BİNAƏN

qoş. [ ər. ] köhn. Görə, əsasən, ötrü.
Bu gün bir az işim olduğuna binaən mehmanxanaya təxirlə qayıtdım. M.S.Ordubadi.
□ Ona binaən bağl. köhn. – ona görə.
Ona binaən onu [Yusifi] uşaq ikən gətirib, şəhri-Qəzvində məktəbə qoydu. M.F.Axundzadə.
[Amilaxvari:] Ona binaən yazıb müqərrər edirəm ki, … qalan qoşunu hazırda saxlayıb mənim əmrimə müntəzir olasan. Ə.Haqverdiyev.

Binaən ileyh köhn. – bax ona binaən.

Синонимы

  • BİNAƏN binaən bax üçün 1
BİNA
BİNAGÜZARLIQ

Значение слова в других словарях