Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birillik bitkilər
Birillik bitkilər — Bu tip bitkilər Ontogenez xüsusiyyətinə malik olaraq toxumdan bitir və çiçəkləmə dönəmoni keçirir. Bundan sonra isə bir canlı olaraq ölür. Birillik bitkilərə misal kimi — noxud, gül kələmi, şüyüd, keşniş və bir sıra alaq və tərəvəz bitkiləri bu qəbildəndir. Bəzi növlərin çiçəklətindən dekarativ məqsədlər üçün istifadə edilir. Bu qəbildən olan ot bitkiləri isə vegetativ yolla çoxalmırlar. Botanik ədəbiyyatda birillik bitkiləri Günəş rəmzi ilə göstərilir. == İstinadlar == == Ədəbiyyat == Peter Sitte, Elmar Weiler, Joachim W. Kadereit, Andreas Bresinsky, Christian Körner: Lehrbuch der Botanik für Hochschulen. Begründet von Eduard Strasburger. 35. Auflage.
Birillik istiot
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Birillik xırdaləçək
Birillik xırdaləçək (lat. Erigeron annuus) - xırdaləçək cinsinə aid bitki növü.
Birillik yovşan
Birillik yovşan (lat. Artemisia annua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, hündürlüyü 30-100 sm olan çılpaq və ya tüklü, qonur və ya qonur-bənövşəyi rəngli, iyli bitkidir. Kökü nazik, şaqulidir. Gövdəsi düz, tinli, uzun budaqlıdır. Yarpaqları nöqtəli-çalalıdır, aşağıdakılar - saplaqlı, uzunluğu 3-5 sm, eni 2-4 sm, üçqat lələkvari-parçalanmış, oval formalıdır. Orta gövdəyanı yarpaqları ikiqat lələkvariparçalanmış, yuxarı yarpaqları daha xırda və sadədir. Qısa ayaqcıqlar üstündə yerləşən 2-2,5 mm ölçüdə kürəvari səbətləri birləşərək piramidal-süpürgəvari çiçəkqrupu əmələ gətirirlər. Qıraq yarpaqlarının tacı dar boruya bənzər, orta yarpaqlarının tacı dar konusvari sarıdır. Toxumcaları 0,6-0,8 mm, uzunsov, yastıtəhər, qonur rəngdədir.
Birillik zümrüdçiçəyi
Birillik zöhrəotu
Birillik zöhrəotu (lat. Mercurialis annua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin zöhrəotu cinsinə aid bitki növü.
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir.Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Minillik
Minillik — 1000 il və ya 10 əsrə bərabər vaxt. 1–999 — birinci minillik; 1000–1999 — ikinci minillik; 2000–2999 — üçüncü minillik.
Birili
Birili Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Birili- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İndi Brili şəklində Xaşur, Sxinvali və Şuaxevi rayonlarında üç kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında Birəli, Batum əyalətində Artvin dairəsində Brili, Şimali Qafqazda Vladiqafqaz dairəsində Biracenq, Bakı quberniyasının Cavad qəzasında Biralambek, Zəngəzur qəzasında Biriulu toponimləri ilə eynidir. Altay-türk dillərində birə "kiçik çay" sözündəndir. Amur çayının Böyük Bira və Kiçik Bira qolları vardır (yenə orada). Naxçıvanda (Şərur rayonu) Birəliçay da bu sıradandır. Lakin 1593-cü ilə aid mənbədə Gəncə sancağının Ahiştabad dairəsində bir tayfanın adı Peyrəlu kimi yazılmışdır. Qazax bölgəsində bir çay Pərili adlanırdı. Ola bilsin ki, Birili tayfa adıdır.
Birlik
Birlik(film)
Birinci minillik
Birinci minillik — bizim eranın 1 yanvar 0-cı ilindən 31 dekabr 999-cu ilinədək olan zaman.
Gümüş Minillik
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir.
III minillik
3-cü minillik — qriqorian təqvimi ilə bizim eranın 1 yanvar 2001-ci ildən 31 dekabr 3000-ci ilədək olan zaman.
II minillik
2-ci minillik — bizim eranın 1 yanvar 1001-ci ilindən 31 dekabr 2000 inədək olan zaman.
I minillik
Birinci minillik — bizim eranın 1 yanvar 0-cı ilindən 31 dekabr 999-cu ilinədək olan zaman.
Üçüncü minillik
3-cü minillik — qriqorian təqvimi ilə bizim eranın 1 yanvar 2001-ci ildən 31 dekabr 3000-ci ilədək olan zaman.
İkinci minillik
2-ci minillik — bizim eranın 1 yanvar 1001-ci ilindən 31 dekabr 2000 inədək olan zaman.
Burcu Biricik
Burcu Biricik Tekin (4 may 1989, Elmalı, Antalya ili) — Türkiyə aktrisası. == Həyatı == 4 may 1988-ci ildə Antalyada anadan olub. Köçəri mənşəlidir. 2006-cı ildə Antalyada keçirilən "Miss Mediterranean" gözəllik müsabiqəsində Aralıq dənizi kraliçası seçilib. Orta məktəb illərində qatıldığı teatr festivalında mükafat aldıqdan sonra peşəkar aktyor olmağa qərar verən Biricik, Ege Universitetinin Arxeologiya fakültəsində bakalavr təhsilini tamamladı və eyni zamanda Bornova Bələdiyyəsi Şəhər Teatrında aktyorluq təhsili aldı. Biricik aktrisalıq karyerasına Bornova Bələdiyyəsi Şəhər Teatrında təcrübəçi kimi başlamışdır. Burada o, "İkidən biri", "Qocanın ziyarəti", "Gözümü yumuram", "Vəzifəmi yerinə yetirirəm" və "Yeddi ərli Hörmüz" kimi müxtəlif tamaşalarda rol alıb. O, 2016-cı ildə Emre Yetkinlə ailə həyatı qurub. == Filmoqrafiya == 2007-ci ildə Show TV-də yayımlanan "Macholar" serialındakı yan rolu ilə televiziyada debüt etdi.Daha sonra "Torpaq jurnalı" adlı qısametrajlı film çəkən Biricik 2011-ci ildə Kanal D-də yayımlanan "Artiz Mektebi"nin aktyorluq yarışmasına qatılaraq birinciliyi Alican Aytekinlə bölüşüb. Daha sonra 2011-ci ildə "Möhtəşəm əsr" teleserialında və 2012-ci ildə "Ustura Kamal" serialında kiçik rollar oynayıb.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. == Fəaliyyəti == "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
"Birlik" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. Rəhbəri Firəngiz Qurbanovadır. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa...
Birlik (Avurğazı)
Birlik (başq. Берлек, rus. Берлек) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 13 km, kənd sovetliyindən (Novofyodrofka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozero stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (74%) üstünlük təşkil edir.
Birlik (Qarayazı)
Birlik — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.655 nəfər (793 nəfəri kişilər, 862 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.
Birlik (jurnal)
"Birlik" jurnalı — Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı, çoxsəhifəli dövri nəşr olunmuş jurnal. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" dərgisinin ilk sayı 2008-ci ilin iyun ayında işıq üzü görüb. 2008-ci ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparmışdır.2008–2009-cu illərdə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu olub.2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur.
Birlik Kuboku
Birlik Kuboku — Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib. 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər.. == Tarixi == İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur. 2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur.Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədi ilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub. == Təmsil olunan ölkələr == Azərbaycan Belarus Ermənistan Estoniya Finlandiya Latviya Litva Moldova Özbəkistan Qazaxıstan Qırğızıstan Gürcüstan Rusiya Serbiya Tacikistan Türkmənistan UkraynaQeyd 1. Gürcüstan 2008-ci ilin avqustunda Rusiya tərəfindən ərazisinin bir hissəsinin işğal olunmasına etiraz edərək 2009-cu ildən etibarən bu yarışda iştirak etmir.
Birlik Məbədi
Birlik məbədi — İllinoys ştatındakı Oak Parkında yerləşən Birlik Universalist kilsəsi, eyni zamanda universalist camaatının evidir. Məbəd amerikalı memar Frank Lloyd Rayt tərəfindən hazırlanmış və 1905-1908-ci illlər arasında inşa edilmişdir. Birlik məbədi XX əsrin ilk ongünlüyünə aid ən vacib quruluşlarından biri hesab olunur. Vahid bir materialdan, dəmir-betondan istifadə edərək estetik quruluşuna görə Birlik məbədi bir çox memar tərəfindən dünyada ilk müasir bina hesab olunur. Bu fikir Miyes van der Roh, Ludviq kimi müasir memarlar və hətta Frank Qehri kimi post-modernistlər üçün əsas əhəmiyyət kəsb etdi. Birlik məbədində ibadət edən Unitar Universalist camaat 1871-ci ildə quruldu və 1889-cu ildə qurulan Birlik kilsəsi dini bir təşkilatla əlaqəsi yoxdur. == Tarixi == 1905-ci ildə ildırım vurması odunla bəzədilmiş Oak Park Birlik kilsəsini yandırdı. Memar Frank Lloyd Rayt İllinoys ştatının Oak Park Universalist cəmiyyəti üçün yeni bir quruluş dizaynını təklif etdi. Nəticə Birlik məbədi oldu. Rayt yalnız Oak Parkda yaşamamış, həm də unitar bir ailədən, universalizm ilə bir çox ortaq inanclara sahib olan bir imandan gəlirdi.