"Birlik" jurnalı[1] — Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı, çoxsəhifəli dövri nəşr olunmuş jurnal.
Birlik (jurnal) | |
---|---|
Baş redaktor |
Salman Vilayətoğlu (2008-2009) İlqar İlkin |
Növ | jurnal |
Format | A4 |
Tiraj | 1000 |
Təsisçi | Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzi |
Təsis tarixi | May, 2008 |
Şirkət | Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzi |
Qərargah | АZ1065, Bakı şəhəri, Həsən Əliyev küçəsi, 10/61 |
Dil | Azərbaycan dili |
Səhifə | 60 |
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" dərgisinin ilk sayı 2008-ci ilin iyun ayında işıq üzü görüb. 2008-ci ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparmışdır.[2]
2008–2009-cu illərdə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu olub.[3]
2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur.[4]