Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birəotu
Birəotu (lat. Pyrethrum) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Pyrethrum arrasanicum (C. Winkl.) O. Fedtsch. & B. Fedtsch. Pyrethrum baranovii Krasch. & Poljakov Pyrethrum bornmuelleri Hausskn. & Bornm. Pyrethrum breviradiatum Ledeb. Pyrethrum ceratophylloides Ten. Pyrethrum changaicum Krasch.
Dalmat birəotu
Dalmat birəotu, Sinerariyarpaq birəotu (lat. Pyrethrum cinerarifolium) - birəotu cinsinə aid bitki növü.
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT == Qısa morfoloji təsviri == Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qızyarpaq birəotu
Qızyarpaq birәotu - Pyrethrum parthenifolium Willd. Hündürlüyü 4-80 sm, gövdəsi düzduran, yuxarı hissədə qalxanvari budaqlanmış, çılpaq və ya dağınıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları uzun saplaqlıdır, görünüşünə görə yarpaq ayası yumurtaşəkilli, lələkvari bölünmüş, seqmentləri yumurtaşəkilliuzunsovdur, sivriləşmişdir, qismən dərinlələkvari bölünmüşdür. == Çiçək == Səbətləri çoxsaylıdır, qısa və uzun saplaqdadır, gövdənin yuxarı hissəsində qalxanvari çiçək qrupunda toplanmışdır. Dilcikli çiçəkləri ağ rəngdədir, uzunluğu 6-8 mmdir. == Meyvə == Toxumlarının uzunluğu 1,5 mm-dir, çox qısa, az dişli tacı vardır. == Çiçəkləməsi == İyun-Avqust == Meyvə verməsi == Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Orta, bəzən yuxarı dağ qurşağında. == Yaşayış mühiti == Rütubətli və qaranlıq yerlərdə, çay sahilində, kolluqlar arasında, otlu yamaclarda rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman bitkisidir.
Sinerariyarpaq birəotu
Dalmat birəotu, Sinerariyarpaq birəotu (lat. Pyrethrum cinerarifolium) - birəotu cinsinə aid bitki növü.
Çəhrayı birəotu
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı - Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 25-80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10-15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.
Çiləotu
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Yapon birgözü
Yapon birgözü (lat. Ligustrum japonicum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya, Koreya və Çindir. == Botaniki təsviri == Hündürlüyü 3–5 m olan həmişəyaşıl koldur. Yarpaqları 5-10 sm uzunluqda olub, üzbəüz düzülüşlü, dərili, enli yumurtavari və küt ucludur. Çiçəkləri ağ rəngdə olub, ətirli və süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçək oxunun uzunluğu 5-15 sm-ə çatır. Çiçəkləməsi may ayında müşahidə edilir. Meyvələrin diametri 5–6 mm olan, qara rəngli, zəhərli giləmeyvədir. Toxumları oktyabr ayında tam yetişir və yetişmiş toxumları uzun müddət bitkinin üzərində qalır.
Çin birgözü
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. == Ekologiyası == May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
İbota birgözü
İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır. == Ekologiyası == İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir.