Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Binyamin Natenyahu
Benyamin Netanyahu (ivr. ‏בנימין נתניהו‏‎; 21 oktyabr 1949[…], Tel-Əviv) — 1996–1999-cu illərdə və 2009–2021-ci illərdə İsrailin doqquzuncu baş naziri vəzifəsində çalışmış israilli siyasətçi, tarix professoru. == Həyatı == Benyamin Netanyahu Zeev Jabotinskinin şəxsi katibi olan Benzion Netanyahu (Malikovskinin) və Tsiliya Netanyahu (Legal) Litva köçkünləri ailəsində doğulub. Benyamin ailənin ikinci oğludur. Onun boyük qardaşı Yonatan (Yoni) Netanyahu İsrailin Milli Qəhrəmanıdır. Entebbe əməliyyatı zamanı yəhudilərin girovdan azad edilməsi zamanı öldürülüb. Kiçik qardaşı olan İdo Netanyahu isə həkim-radioloq və yazıçıdır. 1950–1960-cı illərdə onun ailəsi alternativ olaraq həm İsraildə, həm də ABŞ-də yaşayıblar. 1967-ci ildə ABŞ-də orta məktəbi bitirdikdən sonra Benyamin həqiqi hərbi qulluğunu keçmək üçün İsrailə qayıdır. Xidmətini Qərargah nəznində yerləşən Sayeret Matkal diversiya-keşfiyyat elit hərbi birliyində keçir.
Dinamit
Dinamit — Nitroqliserinin diatomitə hopturulması ilə hazırlanan partayıçı növü. Dinamit İsveçli kimyaçı Alfred Nobel tərəfindən 1866-cı ildə kəşf edilmişdir. Nobel 1867-ci ildə dinamitin patentini əldə etmişdir. Adətən dinamitlər 20 sm uzunluğunda və 2.5 sm genişliyində olur və çubuqlar şəklində istehsal edilir. Ancaq müxtəlif məqsədlər üçün istifadə edilən, müxtəlif ölçülü dinamit növləridə vardır. == İstifadə sahələri == Dinamitin əsas istifadə sahələri inşaat, mədən sənayəsi və dağıntı üçün istifadə olunur amma son illərdə daha üstün xüsusiyyətlərə sahib partlayıcıların bazara çıxarılması ilə istifadəsi azalmışdır. Hal hazırda, əsasən su altı dağıntılar törətmək və digər sahələrdə əlavə partlayıcı kimi istifadə olunur . Dinamit bəzi silahlı qüvvələr tərəfindən, düşməni yavaşlatmaq məqsədilə yol və körpülərin istifadəsiz hala salınması zamanı istifadə olunur. Kassalar kimi zirehli əşya və ya otaqlarin partladılmasında dinamit yox, dinamitin qaynadılmasından əmələ gələn mayenin üstündəki nitrogliserin qaymağı istifadə olunur. == Tərkibi == Dinamit, 3 ölçü nitrogliserin, 1 ölçü diatomit ve kiçik miqdarda sodiyum karbonatın qarışdırılması ilə əldə olunur.
Tiyamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Benjamin
Benjamin — ad. Benjamin Henrixs — Almaniya milli futbol komandasında yarımmüdafiəçi Benjamin Mendi — Fransa futbolçusu Benjamin Dizraeli — Böyük Britaniyanın 42-ci baş naziri. Benjamin Spok — ABŞ pediatr Benjamin Briqs — gəmisinin kapitanı.
Tiamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Beniamin Markaryan
Beniamin "Benik" Egişeviç Markaryan (erm. Բենիամին Եղիշեի Մարգարյան; 29 noyabr (12 dekabr) 1913, Şüləver, Borçalı qəzası – 30 sentyabr 1985, İrəvan) — erməni əsilli SSRİ astrofiziki. Markaryan zənciri qalaktikalar silsiləsinin ümumi bir hərəkətlə hərəkət etdiyini kəşf etdiyinə görə onun şərəfinə adlandırılmışdır. Həmçinin, Markaryan qalaktikaları kimi tanınan yığcam, optik cəhətdən parlaq qalaktikalar kataloqu onun adını almışdır. == Mükafatlar == Ermənistan SSR əməkdar elm xadimi (1961). 1949-cu il "Fizika-riyaziyyat elmləri sahəsində görkəmli elmi işə görə" 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). "Şərəf nişanı" ordeni (4 yanvar 1955). "Xalqlar dostluğu" ordeni (28 noyabr 1983). "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı. "Əmək veteranı" medalı.
Beniamin Ovçiyan
Beniamin (Benik) Ohanesoviç Ovçiyan (28 noyabr 1918, Əxlətyan, Zəngəzur qəzası – 25 avqust 2005, Xankəndi) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1973). == Həyatı == 28 noyabr 1918-ci ildə anadan olmuşdur. 1939-cu ildə Bakı Teatr Texnikumunu bitirmiş, həmin ildən Bakı erməni teatrında işləmişdir. 1947-ci ildən Xankəndi Dövlət Dram Teatrının aktyoru olmuşdur. Bır sıra filmlərdə rol almış, 2005-ci ildə vəfat etmişdir.
Benjamin Briqs
Benjamin Briqs (ing. Benjamin Spooner Briggs) — kabus gəmi hesab olunan "Meri Kalest" gəmisinin kapitanı. "Meri Kalest" gəmisi küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edərkən sahibsiz şəkildə aşkar edilmişdir. Gəminin kapitanı Benjamin Briqs, həyat yoldaşı Sara Briqs, iki yaşlı qızları Sofia Matilda və digər dörd nəfər itkin düşmüşdür.
Benjamin Dizraeli
Benjamin Dizraeli (ing. Benjamin Disraeli, 1st Earl of Beaconsfield; 21 dekabr 1804[…], London – 19 aprel 1881[…]) — Böyük Britaniyanın 42-ci baş naziri, diplomat. == Həyatı == Benjamin Dizraeli 1801-ci ildə 21 dekabrda yəhudi ailəsində anadan olmuşdur. Benjamin Dizraelinin atası İsaak Dizraeli yazıçı idi. 1817-ci ilin iyununda Benjamin Dizraeli dinini dəyişir və anqlikan kilsəsinə tabe olur. Dizraeli 1839-cu ildə dul qadınla evlənmişdir. Onun çox güclü yumor hissi var. Həyat yoldaşı-Meri-Enn ondan 12 yaş böyük idi, lakin bu yaş fərqinə baxmayaraq onlar arasında heç bir narazılıq və ya konflikt olmamışdır. == Siyasi fəaliyyəti == 1832-ci il İngiltərədə parlament islahatından sonra monarxin parlamentə təsiri azalmağa başladı. Kraliça Viktoriya parlament və hökumət məsələləri ilə çox maraqlanırdı.
Benjamin Harrison
Benjamin Harrison (ing. Benjamin Harrison, 20 avqust 1833[…], Şimali Bend[d] – 13 mart 1901[…], İndianapolis) — Amerika Birləşmiş Ştatlarının 23-cü prezidenti (1889–1893) 9-cu ABŞ Prezidenti Vilyam Henri Harrisonun nəvəsi Vətəndaş müharibəsi dövründə şimal ordusunda briqada generalı rütbəsində iştirak etmişdir. == Həyatı == 20 avqust 1833-cü ildə Şimali Benddə doğulub. 13 mart 1901-ci ildə İndianapolisdə vəfat edib.
Benjamin Henrixs
Benjamin Henrixs (23 fevral 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Bayer Leverkuzen === Henrixs Bundesliqada debütünü 20 sentyabr 2015-ci ildə Borussiya Dortmund klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Kərim Bellarabini əvəz etmişdir. Həmin görüşdə Bayer rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur. === Monako === 28 avqust 2018-ci ildə Henrixs Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Hernrixs Almaniyada anadan olmuşdur. Onun anası Qana, atası isə Almaniya vətəndaşıdır. Henrixs 4 noyabr 2016-cı ildə baş məşqçi Yoahim Lövün rəhbərliyi altında 2018 FİFA Dünya Kubokunun təsnifat mərhələsində San-Marino millisi ilə oyun üçün və İtaliya millisi ilə yoldaşlıq oyunu üçün Almaniya milli futbol komandasına çağırılmışdır. O, milli komanda ilə debütünü 11 noyabr 2016-cı ildə San-Marino millisi ilə oyunda etmişdir. Həmin görüşdə Almaniya rəqibinə 8-0 hesabı ilə qalib gəlmişdir.
Benjamin Konstan
Benjamin Anri Konstan de Rebek və ya sadəcə Benjamin Konstan (fransız: [kɔ̃stɑ̃]; fr. Henri-Benjamin Constant de Rebecque; 25 oktyabr 1767[…], Lozanna, Vo kantonu – 8 dekabr 1830, Paris) — Fransız liberalizminin ideoloqu, yazıçı və siyasi xadim. == Həyatı == İsveçrədə ortabab zadəgan ailəsində doğulmuş Konstan sonralar Almaniya və Fransada mükəmməl təhsil alır. 1799-cu ildə əqidəsi üzündən hersoq Braunşveyqin yanındakı işi ataraq inqilab cəbhəsinə qoşulur. 1799-cu ildə Napoleon onu öz yanında qulluğa dəvət edir. Lakin tezliklə Konstan diktatora qarşı müxalifətə keçir və 1803-cü ildə 11 il müddətinə Fransanı tərk etməli olur. O, mühacirətdə olarkən, Höte və Şillerlə yaxşı ünsiyyət yaradır, iki dövri nəşrə redaktorluq edir, fəal təbliğat işi aparır. Konstan vətənə yalnız 1814-cü ildə — monarxiya bərpa edildikdən sonra qayıdır. Lakin möhkəm əqidəli respublikaçı olan Konstan heç nəyi unutmaq və heç nəyi öyrənmək istəməyən monarxistlərlə ümumi dil tapa bilməyib onlardan üz döndərir. Konstanın cəmiyyətdəki nüfuzu o qədər böyük idi ki, Napoleon onunla köhnə ədavətinə baxmayaraq, hakimiyyətə yüzgünlük qayıdışı dövründə yeni Konstitusiyanı tərtib etməyi məhz ona tapşırır.
Niyamin Niftəlizadə
Takumi Minamino
Takumi Minamino (d. 16 yanvar 1995) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tiramin (Azərşəhr)
Tiramin (fars. تيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2 nəfər yaşayır (1 ailə).
Valter Benyamin
Valter Benyamin (alm. Walter Benjamin‎; 15 iyul 1892[…], Berlin – 26 sentyabr 1940[…]) — alman filosofu. Kulturoloq, estetik, ədəbi tənqidçi, esseist və tərcüməçi.
Vitamin B
Vitamin B15
Vitamin B15 və ya Panqam turşusu — ilk dəfə 1950-ci ildə öküzün qaraciyərinin ekstraksiyasında vitamin B15 müşahidə olunmuşdur. Elə buna görə də, panqam sözü yunanca pan – hər yerdə, qami – toxum sözündən götürülmüşdür. Hal-hazırda tibbdə panqam turşusundan bir sıra xəstəliklərin – maddələr mübadiləsində, xüsusilə, transmetilləşmə reaksiyasında istifadə edilməsinə baxmayaraq, insanda B15 vitamini ilə əlaqədar nə avitaminoz, nə də hipervitaminoz halı müşahidə olunmamışdır. Panqam turşusunun preparatı bəzi oksigen aclığında və qaraciyərin yenidən yağlanmasında yaxşı təsir göstərir. Kimyəvi nöqteyi-nəzərdən panqam turşusu qlükon turşusunun dimetilləşməsilə əmələ gətirdiyi efirdən ibarətdir: Vitamin B15-in bioloji rolu hələ tam öyrənilməmişdir. Bəzi ədəbiyyat məlumatlarına görə xolin, xolinfosfatid və kreatinin biosintezində B15 vitamini metil qruplarının mənbəyi rolunu oynayır. İnsan üçün B15 vitamini mənbəyi rolunu qaraciyər, bitkilərin toxumu, maya və s. oynayır. İnsanın B15 vitamininə olan gündəlik tələbatı hələ müəyyən edilməmişdir. Ə.S.Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə, A.M.Əfəndiyev.
Şiramin (Azərşəhr)
Şiramin (fars. شيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,280 nəfər yaşayır (909 ailə).
Bencamin Horniqold
Bencamin Horniqold (ing. Benjamin Hornigold; 1680, Norfolk qraflığı – 1719) — XVIII əsrdə yaşamış ingilis piratı. Onun pirat fəaliyyəti 1715-ci ildən 1719-cu ilə qədər davam etmiş və sonradan pirat ovçusu olmuşdur. Horniqold Baham adaları qubernatorunun əmri ilə keçmiş silahdaşlarını təqib etməyə başlamışdır. Onun gəmisi 1719-cu ildə tropik musson zamanı rifə çırpılmış və hadisə nəticəsində həlak olmuşdur. O, Edvard Tiç (Qarasaqqal) ilə yaxından tanış idi.
Bencamin Talmec
Bencamin Talmec (ing. Benjamin Tallmadge; 11 fevral 1754 və ya 25 fevral 1754, Brukheyven[d], Nyu-York ştatı – 7 mart 1835, Litçfild) — ABŞ hərbi zabiti, kəşfiyyatçısı və siyasətçisi. O, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Orduda zabit kimi xidmətinə görə tanınır. Britaniya qüvvələrinin yerləşdiyi Nyu-Yorkda casuslar şəbəkəsi olan müharibə zamanı Kulper casus şəbəkəsi lideri kimi fəaliyyət göstərmişdir. O, Lonq-Aylend boyunca uğurlu basqına rəhbərlik etmiş, bu da Fort-Sent-Corc döyüşü ilə nəticələnmişdir. Müharibədən sonra Talmec ABŞ Nümayəndələr Palatasına seçilmişdir.
Benjamin Anderson
Benjamin Anderson (ing. Benjamin Anderson; 1 may 1886, Kolumbiya[d], Missuri – 19 yanvar 1949, Santa-Monika, Kaliforniya) — avstriya məktəbinin amerikalı iqtisadçısı. == Əsas əsərləri == Social Value: A Study in Economic Theory Critical and Constructive (1911) The Value of Money (1917) (e-text) Effects of the War on Money, Credit and Banking in France and the U.S. (1919) «İqtisadiyyat və İcma Rifahı: ABŞ-ın Maliyyə və İqtisadi Tarixi» (ing.
Napoleon Dinamit
Napoleon Dinamit (ing. Napoleon Dynamite) — 2004-cü ildə ekranlara çıxan müstəqil ABŞ filmi. ABŞ-nin Orta Qərb bölgəsindəki ekssentrik orta məktəb şagirdi Napoleon Dinamit, sinfinə yeni gələn özü kimi bir şagird ilə dostluq edir. Jon Heder — Napoleon Dynamite Efren Ramirez — Pedro Sánchez Tina Majorino — Deborah "Deb" Bradshaw Aaron Ruell — Kipland Ronald "Kip" Dynamite Jon Gries — Rico Dynamite Haylie Duff — Summer Wheatley Emily Kennard — Trisha Stevens Shondrella Avery — LaFawnduh Lucas Sandy Martin — Grandma Carlinda Dynamite Diedrich Bader — Rex Carmen Brady — Starla Trevor Snarr — Don Ellen Dubin — Aunt Ilene foxsearchlight.com/napol…searchlightpictures.com/… — Napoleon Dinamit rəsmi saytı Napoleon Dinamit — Internet Movie Database saytında.
Benjamin Blum
Benjamin Samuel Blum (ing. Benjamin Samuel Bloom; 21 fevral 1913 – 13 sentyabr 1999, Çikaqo) — amerikalı təhsil psixoloqu və Blum taksonomiyasının yaradıcısı. == Bioqrafiya == Pensilvaniya ştatının Lansford şəhərində anadan olub. 1935-ci ildə Pensilvaniya Universitetini bakalavr və magistr dərəcələri ilə bitirmişdir. 1942-ci ildə Çikaqo Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı illərdə o, öz nəzəriyyəsini inkişaf etdirən iki kitab: “Blumun taksonomiyası: İnsan xüsusiyyətlərində sabitlik və dəyişiklik” və “Təhsil məqsədlərinin taksonomiyası” nəşr etdi. 1965-1966-cı illərdə Təhsil Tədqiqatçıları Assosiasiyasının prezidenti oldu. Tezliklə Blum taksonomiyası ABŞ-ın bir çox təhsil müəssisəsi tərəfindən qəbul edildi, lakin sonradan obyektiv tənqidlərə görə məktəblərdə istifadəsi azaldı.
Benjamin Mendi
Benjamin Mendi (17 iyul 1994) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Le Havr === 24 iyul 2011-ci ildə Mendi Le Havr klubu ilə üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Mendi öz peşəkar karyerasında debütünü Le Havr klubu ilə 9 avqust 2011-ci ildə etmişdir. Həmin görüşdə Le Havr Liqa Kuboku görüşündə Amiyen klubuna 1–2 hesabı ilə məğlub olmuşdur. === Marsel === 8 iyul 2013-cü ildə Mendi Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubu ilə müqavilə imzalamışdır. === Monako === 22 iyun 2016-cı ildə Mendi Olimpik Marsel klubundan ayrıldıqdan sonra Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclik === Mendi Fransanın gənclər komandalarından U-16 və U-17 gənclər yığmalarında çıxış etmişdir. 2011-ci ildə U-17 millisi ilə FİFA U-17 Dünya Çempionatının 1/4 final mərhələsinin iştirakçısı olmuşdur. === Peşəkar === Mendi 2017-ci ilin mart ayında Lüksemburq və İspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün Fransa millisinə çağırılmışdır.
Babamın insanları
“ Babamın insanları” — 2011-ci ildə rejissor Çağan Irmakın ekranlaşdırdığı melodramdır. Baş rollarda Çetin Tekindor və Hümeyranın çəkildiyi bu film 2011-ci il 25 noyabr tarixində tamaşaçı auditoriyasına təqdim olunmuşdur. == Süjet xətti == Ozan Egedə kiçik bir sahil qəsəbəsində yaşayan on yaşlı bir uşaqdı. Kirit adasından köçkün olan babası Mehmet bəyə görə dostları onu “ gavur” adlandıraraq lağ edirlər. Tək qalacağından qorxan Ozan başda babası olmaqla ailə üzvlərinə acıqlanaraq həmişə “Biz türkük” deyir. Ozanın babası Mehmet bəy qəsəbənin sayılıb-seçilən adamlarındandır. Qəsəbə əhalisinə arxa olur, problemləri ilə maraqlanır, onlara kömək edir. Xoş xasiyyət insan olan Mehmet bəy nəvəsinin bu vəziyyətindən narahat olur və buna görə çox kədərlənir. Mehmet bəyin hələ yeddi yaşı olanda ailəsi zorla öz torpaqlarından çıxarılmış və mübadilə yolu ilə Kirit adasından köçürülmüçdülər. Mehmet bəyin ən böyük arzusu ölmədən əvvəl doğulduğu torpaqları görə bilməkdir.