysov haqqında ətraflı məlumat verilir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Rafiq Zeynalov Operator: Ələsgər Ələkbərov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 333.
Hünər və şöhrət yolu ilə (film, 1981)

Bikaner
Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər. == Əhalisi == Əhalisi 576 min (2005). == Coğrafiyası == Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı. == Tarixi == 1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur. == Memarlığı == Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir. == Sənayesi == Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s.
Brauner kərtənkələsi
Brauner kərtənkələsi (lat. Darevskia brauneri) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Çoxalması == Yumurta qoymaqla çoxalır. 2–6 olmaqla yumurta qoyur. İnkubasiya dövrü 55–60 gün davam edir. == Yayılması == Onlar əsasən Gürcüstanın Qara dəniz sahillərinə yaxın ərazilərdən Rusiyada Kuban çayının sahillərinə qədər olan ərazilərdə yayılmışdır. Gürgüstanın Abxaziya ərazisində, Rusiyada isə Qaraçay-Çərkəz ərazilərində dağlıq ərazilərdə rast gəlinir. 1800 m yüksəkliklərə qədər yayıla bilir.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Nikola Bittner
Nikola Bittner (9 iyul 1977) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Nikola Bittner Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Hüner Coşkuner
Hüner Coşkuner (1 aprel 1963, İstanbul – 4 fevral 2021) — Türkiyə müğənnisi.